Antoni Robins
Jump to navigation
Jump to search

Antoni Robins (29 fevral 1960) - Amerikalı yazıçı, natiq, aktyor.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Başqaları ilə anlaşmaq istəyiriksə, dünyanı qavramağımız baxımından bir -birimizdən fərqli olduğumuzun fərqində olmalıyıq və bu həqiqət insanlarla bütün təmaslarda bələdçi olsun.
D[redaktə]
- Dəyərlərinizi dəyişdirin, həyatınızı da dəyişəcəksiniz.
Ə[redaktə]
- Əsl qərar yeni bir hərəkət etməyinizlə ölçülür. Heç bir hərəkət yoxdursa - həqiqətən bir qərar verməmisiniz.
H[redaktə]
- Həyat keyfiyyətimiz digər insanlarla münasibətlərimizin keyfiyyətindən asılıdır.
İ[redaktə]
- İnanıram ki, həyat bir çay kimidir və insanların çoxu əslində hara getmək istədiklərinə heç vaxt qərar vermədən o çaya tullanırlar. Beləliklə də çox qısa müddətdə axınla yaxalanırlar: hadisələrin axını qorxular, çətinliklər cərəyanına çevrilir. Çayın qollara bölündüyü yerə çatdıqda, şüurlu şəkildə hara getmək istədiklərinə və hansı istiqamətə uyğun gəldiklərinə qərar vermirlər. Sadəcə "suyun onları apardığı kimi gedirlər". Öz dəyərləri əvəzinə hadisələrin idarə etdiyi bir insan kütləsinin bir hissəsi olurlar. Bir gün qəzəblənmiş suyun səsi ilə oyanana qədər onlar həmin şüursuz vəziyyətdə qalırlar. Sonra, Niaqara şəlaləsindən iki metr aralıda, sükansız bir gəmidə olduqlarını kəşf edirlər. O anda deyirlər: "Vay, cəhənnəm!" Amma çox gecdir. Düşmək üzrədirlər. Bəzən emosional bir düşmədir. Bəzən düşmə fiziki olur. Çox güman ki, çaya atılmamışdan əvvəl hazırda həyatda sizə ağırlıq verən şeylərin baş verməməsi üçün daha yaxşı bir qərar qəbul edə bilərdiniz.
Q[redaktə]
- Qətiyyət insan iradəsini oyadan bir çağırışdır.
M[redaktə]
- Müvəffəq olmuş bütün insanlar əngəllərin digər tərəfində müvəffəqiyyətin boy atıb böyüyəcəyini bilirlər.[1]
N[redaktə]
- Nə hiss etdiyimiz həyatda başımıza gələnlərdən deyil, baş verənləri şərh etməyimizdən qaynaqlanır.
S[redaktə]
- Sizin taleyiniz qərar vermə anlarında formalaşır.
- Suallarımızın keyfiyyəti həyatımızın keyfiyyətidir. Uğurlu insanların daha yaxşı sualları olur və nəticədə daha yaxşı cavablar alırlar.
U[redaktə]
- Uğura aparan yol daima yenilənir. Müvəffəqiyyət mütərəqqi bir hərəkətdir, əldə edilə bilən bir nöqtə deyil.
İstinadlar[redaktə]
- ↑ Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.64