Çətinlik

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Afrika mənşəli amerikalıların əsarət altına alınması qaçılmaz tarixi fakt olsa da , onların ölüm təhlükəsi qarşısında göstərdikləri cəsarət, aşılmaz kimi görünən çətinliklər qarşısındakı gücləri, başqalarını imansız ümidsizliyə sürükləyən şəraitlə qarşılaşdıqda imanları və onların zalım şəraitdə gözəlliyin və dahiliyin oyadan olması da həvəsləndirmirdi. Aberjhani
  • Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. Bencamin Franklin
  • Axmaq adam həyatın ləzzətini axtarır və özünü aldanmış görür. Ağıllı adam çətinliklərdən qaçar. Bu işdə uğursuz olsa da, bu, artıq onun axmaqlığından deyil, bəxtindəndir. Uğur qazananda da aldanmayıb. Artur Şopenhauer
  • Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.[1] Həsən əl-Əskəri
  • Ananın sənin üzərindəki haqqı budur: heç kimi daşımadığı bir yerdə səni daşıdığını bilməlisən, heç kimə daddırmadığı ürəyinin meyvəsilə səni bəsləmişdir və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzalarıyla qorumuşdur. Hamiləlik dönəminin bütün çətinlik, dərd-qəmlərilə yüklənən yenə də o olmuşdur. Sonra Rəbbin səni ondan ayırıb dünyaya gətirdi. Ac qalıb səni doyuzdurmağa, libassız qalıb səni geyindirməyə, susuz qalıb sənə su verməyə, günəşdə qalıb səni kölgədə saxlamağa, çətinliklər çəkərək səni naz ilə yetişdirməyə, yuxusuz qalıb səni şirin-şirin yatızdırmağa razı olan yenə də o olmuşdur. O, sənin həyat qaynağındır. Qucağı-hüzur tapdığın yer, sinəsi-susuzluğunu aradan qaldırdığın yer, özü isə sənin bəlalara qarşı qalxanın olmuşdur. Dünyanın isti və soyuğuna sənin üçün şəxsən özü səbir edən yenə də o olmuşdur. Elə isə bu yaxşılıqlar miqdarında ona təşəkkür et. İmam Səccad
  • - Ancaq bir hünər var. O da dözmək və səbr etməkdir.— Nəyə dözmək, Nana?

— Heç narahat olma. Dözüləcək şey tapmaqda çətinlik çəkməyəcəksən. Min möhtəşəm günəş

B[redaktə]

  • Bаşçı hökmən ruhən qələbəyə cаn аtmаlıdır. Hеç də məcburi dеyil ki, hər dəfə qalib gələsən, аmmа ən vаcib döyüşləri udmаq lаzımdır. Rəhbər bаşа düşməlidir ki, rəqаbət həm bizim xаlqın аrаsındа, həm də оndаn xаricdə çоx qüvvətlidir, оnu nəzərə аlmаmаq оlmаz. Məhz аzğın rəqаbət ruhu döyüş mеydаnındа, dаnışıqlаr mаsаsı аrxаsındа və dаxili nifаqlаr dövründə qаlib gələnləri hərəkətə gətirir. Rəqаbət ruhu оlmаyаn rəhbər zəifdir, xırdа çətinliklər qаrşısındа gеri çəkilir. Atilla
  • Başqaları haqqında həddən çox şey bilmək insanı o insanların “hakimiyyəti” altına salır, sizin üstünüzdə haqqı olduğunu düşünürlər. Nəyi niyə etdiklərini başa düşməyə çətinlik çəkir və nəhayət, qarşılarında aciz görünürük. Marqaret Etvud
  • Belçikalılar nə istəyir? Onlar bilirlər ki, bizim sərvətimiz olmasa, onların ölkəsi və iqtisadiyyatı çətinliyə düşəcək. Məhz bu səbəbdən bir qrup təxribatçı yırtıcıların, bir əsr qanımızı udmayacaq kişilərin eqoizminə və korluğuna görə dünyanı müharibənin astanasına ataraq Konqo böhranına səbəb oldular. Patris Lumumba
  • Bədbəxtlik yoxsulluqdan da pisdir, cənab! İnsanın artıq gedəcək yeri olmadıqda bunun nə demək olduğunu bilirsinizmi? Çünki, əziz bəy, hər bir insanın çətinliyə düşəndə ​​döyəcək bir qapısı olmalıdır, elə deyilmi? Döyməyə qapınız yoxdursa; bədbəxtlik içindəsən... Cinayət və cəza (Fyodor Dostoyevski)
  • Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de! Mövlana Cəlaləddin Rumi
  • Bir işin ən çətin yönünü fikirləş ki,edərkən çətinlik çəkməyəsən. Samuel Conson
  • Bir kazak çətinlikdə belə, ağlamaz. Kazak atalar sözləri
  • Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər[2] Cəmaləddin Əfqani
  • Biz ətrafımızda demək olar ki, yalnız həyatlarından şikayət edən və canlarına qıyan çoxlu insan görürük. İlahi və insan qanunları birlikdə bu prosesi dayandırmaqda çətinlik çəkir. Siz heç azadlıqda olub vəhşi kimi həyat tərzi sürən insanın həyatdan şikayət edib intihar etməyi düşünməsini eşitmisinizmi? Həqiqi insan bədbəxtliyinə hansı tərəfdən yanaşmagımızı düşünün və mühakimə edin. Jan Jak Russo
  • Bizdə nəinki pis dil, həm də pis ağız var. Şillə və and içmə uşaqlıqda və gəncliyimizdə, aşağı və arxa küçədə utanc verici bir şey idi. İndi bir növ bəzək halına gəldi. İzdiham içərisində qulaqlarınızı dəfələrlə tıxamaqda çətinlik çəkirsiniz. Falih Rıfkı Atay
  • Bizi əhatə edən xarici mühit həyata münasibətimizi nə qədər dəyişir! Bir insan yoxsuldura, var-dövlət sanki onu müvəqqəti xoşbəxt edər. Əgər o, yad düşüncəli insanlar arasından çıxıb xoş bir mühitə düşərsə, o bir müddət bütün çətinliklərinin həll edildiyini düşünəcək. Bu, maddi vəziyyətimizdə heç bir dəyişiklik edə bilməyən daxili sakitliyimizə nə qədər az bələd olduğumuzu göstərir. Teodor Drayzer
  • Bolşeviklər özləri özlərinə çətinliklər yaradır və özləri də bu çətinlikləri uğurla dəf edirlər. Uinston Çörçill
  • Bu gün qarşılaşdığınız hər bir çətinlik sabah sizi daha güclü edir. Həyatın çətinliyi sizi acı deyil, daha yaxşı etmək məqsədi daşıyır. Ürəkdəki işıq (Roy T. Bennettin əsəri)
  • Bütün evliliklər uğurlu olur. Çətinlik yalnız birlikdə həyat başlayanda yaranır. Fransua Saqan

