Pablo Pikasso
Pablo Pikasso | |||
![]() | |||
Doğum tarixi | 25 oktyabr 1881 | ||
Doğum yeri | Malaqa | ||
Vəfat tarixi | 8 aprel 1973 | ||
Vəfat yeri | Mas Notre-Dame-de-Vie de Mougins | ||
Dəfn yeri | Château of Vauvenarg | ||
|
Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881 – 8 aprel 1973) – ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri 20-ci əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biridir. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allah da başqa rəssamlar kimi rəssamdır.
B[redaktə]
- Bədii cərəyanlar mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib gəlirlər.
- Biz hamımız bilirik ki, İncəsənət həqiqət deyil. Sənət ən azından anlamaq üçün bizə verilən həqiqəti dərk etməyə məcbur edən bir yalandır. Sənətkar öz yalanlarının doğruluğuna başqalarını inandırmağın yollarını bilməlidir.
C[redaktə]
- Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı.
Ç[redaktə]
- Çox pulu olan kasıb bir insan kimi yaşamaq istəyərdim.
X[redaktə]
- Xəyal etdiyiniz hər şey gerçəkdir.
İ[redaktə]
- İnsanlar arasında da kopiya orijinaldan daha çoxdur.
- İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır.
K[redaktə]
- Kompüterlər yararsızdır. Onlar yalnız sizə cavab verə bilirlər.
M[redaktə]
- Müharibə millətlər və xalqlar arasında elə bir dəhşətli mühakimə üsuludur ki, həm mühakimə edəni, həm də mühakimə ediləni məhv edir.
R[redaktə]
- Rəngkarlıq korlar üçündür. Rəssam gördüyünü yox, duyduğunu çəkir.
S[redaktə]
- Sənət bizə həqiqəti dərk etməyə imkan verən yalandır.
- Sənətin məqsədi gündəlik həyatın tozunu ruhumuzdan yumaqdır.
U[redaktə]
- Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım.
- Uşaqların hamısı rəssamdır. Problem böyüyəndə rəssam olaraq qalmaqdır.