Məzmuna keç

Min möhtəşəm günəş

Min möhtəşəm günəş
A Thousand Splendid Suns
Müəllif Xalid Hüseyni
Orijinal dili ingilis dili
Nəşr ili 22 may 2007
Nəşriyyat Riverhead Books, Simon & Schuster

Min möhtəşəm günəş — Xalid Hüseyninin romanı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlına Nananın dediyini sözlər gəldi: hər bir qar dənəsi dünyanın harasındasa haqsızlıqla üzləşən bir qadının ahıdır. Bütün bu ahlar göylərə yüksəlir, bulud kimi toplanır, sonra balaca hisslərə bölünüb səssizcə aşağı, insanların üstünə yağırdı.
  • — Ancaq bir hünər var. O da dözmək və səbr etməkdir.

— Nəyə dözmək, Nana?

— Heç narahat olma. Dözüləcək şey tapmaqda çətinlik çəkməyəcəksən.

  • Hələ çox balacasan, bilirəm, amma bunu indidən başa düşməyini və yaxşıca dərk etməyini istəyirəm. Evlilik gözləyə bilər, təhsil gözləməz. Sən çox, çox ağıllı qızsan. Həqiqətən eləsən. İstədiyin peşəyə sahib ola bilərsən, Leyla. Səni tanıyıram. Bu müharibə qurtarandan sonra Əfqanıstanın kişilərdən çox sizə ehtiyacı olacağını bilirəm. Çünki cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz, Leyla.
  • Kişinin ürəyi həbsxana kimidir. Ana bətninə heç oxşamır. Qanamaz, sənə yer eləmək üçün genişlənməz.
  • Məryəm heç vaxt çox uzağa getmir, o buradadır, rənglədikləri bu divarlarda, əkdikləri ağaclarda, uşaqları isidən yorğanlarda, bu yastıqlarda, kitablarda, qələmlərdə. O, uşaqların gülüşündədir. O, Əzizənin oxuduğu misralarda, qərbə doğru rüku edəndə pıçıldadığı dualardadır. Amma daha çox, Məryəm, Leylanın min bir günəşin qopan nuru ilə parladığı öz ürəyindədir.
  • Orda gələcəyin heç bir mənası yox idi. Keçmiş isə ancaq bir dərsdən ibarət idi.
  • Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir.
  • Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.
  • Şimala yönələn kompas iynəsi kimi, kişinin ittiham edən barmağı həmişə qadını tapır.
  • Və keçmişdə yalnız bu hikmət var idi: bu sevgi zərərli bir səhv və onun ortağı, ümidi, xain bir illüziya idi. Və o tarlanın qurumuş torpağında o qoşa zəhərli çiçəklər cücərməyə başlayanda Məryəm onları kökündən qoparardı. O, onları tutmamışdan əvvəl kökündən qoparıb atdı.
  • Yeni doğulacaq oğlana ad axtarırdılar, çünki qız olsa, adının nə olacağı bəlli idi – Məryəm.

İstinadlar

[redaktə]