C[redaktə]

  • Cəsarətli ürəkdə bütün çətinliklər qırılır. Napoleon Bonapart
  • Cürət edə bilməməyimizin səbəbi işlərin çətinliyi deyil, sadəcə, cürət edə bilmədiyimiz üçün işlər çətindir. Seneka

Ç[redaktə]

  • Çətinlik asanlıqla birgədir.Ağlını başına topla və ümidini itirmə. Mövlana Cəlaləddin Rumi
  • Çətinlik onda idi ki, o, fəlsəfədən danışırdı, amma onlar boşboğazlıqla dinləyirdilər. Terri Pratçett
  • Çətinliklər həyatın bülöv daşıdır. Biz onlara sürtünə-sürtünə itilənirik. Qasson
  • Çətinliklər qapını döyəndə bütün dostlar yuxuda olurlar. Polşa atalar sözləri
  • Çətinliklər qarşısında geri çəkilmə. Onlara dik bax və dəf edənə qədər bax. Çarlz Dikkens
  • Çətinliklər qarşısında qəzəblənmək onlara qalib gələ bilməyəcəyini göstərir. Rabindranat Taqor
  • Çətinliklər məni əsla qorxuda bilməz, çünki mən imkansıza heyranam. Məhəmməd Əli
  • Çətinliklər müvəffəqiyyətin dəyərini artıran bəzəklərdir. Molyer
  • Çətinliklər sizin kim olduğunuzu bilməyə kömək etmək üçündür. Fırtınalar zəifliyinizi vurur, amma əsl gücünüzü açın. Ürəkdəki işıq (Roy T. Bennettin əsəri)
  • Çətinliklər, zamanında etmədiyimiz asan şeylərin yığılmasıyla meydana gələr. Henri Ford
  • Çətinliklərdə əsl hisslər üzə çıxır. Çin atalar sözləri
  • Çətinlikləri ağılla, təhlükəni isə təcrübə ilə dəf edin. Ukrayna atalar sözləri
  • Çətinliklərin də öz gözəllikləri var. Rəşad Nuri Güntəkin
  • Çətinliklərin öhdəsindən gəlmək yüngüldən, əzəmətliliyin həyata keçməsi azacıqdan başlayır, ona görə ki, dünyada çətinliklər asanlıqdan, əzəmətlilik isə azacıqdan törənir. Lao-tszı
  • Çətinliklərin və problemlərin arasında əlverişli imkan gizlənir. Albert Eynşteyn
  • Çətinliyə demək olar ki, hər insan dözə bilər, lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin. Avraam Linkoln
  • Çətinliyə düşənlər bıçağı belə tuturlar. Filippin atalar sözləri
  • Çətinliyə düşməyən rahatlığın qədrini bilməz. Azərbaycan atalar sözləri/Ç
  • Çətinliyi aradan qaldırmaq lazımdır. Onun ardınca aydın bir gün gələcək. Aleksandr Blok
  • Çətinliyin aradan qaldırılması prosesində bir fikrə sahib olmaq yalnız başlanğıcdır. Abraham Maslau
  • Çox böyük bir çətinliyin ruhda əmələ gətirdiyi gərginlikdir ki insanda plan qurma qabiliyyətinə ən maksimum səviyyədə hərəkətə keçirib o anda çətinlikdən çıxmağa və rahatliq əldə etməyə səbəbiyyət verir. Alfred Adler

