General
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır. Napoleon Bonapart
- Anarxizm romantik bir nağıl deyil, həyatımızın idarə olunmasını krallara, kahinlərə, siyasətçilərə, generallara və bölgə komissarlarına həvalə edə bilməyəcəyimizi göstərən beş min illik təcrübəyə əsaslanan həssas bir gerçəkləşmədir. Edvard Abi
- Ancaq, sən demə, sən ürəkli bir insansan! – deyə general dilləndi.
– Arabir, vaxtım olanda- deyə Fileas Foqq sakit tərzdə bildirdi. Jül Vern
B[redaktə]
- Bir general ad qazanır, min əsgərin sümüyü çürüyür. Yapon atalar sözləri
C[redaktə]
- Camaatın gözündə səhvi olan qalib general həmişə haqlı, hərəkət tərzi düzgün olsa da, məğlub general həmişə haqsız olur. Volter
D[redaktə]
- Döyüşdə manevr etməyi bacaran qalib gəlir. Generalitet nə qədər ağıllı olarsa, o, manevrdən daha çox istifadə edər və bununla da qan tökülməsini azaldar. Uinston Çörçill
- Döyüşlər qətlin və manevrlərin vasitəsi ilə qazanılır. Təcrübəli general döyüşdə manevrlərdən istifadə edərsə, döyüş daha az qurban tələb edər. Uinston Çörçill
Ə[redaktə]
- Əsgərlər döyüşər, generallar öyünər. Benqal atalar sözləri
G[redaktə]
- General, siz boyca məndən bir baş ucasınız, amma əgər siz mənə qarşı kobudluq edəcəksinizsə, onda mən dərhal bu fərqi aradan qaldıracam. Napoleon Bonapart
- Generallar həmişə keçmiş müharibəyə hazırlaşırlar. Uinston Çörçill
Q[redaktə]
- Qoyun hakimlər ədalət məhkəməsində məyus olsunlar — onda, onların qərarları daha dəqiq olacaq. Qoyun generallar qələbədən məyus olsunlar — onda, qətl rüsvayçılıq sayılacaq. Qoyun keşişlər inancdan məyus olsunlar — onda onların inancı daha səmimi olacaq. Leonard Koen
M[redaktə]
- Məğlub ordunun generalı dava haqqında danışmasa yaxşıdır. Yapon atalar sözləri
- Müharibədə – general, sülhdə – diplomat. Rahid Ulusel
N[redaktə]
- Napoleonun ordusu çətin vəziyyətdədir, general gəlir və belə deyir: "İmparator döyüşə bilmərik, düşmən 3 qat artıq gücdədir, onlar 150.000 biz isə 50.000 nəfərik." Napoleon ona belə cavab verir: "Onlar 150.000, biz isə 50.000. Bir də məni qat, etdi 150.000! Bərabərik, döyüşərik!" Napoleon Bonapart
O[redaktə]
- On min əsgər tapmaq bir general tapmaqdan daha asandır. Yapon atalar sözləri
Ö[redaktə]
- Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun. Aleksandr Soljenitsın
P[redaktə]
- Pis general arxasınca qurbanlar sürüsü aparır. Pyer Büast
S[redaktə]
- Səbirli bir əsgər, general oldu. İnquş atalar sözləri
U[redaktə]
- Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım. Pablo Pikasso
- Uğursuzluğa heç vaxt məruz qalmayan generalın kifayət qədər təcrübəsi yoxdur. Pyer Büast