Sofokl
Görünüş
Sofokl | |||
Doğum tarixi | e.ə. 496 | ||
Doğum yeri | Kolon | ||
Vəfat tarixi | e.ə. 406 | ||
Vəfat yeri | Atene, Afina | ||
|
Sofokl — qədim yunan dramaturqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı, amma yalançı olmaqdansa, sadə və namuslu olmaq yaxşıdır.
- Ana öz gücünü övladından alır.
B
[redaktə]- Bədbin-narkotikdən istifadə edənlər kimidir:bədbinliyini hər kəsə yayır.
- Bilmədən səhvə yol verəni bağışlamağa çalışmaq lazımdır.
- Bir söz bizi həyatın bütün ağırlığından və ağrılarından azad edir: Bu söz sevgidir.
- Bir şeyi anlamaq üçün onu düzəltmək lazımdır.
C
[redaktə]- Cənnət hərəkət etməyən kişilərə kömək etməyəcək.
Ç
[redaktə]- Çalışmayana Allah da yardım etməz.
- Çox danışmaq və çox demək eyni şey deyil.
E
[redaktə]- Ehtirasların şiddəti azaldıqda və onların atəşi sönəndə insan tiranların dəstəsindən azad olur.
Ə
[redaktə]- Əxlaqsız adam insan deyil, əşyadır.
G
[redaktə]- Günün nə qədər gözəl keçdiyini görmək üçün axşama qədər gözləmək lazımdır.
H
[redaktə]- Hikmət hər sərvətdən üstündür.
X
[redaktə]- Xoşbəxtliyin birinci şərti ağıllı olmaqdır.
İ
[redaktə]- İnsan övladının heç bir icadı pul qədər fəsad törədən deyil.
- İnsanların çoxu qazandığı uğurlara görə həyatda üzləşdiyi çətinliklərə borcludur.
M
[redaktə]- Möcüzələr çoxdur, lakin heç biri insan qədər fövqəladə deyildir.
Ö
[redaktə]- Ömrü bitənə qədər taleyin insanı xoşbəxt etdiyi qənaətinə gəlmək yanlışdır.
P
[redaktə]- Pis hökm verməyə adət edən insanlar itirənə qədər ovuclarının içindəki yaxşının fərqində ola bilməzlər.[1]
Ş
[redaktə]- Şübhəsiz ki, ağıl xoşbəxtliyin birinci şərtidir.
U
[redaktə]- Uşaqlar ana üçün onun həyatının lövbərləridir.
Y
[redaktə]- Yaramaz adamı bir anda tanımaq olar, namuslu adamı tanımaq üçün uzun illər lazımdır.
- Yaşlanan kişi yenidən uşaq olur.
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.352