D[redaktə]

  • Demək olar ki, hər bir qadın sadiqliyini saxlamaq istəyir, yeganə çətinlik sadiq ola biləcək bir kişini tapmaqdır. Marlen Ditrix
  • Dərd və çətinliklər insanın iradəsini möhkəmləndirir. Napoleon Bonapart
  • Dildən pərgarla söhbətin çətinliyi ondadır ki, onlar özləri belə inanmadıqları şeylər haqda inandıqları kimi danışırlar ki, istədikləri təsir effektini bağışlasınlar. Con Apdayk
  • Dilin gözəlliyi insan üçün sərmayədir. İnsanın çətinlikləri onun dilindədir. Dilini saxla! Çünki dilini saxlamaq özün üçün verdiyin sədəqədir. Məhəmməd
  • Döyüş bir parad kimi görünən bir hücum deyil, çırpınan plakatlarla döyüş deyil, qəzəbləndikləri və qışqırdıqları bir əl-əl döyüşü deyil; Müharibə dəhşətli dərəcədə fövqəladə bir yorğunluq, bel, dərin su və kir, bit və iyrənc bir şeydir. Bunlar cəsədlərin və cəsədlərin parçalanmış, qarışıq üzləri üzərində üzən və artıq cəsədlərə bənzəməyən küflü üzlərdir. Bəli, müharibə, heyrətamiz dramlarla kəsilən, sonsuz çətinliklərin monotoniyasıdır və süngü deyil, gümüş kimi parıldayan, xoruzun günəşdəki bir buynuz mahnısı deyil. Yanğın (Anri Barbüs)
  • Dözüm və çətinliklər köhnə düşmənlərdir. Çin atalar sözləri
  • Dünyadakı bütün cisim və hadisələr ikiliyə xas olduğu kimi (bu, ziddiyyətlərin vəhdət qanunudur), imperializmə və bütün irticaçılara da ikilik xasdır - onlar həm real, həm də kağız pələnglərdir. Keçmişdə quldarlar sinfi, feodal mülkədarlar sinfi və burjuaziya hakimiyyəti ələ keçirməzdən əvvəl və onu ələ keçirdikdən sonra bir müddət canlı qüvvə ilə dolu idi, inqilabi və mütərəqqi idi, əsl pələng idi. Sonrakı dövrlərdə özlərinə zidd olan qulların, kəndlilərin və proletariatın getdikcə böyüyüb gücləndiyini nəzərə alaraq, onlara qarşı mübarizə getdikcə daha da kəskinləşdi, quldar sinfi, feodal mülkədarları sinfi və burjuaziya tədricən əks istiqamətdə dəyişərək irticaçılara, geridə qalmış insanlara, kağız pələnglərə çevrilir, axırda xalq tərəfindən devrilmiş və ya yıxılacaq. Belə ikilik mürtəce, geridə qalmış, çürüyən siniflərə xasdır, hətta xalq onlarla ölüm-dirim mübarizəsinə girəndə belə. Bir tərəfdən, onlar milyonlarla, on milyonlarla insanları yeyən əsl pələnglərdir. Xalqın mübarizəsinin səbəbi böyük çətinliklər dövründən keçir, onun yolunda çoxlu kəskin dönüşlər və ziqzaqlar var. Çin xalqına 1949-cu ildə qalib gələnə qədər Çində imperializmin, feodalizmin və bürokratik kapitalizmin hökmranlığını devirmək üçün yüz ildən çox və on milyonlarla insan lazım oldu. Bax, biz burada canlı, dəmir, əsl pələnglərlə məşğul olmadıqmı? Lakin onlar sonda kağıza çevrildilər, öldülər. Bunlar tarixi faktlardır. Belə faktları görməmisiniz, eşitməmisiniz? Bəli, həqiqətən minlərlə və on minlərlə var! Odur ki, əgər məsələyə mahiyyət etibarilə, uzun müddət, strategiya nöqteyi-nəzərindən yanaşsaq, onda imperializmi və bütün irticaçıları əslində olduğu kimi - kağız pələng kimi qəbul etmək lazımdır.
    • Mao Tszedun. ÇKP MK Siyasi Bürosunun Vuçan iclasındakı çıxışı (1 dekabr 1958) Mao Tszedun

E[redaktə]

  • Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər.[3] Həsən əl-Əskəri
  • Elə anlar olur ki, çətinliklər həyatımıza daxil olur və biz onlardan qaçmaq üçün heç nə edə bilmirik. Ancaq bir səbəbə görə oradadırlar. Yalnız onlara qalib gələndə onların niyə orada olduqlarını anlayacağıq. Paulo Koelyo
  • Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.[4] Həsən əl-Əskəri
  • "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cinşeytan kimi xəbis ruhların, yaxud mələkTanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[5] Ziqmund Freyd
  • Eşşək hər cür çətinliklərə dözür, hər cür ağırlıqları daşıya bilir, amma dözümü və səbri olmayan hər kəs onu tərs və inadkar adlandırır. Leonardo da Vinçi
  • Evi idarə etməyin çətinliklərini bilən qadın ölkəni idarə etməyin də çətinliklərini bilər. Marqaret Tetçer

Ə[redaktə]

  • Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz. [6] Corc Bernard Şou
  • Əgər istedad təbii meyillərin inkişafıdırsa, möhkəm iradə instinktlər, maraqlar, maneələr və əngəllər üzərində iradənin qələbəsi, hər cür çətinliyi qəhrəmancasına dəf etməsidir. İradə istedaddan daha çox qürur predmeti ola bilər və olmalıdır. Onore de Balzak
  • Ən ağıllı filosoflar da sarsaq suallara cavab verməkdə çətinlik çəkirlər. Hilon
  • Ən böyük çətinliklər onları söyləmədiyimiz yerdən çıxır. Yohann Volfqanq Göte
  • Ən cahillər ən təkəbbürlüdürlər. İnsan daha çox bilinəcək bir şeyin olduğunu bilmirsə, onun çıxardığı nəticə, əlbəttə ki, hər şeyi bildiyidir. Belə bir insan həmişə ümumbəşəri bilik taxtını qəsb edir və bütün mümkün məsələləri həll etmək hüququnu öz üzərinə götürür. Hamımız bilirik ki, təkəbbürlü bir axmaq bir filosoflar kollecini və ya bir hakimlər kollegiyasını çaşdıracaq qeyri-adi suallara qərar verəcəkdir. Cahil və dayaz düşüncəli kişilər çətinliyi görəcək qədər uzağı görmürlər. Ancaq insan bilsin ki, bilinməli olan şeylər var ki, o, onlardan xəbərsizdir və bu, onun ümumbəşəri bilik sahəsindən bu qədər həkk olunub. Fərdi xarakterin bütün məqsədləri üçün, eləcə də ictimai faydalılıq baxımından insanın öz cəhalətinin ölçüsünü bilməsi başqa bir şeyi bilmək qədər vacibdir. Bilmədiyimiz nə qədər olduğunu bilmək nailiyyətlərimizin ən dəyərli hissələrindən biridir; çünki belə bilik həm təvazökarlıq dərsi, həm də səy göstərməyə stimul olur. Horeys Mann
  • Ən yüksək bilik - bu anadangəlmə bilikdir. Bundan aşağı - təlim vasitəsi ilə əldə edilmiş bilikdir. Daha aşağı - çətinliklərə üstün gəlməklə əldə edilmiş biliklərdir. Ən dəyərsiz odur ki, kim ki, çətinliklərdən ibrət dərsləri çıxartmaq istəmir. Konfutsi

G[redaktə]

  • Güclü vaxtında yaxşılıq edən gücsüz vaxtında çətinlik çəkməz. Sədi Şirazi

H[redaktə]

  • Hansısa bir müəllif yazdığı faciəni Volterə təqdim edib ona faciə barədə fikrini bildirməyi xahiş edir. Volter əlyazmanı oxuyub belə cavab verir: “Belə bir faciə yazmaq çətin deyil. Çətinlik, müəllifə nə cavab verilməsindədir”. Volter
  • Heç kim az danışdığına görə çətinlik çəkmir. Forrest Qamp (film)
  • Heç vaxt böyük çətinliklər olmadan böyük işlər olmur. Volter
  • Hədəfə yaxınlaşdıqca çətinlik artar. Höte
  • Həqiqət çətinliyə düşsə də, heç vaxt ölmür. Alman atalar sözləri
  • Həqiqəti söylə, işi düzgün apar, lazım olanı et, çətinliklərə sinə gər! Latın atalar sözləri
  • Həmyaşıdlarına əhəmiyyət verməyənlər həyatda ən böyük çətinlikləri yaşayırlar və başqalarına ən böyük maneədirlər. Bütün insan bədbəxtlikləri onlardan qaynaqlanır. Alfred Adler
  • Hər bir problem və çətinlikdə gələcəyin daha böyük uğurlarının toxumu olur. Sizin öhdənizə düşən isə sadəcə həmin toxumu tapmaqdır.[7] Napoleon Hill
  • Həvəslə gördüyümüz iş çətinliyi azaldır. Uilyam Şekspir
  • Həyat çətinliklər yaradır və hər bir çətinlik onu fəth etmək üçün göy qurşağı və işıqlarla gəlir. Amit Ray
  • Həyat, kiçik çətinliklərdən ibarət bir təsbehdir və filosof onlar gülərək oynadır. Aleksandr Düma (ata)
  • Həyat yol boyu çətinlikləri qəbul etmək, irəliləməyə davam etməyi seçmək və səyahətdən zövq almaqdan ibarətdir. Ürəkdəki işıq (Roy T. Bennettin əsəri)
  • Həyatdan gileylənməyimizə səbəb qarşılaşdığımız çətinliklərin böyüklüyü deyil, gücümüzün azlığıdır. Tomas Kornell
  • Həyatımda keçirdiyim bütün çətinliklər, bütün çətinliklər və maneələr məni gücləndirdi... Ola bilsin ki, baş verəndə fərqinə varmayasan, amma dişinə bir təpik vurmaq sənin üçün dünyada ən yaxşı şey ola bilər. Uolt Disney
  • Həyatın çətinlikləri ilə üzləşməyə cəsarət edən və onlardan qaçmaqdansa, onların öhdəsindən gəlməyə cəsarət edən bir insan olun. Ürəkdəki işıq (Roy T. Bennettin əsəri)

