Məzmuna keç

Kahin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahların təbiətini öyrənməyi kahinlərə burax, sən isə insan qəlbini dərk etməklə məşğul ol. Pifaqor
  • Anarxizm romantik bir nağıl deyil, həyatımızın idarə olunmasını krallara, kahinlərə, siyasətçilərə, generallara və bölgə komissarlarına həvalə edə bilməyəcəyimizi göstərən beş min illik təcrübəyə əsaslanan həssas bir gerçəkləşmədir. Edvard Abi
  • Antisemitizm yəhudilərə qarşı düşmənçilik yaymaq deməkdir. Lənətə gəlmiş çar monarxiyası son günlərini yaşayarkən cahil fəhlə və kəndliləri yəhudilərə qarşı qızışdırmağa çalışırdı. Çar polisi torpaq sahibləri və kapitalistlərlə ittifaqda yəhudilərə qarşı talanlar təşkil etdi. Torpaq sahibləri və kapitalistlər yoxsulluq üzündən işgəncələrə məruz qalan fəhlə və kəndlilərin nifrətini yəhudilərə qarşı yönəltməyə çalışırdılar. Başqa ölkələrdə də tez-tez görürük ki, kapitalistlər zəhmətkeşlərin gözlərini kor etmək, onların diqqətini zəhmətkeş xalqın əsl düşməni olan kapitaldan yayındırmaq üçün yəhudilərə qarşı nifrət bəsləyirlər. Yəhudilərə qarşı nifrət yalnız torpaq sahiblərinə və kapitalistlərə köləliyin fəhlə və kəndlilər arasında uçurum cəhaləti yaratdığı ölkələrdə davam edir. Yəhudilər haqqında yayılan yalan və böhtanlara ancaq ən cahil və məzlum insanlar inana bilər. Bu, kahinlərin bidətçiləri odda yandırdığı, kəndlilərin əsarətdə yaşadığı, xalqın əzilmiş və susqun olduğu qədim feodal dövrünün sağ qalmasıdır. Bu qədim, feodal cəhalət keçib gedir; insanların gözü açılır. Zəhmətkeş xalqın düşməni yəhudilər deyil. Fəhlələrin düşmənləri bütün ölkələrin kapitalistləridir. Yəhudilər arasında da işləyən insanlar var və onlar çoxluq təşkil edir. Onlar da bizim kimi kapitalın əzdiyi qardaşlarımızdır; onlar bizim sosializm uğrunda mübarizədə yoldaşlarımızdır. Yəhudilər arasında da ruslar və bütün xalqlarda olduğu kimi istismarçılar və kapitalistlər də var. Kapitalistlər müxtəlif dinlərə, müxtəlif millətlərə və müxtəlif irqlərə mənsub işçilər arasında nifrət toxumu səpməyə və qızışdırmağa çalışırlar. İşləməyənlər isə kapitalın gücü ilə hakimiyyətdə saxlanılır. Zəngin yəhudilər, varlı ruslar kimi və bütün ölkələrin zənginləri işçiləri sıxışdırmaq, əzmək, soymaq və parçalamaq üçün ittifaqdadırlar. Yəhudilərə işgəncə verən və təqib edən lənətə gəlmiş çarizmə ayıb olsun. Yəhudilərə nifrət bəsləyənlərə, başqa millətlərə qarşı nifrət bəsləyənlərə ar olsun. Vladimir Lenin
  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Cadular sübh şəfəqin ilk əlamətlərindən dəhşətə gəldikləri kimi, müxtəlif təriqətlərin kahinləri də elmin nailiyyətlərindən, onları bəsləyən hiyləgər fəndlərin əldən çıxmasından qorxurlar. Tomas Cefferson
  • Düzünü desək, əsl kahin məhz elə təhtəlşüurdur. Çünki təhtəlşüurun təbiəti, eynilə xarici aləmin reallığı kimi, bizim üçün böyük bir məchuldur. Həmçinin xarici aləmdən hissiyyat orqanlarımız vasitəsilə aldığımız siqnallar kimi, şüurumuzdan gələn məlumatlarla bizə verilən təhtəlşüur da naqis və əskikdir. Ziqmund Freyd
  • Əgər hökmdar, onun nazirləri və kahinləri oğrudurlarsa, o zaman mən nə etməliyəm? Müdafiə olduğu yerdə qorxu yeri var. Çanakya
  • İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır. Onore de Balzak
  • İncəsənət, kahinləri olan dindir və onun qurbanları da olmalıdır. Onore de Balzak
  • İnsan nə kahin, nə əmir, nə də ki sultan kimi dünyaya gəlmiş, nə xrtistian, nə müsəlman, nə buddist, nə də ki məcusi kimi doğulmuşdur. İnsanları kölə edən şəriət qanunları, firqələrə ayıran dinlərdir. Bir insanın digərindən üstünlüyü yalnız ağlı, xilqəti, ədəbi və əxlaqı ilə mümkündür. Hər birimizə xaliqdən bir ləqəb verilib: o, əmir və sultanların titullarından daha şərəflidir. Bu, “insan” fəxri adıdır. Əmin ər-Reyhani
  • Kahin- hökmdarın, ər-arvadın, müəllim isə şagirdlərin günahları qarşısında məsuliyyət daşıdıqları kimi, hökmdar da öz dövlətinin vətəndaşlarının günahları qarşısında məsuliyyət daşıyır. Çanakya
  • Kahinlər deyirlər ki, Allahlar insanı yaratdıqlarına görə peşman oldular. Biz də onlara eyni cavab veririk: insan da allahları yaratdığına görə peşman olub. Pifaqor
  • Kahinlərə bircə dəfə baş əymək, Allaha yüz dəfə baş əyməkdən daha çox fayda verir. Stanislav Eji Lets
  • Maddi güc güclülərin və zənginlərin əlindədir; intellektual güc müdrik adamlara və ya kahinlərə məxsusdur; mənəvi güc isə qadınlar tərəfindən həyata keçirilir. Ogüst Kont
  • Mənasız ifadələri lağa qoymaq lazımdır. Məsələyə ağılla yanaşmalı, fikir dəqiq ifadə edilməlidir. Heç kim, heç vaxt Ata, Oğul, Müqəddəs Ruhdan ibarət Üçlüyün dəqiq bir tərifinə sahib olmamışdır. Bu, sadəcə olaraq, özlərini İsanın kahinləri adlandıran fırıldaqçıların cəfəngiyyatıdır. Tomas Cefferson
  • Təəccüblüdür ki, falçı kahinlər bir-birinin üzünə baxanda gülməkdən özlərini necə saxlaya bilirlər. Mark Tulli Siseron

İstinadlar

[redaktə]