Savadlı

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Ç[redaktə]

  • Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison

E[redaktə]

Ə[redaktə]

  • Ən savadlı insan həyatı və yaşadığı şəraiti ən çox anlayandır. Helen Keller

H[redaktə]

  • Həkimləri tanımamağı savadlı, inkar etməyi isə savadsız insanlar da bacarar. Pyer Büast
  • Hər bir cəmiyyətdə zavod və ya fabrik - rus xalqını zəngin, əməksevər və savadlı edəcək şey budur. Dmitri Mendeleyev

İ[redaktə]

  • İnsan nə qədər savadlı olsa, Vətəninə də bir o qədər lazımlı olar. Aleksandr Qriboyedov

M[redaktə]

  • Mənəvi tarazlıq həddindən artıq savadlı insanların xəstəliyidir. Vissarion Belinski

N[redaktə]

  • Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. Napoleon Bonapart
  • Nikahdan kənar doğulan uşaqların, əksər hallarda, savadlı olmaları təəccüblü deyil, onlar ağıllı istifadə olunan bir saatın nəticəsidir. Evlilikdə doğulan uşaqlar çox vaxt cansıxıcılıq nəticəsində yaranır. Qotlip Teodor Hippel

S[redaktə]

  • Saray münəccimi savadlı olmalı və astroloji xəritələrin izahının sirlərinə bələd olmalıdır. Çanakya
  • Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur.İnsan gərək bütün ömrü boyu maariflənsin. Lunaçarski
  • Savadlı adam nə qədər cinayət etsə də, onu işgəncəyə məruz qoymaq lazım deyil. Çanakya
  • Savadlı adam təvazökar, nadan isə lovğa olar. İngilis atalar sözləri
  • Savadlı insan qocaldıqca cəhalətinin nə qədər böyük olduğunu dərk edir. Çinua Açebe
  • Savadlı insanla savadsız insan arasındakı fərq, canlı insanla ölü insan arasındakı fərq kimidir. Aristotel
  • Savadlı insanların da qüsuru olur. Çanakya
  • Savadsız xalq savadsıza alqış deyir, azca savadı olana heyrət edir, savadlını isə tanımaq belə istəmir. Bencamin Franklin

Ş[redaktə]

  • Şüuru və mənliyi olan şəxslər başqalarının onlardan ağıllı, savadlı və gözəl olmasından qorxmur, özlərini üstün olduqları insanlardan uca tutmurlar. Çünki, onlara elə gəlir ki, xoş iradə hər insanda olmalıdır və onlar bu iradəyə görə özlərinə hörmət edirlər və onlar xoş iradə ilə müqayisədə belə şeylərə az əhəmiyyət verirlər. Rene Dekart

İstinadlar[redaktə]

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015