X[redaktə]

  • Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Heydər Əliyev/Azərbaycan dili
  • ..Xəsislər həmişə qorxu və çətinlik içində yaşayırlar. Təkəbbürlü adamlar xalq içərisində alçaq görünər, xudpəsənd özünü camaata güldürər. Abbasqulu ağa Bakıxanov
  • Xəzinə kəşf etmək istəsən əgər,
    Hər bir çətinliyə tab et, sinə gər. Nizami Gəncəvi
  • Xoşbəxt anlarında çətinliklərdən həmişəlik xilas olduğunu düşünənlər səhv edir. Mark Tulli Siseron

İ[redaktə]

  • İnanıram ki, həyat bir çay kimidir və insanların çoxu əslində hara getmək istədiklərinə heç vaxt qərar vermədən o çaya tullanırlar. Beləliklə də çox qısa müddətdə axınla yaxalanırlar: hadisələrin axını qorxular, çətinliklər cərəyanına çevrilir. Çayın qollara bölündüyü yerə çatdıqda, şüurlu şəkildə hara getmək istədiklərinə və hansı istiqamətə uyğun gəldiklərinə qərar vermirlər. Sadəcə "suyun onları apardığı kimi gedirlər". Öz dəyərləri əvəzinə hadisələrin idarə etdiyi bir insan kütləsinin bir hissəsi olurlar. Bir gün qəzəblənmiş suyun səsi ilə oyanana qədər onlar həmin şüursuz vəziyyətdə qalırlar. Sonra, Niaqara şəlaləsindən iki metr aralıda, sükansız bir gəmidə olduqlarını kəşf edirlər. O anda deyirlər: "Vay, cəhənnəm!" Amma çox gecdir. Düşmək üzrədirlər. Bəzən emosional bir düşmədir. Bəzən düşmə fiziki olur. Çox güman ki, çaya atılmamışdan əvvəl hazırda həyatda sizə ağırlıq verən şeylərin baş verməməsi üçün daha yaxşı bir qərar qəbul edə bilərdiniz. Antoni Robins
  • İnsan yeni vərdişləri mənimsəməyi və çətinliklərə tab gətirməyi bacardıqca gənc qalır. Mariya fon Ebner-Eşenbax
  • İnsanın çətinliklərə ehtiyacı var; onlar sağlamlıq üçün lazımdır. Karl Qustav Yunq
  • İnsanlar məhz öz çətinliklərini aradan qaldırmağa çalışanda, başqalarının taleyini yüngülləşdirmək məsələsi onları narahat etmir. Edqar Allan Po
  • İnsanların çoxu qazandığı uğurlara görə həyatda üzləşdiyi çətinliklərə borcludur. Sofokl
  • İnsanların işlərində qabarma anı olur. Bu əgər əldən buraxılmayıbsa, onları sürətlə xoşbəxtliyə aparır, əks halda isə onların həyat dənizində bütün səyahəti dayazlıqlar və çətinliklər arasında keçir. Uilyam Şekspir
  • İşdə çoxlu çətinliklər meydana çıxır, onda bütün perspektivlər kölgə altına düşür, elə ki, fərsizlik və miskinlik pik həddə çatır, birdən orda təşəbbüs də tapılır. Eduard Sevrus

K[redaktə]

  • Kainatın ən qorxulu faktı onun düşmən olması deyil, laqeyd olmasıdır; lakin bu laqeydliklə barışa bilsək və ölümün sərhədləri daxilində həyatın çətinliklərini qəbul edə bilsək - nə qədər dəyişən insan onları yarada bilsə də - bir növ olaraq mövcudluğumuz həqiqi məna və dolğunluğa sahib ola bilər. Stenli Kubrik
  • Kasıb vaxtlarda və digər həyati çətinliklərdə dost ən yaxşı sığınacaqdır. Aristotel

Q[redaktə]

