Romantik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Anarxizm romantik bir nağıl deyil, həyatımızın idarə olunmasını krallara, kahinlərə, siyasətçilərə, generallara və bölgə komissarlarına həvalə edə bilməyəcəyimizi göstərən beş min illik təcrübəyə əsaslanan həssas bir gerçəkləşmədir. Edvard Abi
- Azərbaycan mətbəxi son dərəcə dadlıdır. Eyni zamanda, xörəklər zərif və romantik şəkildə təqdim olunur. Alla Puqaçova[1]
B
[redaktə]- Biz romantik olduqdan sonra dağlar gözəlləşdi. Ejen Delakrua
E
[redaktə]- Elmə iki yanaşma vardır:yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik. indi bir çox ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Mən düşünürəm ki, Azərbaycanda romantiklər, hər halda qalmışlar. Ola bilsin ki, bu, pulun elə bir böyük əhəmiyyətə malik olmadığı sovet dövrünün mirasıdır. Bu gün dünyada romantik kimi qalmaq olmaz - biz praqtik olaraq cəngəlliklərdə yaşayırıq. Lütfi Zadə
G
[redaktə]- Gəncliyimin sonunu xəbər verən əlamətlər arasında ən önəmlisi ədəbiyyata böyük marağımın olmamasıdır. Artıq, hər şeyə rəğmən, bir vaxtlar eşitdiyim ruhani həqiqətləri tapmaq ümidi ilə kitablar açmıram. Oxuyuram, getdikcə daha çox oxuya bilmək istəyirəm, amma bir vaxtlar olduğu kimi, kitablarda tapdığım müxtəlif təcrübələri nə həvəslə qarşılayıram, nə də onları parlaq, poetika qədər rasional səs-küyə çevirmirəm. Turin küçələrində gəzərkən də eyni şey olur. Mən artıq bu yerləri yaratmaq səylərini sürətləndirən romantik, simvolik güc mənbəyi kimi görmürəm. Hər dəfə “bu, əvvəlcədən hazırlanmışdır” demək istəyirəm. Sevdiklərimi, vəsvəsələrimi, yorğunluğumu, istirahətimi hərtərəfli nəzərdən keçirəndə, açığı, daha həyata yeni kəşflər gətirəcək bir sahə kimi baxmıram, poeziya bu baxımdan məni daha az maraqlandırır. Çezare Paveze
İ
[redaktə]- İnsan şüuraltı olaraq həmişə melanxoliyaya can atır. Nakam sevgi xoşbəxt sevgidən daha romantikdir və kədər, yaxud ağrı kimi, biz melanxoliyanı daha kəskin hiss edirik, nəinki xoşbəxtliyi. Lars fon Trier
M
[redaktə]- Mən həmişə həddindən artıq romantik olmuşam, hətta bunun nə demək olduğunu anlamaq üçün çox gənc olanda belə. Corc Martin
S
[redaktə]- Sevgi - bu nə vərdiş, nə güzəşt, nə də şübhə deyil. Bu romantik musiqinin bizə öyrətdiyi deyil. Sevgi-var... Dəqiqləşdirilməyə və təyin edilməyə ehtiyacı yoxdur. Sev və soruşma. Sadəcə sev. Paulo Koelyo
V
[redaktə]- Vüsal romantik məhəbbəti göylərdən yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir. Əbu Turxan
Z
[redaktə]- Zaman sürətli axır. Hazırda Eynşteynə qarşı içimdə narazıçılıq hissi baş qaldırıb. Zamanın sürətli və ya yavaş axması duyğulardan asılıdır. Nisbilik nəzəriyyəsi romantikdir. Amma eləcə də kədərli. Steins;Gate, Yaponiya vizual romanı və animesi.
İstinadlar
[redaktə]- ↑ "Алла Пугачева: «Азербайджан – удивительная страна, которая хорошеет год от года, день ото дня!» – ФОТО – ВИДЕО". www.1news.az. www.1news.az. İstifadə tarixi: 2 iyun 2018.