Evlilik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bilirsinizmi, niyə evlilik üzüyü “üzük barmağı”na taxılır? Çünki başqa heç bir barmaqdan bir-başa ürəyə damar getmir. Əziz Nesin
E
[redaktə]- Evlənmək çətin deyil, evli olmaq çətindir (Migel de Unamuno: İspan filosofu)
- Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz,xoşbəxtliyə çatarsınız,pis arvada rast gəlsəniz filosof olarsınız Sokrat
- Evli kişinin xoşbəxtliyi evlənmədiyi qadındadır. Oskar Uayld
- Evlilik ağacların peyvənd edilməsinə oxşayır. Peyvənd tutarsa, daha çox və daha keyfiyyətli məhsul əldə edilir. Peyvənd tutmazsa, heç cür meyvə də yetişməz. Volter
- Evlilik, bir qala kimidir. Çöldəkilər oraya girmək üçün, içindəkilər də çölə çıxmaq üçün məşğul olar dayanarlar. Tay atalar sözləri
- Evlilik, bütün qadınların razılaşdığı, bütün kişilərin də razılaşa bilmədiyi bir mövzudur. Oskar Uayld
- Evlilik cismani həzz üçün deyil, nəslin davamı üçün vacibdir. Mahatma Qandi
- Evlilik evlənənə qədər çox gözəl olur. Jorj Sand
- Evlilik, iki nəfərlik təklikdir. Özdəmir Asaf
- Evlilik insan cəmiyyətinin birinci pilləsidir. Siseron
- Evlilik kiçik bir qayıqda uzun bir səyahətə bənzəyir: bir sərnişin qayığı silkələməyə başlasa, digəri onu saxlamalıdır; əks halda ikiniz birlikdə batacaqsınız. David Ruben
- Evlilik sevgi və ya dostluğa qadir olmayan, nə sevgidə, nə də dostluqda heç bir təcrübəsi olmayan və bu çatışmazlıq barədə özlərini və başqalarını aldatmaq istəyən insanlar üçün doğru görünə bilər və onlar bu evlilikdən məyus ola bilmirlər. Fridrix Nitsşe
- Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək. Aqata Kristi
- Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen
- Evlilik zənciri o qədər ağırdır ki,onu ikilikdə daşımaq lazım gəlir. Aleksandr Düma
Ö
[redaktə]- Öz subaylarınızı evləndirin.Bu əməllə Allah-təala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar. Məhəmməd peyğəmbər
U
[redaktə]- Uğurlu evlilik sevgini rədd edir,onu dostluqla əvəz etməyə çalışır. Mişel de Monten
V
[redaktə]- Var-dövlətə görə evlənən öz azadlığına əlvida deyir. Corc Herbert