  • Qadın zehni analitik həndəsəni başa düşməyə qadirdir... Çətinlik ondan ibarətdir ki, biz hələ qadın ağlı ilə ünsiyyət qurmağın bir yolunu heç vaxt kəşf etməmişik. Əgər bu düzgün şəkildə edilərsə, ondan nəsə ala bilərsiniz. Riçard Feynman
  • Qarşılaşdığın çətinliklər nə qədər böyükdürsə, onların öhdəsindən gəlmək bir o qədər qürurvericidir. Epiktet
  • Qarşıqlıqda sadəlik, ixtilafda harmoniya, çətinliklərdə isə imkan tapın. Albert Eynşteyn
  • Qənaət etməyi bacaran heç vaxt çətinlik çəkməz. Emil Alen
  • Qətiyyətli olun, fədakarlıqdan qorxmayın, qələbə qazanmaq üçün hər cür çətinliyin öhdəsindən gəlin. Mao Tszedun
  • Qocalar orucu çox asanlıqla tuturlar. Bu işdə böyüklər də əziyyət çəkmir, cavanlar isə çətinlik çəkirlər. Ən çətinlik çəkən isə uşaqlar olur. Uşaqların içində isə qarınqulu uşaqlar üçün bu daha çətin olur. Hippokrat

M[redaktə]

  • Məhəbbətlə nəzər salsa mənə ay üzlü canan,
    Vəfa nuru ilə dünyadə çətinliklər olur asan. Hafiz Şirazi
  • Məktəblərin ən bəhrəlisi çətinlik məktəbidir. Samuel Smayls
  • Mən demokratiyaya xas olan çətinlikləri və təhlükələri yaxşı bilirəm, lakin buna baxmayaraq, inanıram ki, bu, bizim yeganə ümidimizdir. Çoxlu misallar göstərir ki, bu ümid boşuna deyil. Karl Popper
  • Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd-qəm lazımdır, yoxsa adam özünü tez unudar. Uilyam Şekspir
  • Mənə xəyanət edən bəzi insanları bağışlamaqda niyə belə güclü qabiliyyətim olduğunu başa düşürəm. Qəbir daşının üstündəki ad kimi içəri oyulmuşdur. Amu Tan
  • Mənə verdiyiniz şərəfə görə sizə çox təşəkkür edirəm; ancaq Avropanı bir adam xilas etmədi. İngiltərə özünü çətinliklərdən qorudu və inşallah Avropanı öz nümunəsi ilə xilas edəcək.
    • Uilyam Pittin Müharibə haqqında çıxışlarında, Oksford Universiteti, 1915. Uilyam Pitt
  • Mömin üç xüsusiyyətə malik olmadıqca mömin olmaz; Rəbbindən bir sünnə, Peyğəmbərindən bir sünnə və imamından bir sünnə. Rəbbindən olan sünnə sirri gizlətməkdir. Peyğəmbərin sünnəsi xalqla yaxşı münasibət qurmaqdır. İmamından olan sünnə bəla və çətinliklərə səbr etməkdir. İmam Rza
  • Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır. Məhəmməd

O[redaktə]

  • O yazarı dərin sayıram ki, onun nitqi məni uzun müddət faydalı düşüncələrə sövq edə bilir. Bu vurğuladığım şərt əsas şərtdir. Fərasətli kələkbaz və hətta dərin düşüncə donuna bürünməyə alışmış adam, əlaqəsiz sözlərin aldadıcı quraşdırmasının yalançı dərinliyini asanlıqla göstərməyi bacaran adamdır. Bizə elə gəlir ki, mənanı anlamağa çalışırıq, əslində isə biz onda yalnız məna axtarırıq. Bu müəlliflər, onların verdiyi məlumatdan daha çox bizi onda nələrisə artırmağa məcbur edirlər. Müəllif məcbur edir ki, oxucunun salındığı çaşqınlıq əsərin dərk edilməsinin çətinliyinə yozulsun. Dəftərlər

Ö[redaktə]

  • Ölənlərə deyil, həyatın çətinlikləri ilə ağır mübarizə üçün doğulanlara yas tutmalısan. Evripid
  • Özünüzü qurban kimi qələmə verməkdən hər vəchlə çəkinin. Bədən üzvlərinizin arasında ən çox işarət barmağınıza qarşı sayıq olun, o barmaq ittiham eləmək istəyi ilə alışıb-yanır. İşarət barmağı qurbanın əlamətidir – “Victoria” işarəsi şəklində qaldırılan orta və işarət barmağının əksinə olaraq irəli tuşlanmış işarət barmağı təslimçiliyin sinonimidir. Vəziyyətiniz nə qədər dözülməz olur-olsun, bunda kənar gücləri — tarixi, dövləti, müdiriyyəti, irqinizi, valideynlərinizi və sairəni — günahlandırmayın. Günahı nəyinsə, ya da kiminsə üzərinə atdığınız an siz nəyisə dəyişmək üçün sahib olduğunuz qətiyyəti yox eləyirsiniz. Böyük-böyük ölkələr, qitələr qurban şüurunun doğurduğu mental endirimlərin kölgəsində nazlanır. Məğlubiyyətiniz nə qədər aşkar, nə qədər təkzibedilməz olur-olsun, nə qədər ki ağlınız yerindədir, nə qədər ki dodaqlarınız “yox” sözünü deyə bilir, o məğlubiyyəti inkar eləyin. Ümumiyyətlə, həyata təkcə gözəlliklərinə yox, həm də çətinliklərinə görə hörmət eləməyə çalışın. Hər dəfə çarəsiz qalanda, ya da ümidsizliyin son həddinə çatanda, çətinliyə düşəndə, ya da başınıza xoşagəlməz bir iş gələndə unutmayın: bu – həyatdır və o, sizinlə bildiyi yeganə dildə danışır. Yadda saxlamağa çalışın ki, insan ləyaqəti – dəyişkən yox, absalyut anlayışdır; o, xüsusi xahişlərlə paralel mövcud ola bilməz, onun kökündə aydın görünənlərin inkarı dayanır. Düşünün ki, özünüzü qurban hesab eləməklə siz yalnız məsuliyyətsizlik vakuumunu böyüdürsünüz. Demaqoqlar və iblislərinsə o vakuumu doldurmaqdan ötrü ürəkləri gedir, zira mələklər iflic olmuş iradəni sevmirlər. İosif Aleksandroviç Brodski

P[redaktə]

  • Pessimist hər imkanda bir çətinlik, optimist isə hər çətinlikdə bir imkan görür. Uinston Çörçill
  • Pislik etmək üçün bütün çətinlikləri dəf edirik; lakin ən kiçik bir maneə bizi yaxşı işlərdən çəkindirir. Pyer Büast
  • Polad odda bərkiyər, insan mübarizədə və çətinlikdə. Osetin atalar sözləri

R[redaktə]

  • Rifah xoşbəxtlərə, çətinliklər böyük insanlara işarə edir. Kiçik Plini
  • Rifah sadəcə miqyas deyil; çətinliklər dostları ölçmək üçün yeganə tərəzidir. Plutarx

S[redaktə]

  • Sadə daha yaxşıdır. Həyat çətinliklər, qarışıqlıqlar və hər şeyi daha da çətinləşdirən öhdəliklərlə doludur. Sadə həyat sevinc və sevimli fəaliyyət üçün yer ayırır. Barie Davenport
  • Sevgi çətinliklər gətirir, bu doğrudur. Lakin onun yaxşı tərəfi enerji verməsidir. Vinsent van Qoq
  • Səyahətlərim zamanı rastlaşdığım insanlardan ilham alıram – onların hekayələrini dinləyirəm, onların öhdəsindən gəldikləri çətinlikləri, fundamental nikbinliyi və ləyaqətini görürəm. Mən insanların uşaqlarına olan sevgisindən ilham alıram. Mən öz övladlarımdan ilham alıram, onlar mənim ürəyimi necə doldurur. Məni dünyanı bir az da yaxşılaşdırmaq üçün işləməyə həvəsləndirirlər. Məndə daha yaxşı insan olmaq istəyi yaradırlar. Barak Obama
  • Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.[8] İmam Kazım
  • Siz qalib gələcəksiniz. Ağlınızdakı problem heç bir rol oynamır. Reallıq elədir ki, siz bu çətinliyə qalib gələ biləcəksiniz. Siz düşündüyünüzdən daha güclü və müdriksiniz. Barie Davenport

Ş[redaktə]

  • Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) Qurani-Kərim

T[redaktə]

  • Təəssübkeşlik cəhalətin, xəstə ağılların xəstəliyidir; azad və canlının həvəsi. Təhsil və sərbəst müzakirə hər ikisinin panzehiridir. Qədərimiz cəhalət və barbarlığın qayıdışına qarşı bir maneə olmaqdır. Qoca Avropa bacardıqca bizim çiyinlərimizə söykənməli və keşişlərin və padşahların rahib çəpərləri altında bizim yanımızda gəzməli olacaq. Cənub qitəsi bizim nişanımıza çatanda biz necə bir Kolossus olacağıq! O, dünyanın ağıl və azadlığı uğrunda mitinq olaraq necə dayanacaq! Mən gələcəyin xəyallarını keçmişin tarixindən daha çox sevirəm. Gecəniz xeyrə. Xanım Adams və sizin yanımda olduğunuzu və əsrlərin və ölkələrin tərəqqisini və çətinliyini qeyd edərək həmişə xəyal edəcəm. Tomas Cefferson
  • Tərbiyə prosesində ən böyük çətinlik uşaqların xarakterini korlamadan onları itaətdə saxlamaqdır. Qaston Levis
  • Təslim olmayın: Təslim olmamaq çox vacibdir. Sahibkar olmaq macəraçı olmaq kimidir və bütün çətinlikləri aşmaq üçün təslim olmadan gecə-gündüz işləməlisiniz. Riçard Brenson
  • Tibet dilində bir söz var: “Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır.” Nə çətinlik olursa olsun, təcrübə nə qədər əzablı olursa olsun, ən böyük fəlakət ümidini itiməkdir. Tenzin Gyatso
  • Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar. Belə bir millətlə əl-ələ vermək, yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir. Yan Komenski

U[redaktə]

  • Uğurunuz və xoşbəxtliyiniz sizin əlinizdədir. Xoşbəxt olmağa qərar verin və sevincinizlə çətinliklərə qarşı yenilməz bir ordu formalaşdırın. Helen Keller
  • Uşaqlar deyirlər (bunları etmək kifayət deyil; çətinliklər var) onları öyrət. Giuseppe Giusti
  • Uşağın tərbiyə edilməsində ən böyük çətinlik, onların xarakterini korlamadan tabeçilikdə saxlanılmasıdır. Qaston Levis
  • Uzaq çətinliklər barəsində düşünməyəni yaxın xoşagəlməz hadisələr gözləyir. Konfutsi

Ü[redaktə]

  • Ümumi çətinliklər münasibətləri daha da möhkəmləndirir. Çanakya

V[redaktə]

  • Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür. Şeyx Ədabali

Y[redaktə]

  • Yalan danışan öhdəsinə götürdüyü işin çətinliyini dərk etmir: bu ilk yalanı ört-basdır etmək üçün daha iyirmi yalan uydurmalı olacaq. Aleksandr Pop
  • Yalnız yaxşı müəyyən olunmuş məqsədlər vasitəsilə yolunuzun üstündə duran problemlərin və çətinliklərin öhdəsindən gələ bilərsiniz. Napoleon Hill
  • Yazıçı o adamdır ki, başqalarına nisbətən yazmaqda çətinlik çəkir. Tomas Mann
  • Yəqin ki, Adəmlə Həvva bir-biriylə söhbətləşəndə çətinlik çəkib. Axı qeybət eləməyə adam yox idi. Mark Tven
  • Yolumuzdakı hər çətinliyin əvəzolunmaz bir dərsi var. Çox vaxt özümüz üçün çətinliklər yaradırıq, çünki bu dərslərə həqiqətən ehtiyacımız var. Riçard Bax

Z[redaktə]

  • Zəncinin mürəkkəb vəziyyətinin həlli asan olmayacaq. Bu, onların qeyri-mümkün olması demək deyil. Bu mürəkkəblikləri maneələr kimi deyil, çətinliklər kimi qəbul edərək, sehrimiz olmadığını sərbəst etiraf etsək, irəliləyiş əldə edəcəyik. Dörd yüz illik günahın dörd dəqiqəlik kəffarə ilə silinə bilməyəcəyini qəbul etsək, irəliləyiş əldə edəcəyik. Biz də günahkarın öz kəffarəsini qurbanı daha dörd saniyəlik qəsdən incitməklə ziyarət etmək üçün uyğunlaşdırmağa icazə verə bilmərik. Martin Lüter Kinq
  • Zorakılıq etməmək cəsarətin zirvəsidir. Və öz təcrübəmdə zorakılıq məktəbində təhsil almış kişilərə qeyri-zorakılığın üstünlüyünü nümayiş etdirməkdə çətinlik çəkməmişəm. İllərlə bir qorxaq kimi zorakılığa sığındım. Mən yalnız qorxaqlığımı anlamağa başlayanda zorakılığı qiymətləndirməyə başladım. Təhlükə ilə üzləşdiyi zaman vəzifədən qaçan hindular bunu zorakılıq etmədikləri üçün və ya tətil etməkdən qorxduqları üçün deyil, ölmək və ya hətta xəsarət almaq istəmədikləri üçün etdilər. Canlarını xilas etmək üçün qaçan hindular, dodaqlarında təbəssümlə sinəsi çılpaq dayansaydı, həqiqətən də zorakılıq etməzdilər və özlərini şöhrətə bürüyər, imanlarına parlaqlıq qatar və müsəlman hücumçularının dostluğunu qazanardılar. Onlar öz postlarında dayanıb zərbəni geri qaytarsaydılar, daha az iş görəcəkdilər. Hindular müsəlman zorbasını hörmətli bir dosta çevirmək istəyirlərsə, ən ağır ehtimallar qarşısında ölməyi öyrənməlidirlər. Mahatma Qandi

Mənbə[redaktə]

  • Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014,

Istinad[redaktə]

  1. Biharul-Ənvar, c.3, səh.41, hədis16
  2. Cəmaləddin Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, səh.29.
  3. "Bismillahir-rəhmanir-rəhim"i təfsir edərkən. ət-Tovhid, səh.321 , hədis 5
  4. Biharul-Ənvar, c. 78, səh. 255, hədis 17
  5. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  6. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.74
  7. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.118
  8. Camiul-Əxbar, səh.313, hədis 870