Məzmuna keç

Lənət

Edip oğlu Polineyi lənətləyir (Henri Fuseli, 1786)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adam var ki, rəhmət aparar, adam var ki, lənət aparar. Azərbaycan atalar sözləri/A
  • Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
  • Agentlər lənət kimi yan-yana, addım-addım gedirlər. Cənablar, mən bu həqiqəti mövzu kimi götürəndə onu qəsdən və heç nəyə görə seçdim, ancaq “və”nin üzərinə nöqtə qoymaqdan ötrü agentliyin həqiqətini işlətməliyik deməsin. Polşanı çətin təcrübələr gözləyir. Böhranlar zamanı - təkrar edirəm - agentlərdən çəkinin. Öz yolun ilə get, yalnız Polşaya xidmət et, yalnız Polşanı sev və yadlara xidmət edənlərə nifrət et. Yozef Pilsudski
  • Antisemitizm yəhudilərə qarşı düşmənçilik yaymaq deməkdir. Lənətə gəlmiş çar monarxiyası son günlərini yaşayarkən cahil fəhlə və kəndliləri yəhudilərə qarşı qızışdırmağa çalışırdı. Çar polisi torpaq sahibləri və kapitalistlərlə ittifaqda yəhudilərə qarşı talanlar təşkil etdi. Torpaq sahibləri və kapitalistlər yoxsulluq üzündən işgəncələrə məruz qalan fəhlə və kəndlilərin nifrətini yəhudilərə qarşı yönəltməyə çalışırdılar. Başqa ölkələrdə də tez-tez görürük ki, kapitalistlər zəhmətkeşlərin gözlərini kor etmək, onların diqqətini zəhmətkeş xalqın əsl düşməni olan kapitaldan yayındırmaq üçün yəhudilərə qarşı nifrət bəsləyirlər. Yəhudilərə qarşı nifrət yalnız torpaq sahiblərinə və kapitalistlərə köləliyin fəhlə və kəndlilər arasında uçurum cəhaləti yaratdığı ölkələrdə davam edir. Yəhudilər haqqında yayılan yalan və böhtanlara ancaq ən cahil və məzlum insanlar inana bilər. Bu, kahinlərin bidətçiləri odda yandırdığı, kəndlilərin əsarətdə yaşadığı, xalqın əzilmiş və susqun olduğu qədim feodal dövrünün sağ qalmasıdır. Bu qədim, feodal cəhalət keçib gedir; insanların gözü açılır. Zəhmətkeş xalqın düşməni yəhudilər deyil. Fəhlələrin düşmənləri bütün ölkələrin kapitalistləridir. Yəhudilər arasında da işləyən insanlar var və onlar çoxluq təşkil edir. Onlar da bizim kimi kapitalın əzdiyi qardaşlarımızdır; onlar bizim sosializm uğrunda mübarizədə yoldaşlarımızdır. Yəhudilər arasında da ruslar və bütün xalqlarda olduğu kimi istismarçılar və kapitalistlər də var. Kapitalistlər müxtəlif dinlərə, müxtəlif millətlərə və müxtəlif irqlərə mənsub işçilər arasında nifrət toxumu səpməyə və qızışdırmağa çalışırlar. İşləməyənlər isə kapitalın gücü ilə hakimiyyətdə saxlanılır. Zəngin yəhudilər, varlı ruslar kimi və bütün ölkələrin zənginləri işçiləri sıxışdırmaq, əzmək, soymaq və parçalamaq üçün ittifaqdadırlar. Yəhudilərə işgəncə verən və təqib edən lənətə gəlmiş çarizmə ayıb olsun. Yəhudilərə nifrət bəsləyənlərə, başqa millətlərə qarşı nifrət bəsləyənlərə ar olsun. Vladimir Lenin

B[redaktə]

  • Bir insan artıq öldü deyə onu sevməyi tərgitmək olmaz, lənət şeytana, üstəlikdə o bütün canlılardan daha yaxşı idisə. Başa düşürsən? Cerom Selincer

C[redaktə]

  • Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır. Uilyam Şekspir
  • Cənnətə getmək üçün komanda yığın və kömür götürmək üçün cəhənnəmdə iki saat yarım dayanmağa cəhd edin. Əgər hansısa bir it oğlu sahildə qalmaycaqsa, mənə lənət olsun. Mark Tven

E[redaktə]

  • Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi

H[redaktə]

  • Həyat bir tələ, biz isə siçanlarıq. Bəziləri tələdəki yemi götürüb təhlükədən uzaqlaşa bilir, amma əksəriyyət tələdə məhv olur, tələdəki yemi ancaq iyləyə bilir. Lənət şeytana, çox axmaq bir komediyadır. Vissarion Belinski
  • Həyat elə lənət bir şeydir ki; Ya səhv zamanda doğru insanı qarşına çıxarar. Ya da səhv insanla, zamanını xərcləyər.. Seneka
  • Həyat o qədər lənət bir şey ki; Hər kəsin səhv etdiyini doğru etsən, səhv etmiş sayılırsan. Oskar Uayld

İ[redaktə]

L[redaktə]

M[redaktə]

  • Məhəbbət gələndə insan ömrünə,
    Sanırsan hər yerə ilk bahar gəlib,
    Məhəbbət gedəndə - lənət о günə,
    Sanırsan dünyaya boran, qar gəlib! Əhməd Cavad

Ö[redaktə]

  • Özü-özünə gələn xoşbəxtlik gedərkən lənət gətirir. İbn Sina

R[redaktə]

S[redaktə]

  • Statistik lənəti insanlığın üzərinə çökmədən əvvəl, kef içində xoşbəxt, günahsız bir həyat sürürdük və olduqca yaxşı düşüncələrlə doluyduq. Hiler Bellok

T[redaktə]

  • Türklər Avropadan atılmalıdır. Amerikalı Senator Lodge deyir ki, Türklər, Avropadan silinməlidir, toxumların yarası olan müharibələrin canlıları, qonşuları üçün lənət olsun, tamamilə İstanbul türklərindən uzaqlaşdırılsın. Türklər Asiya hindiləridir və onların taleyi onlar kimi olacaq.
(4 yanvar 1920-ci ildəki[1] qeydlərindən) Corc Kurzon

İstinadlar[redaktə]

  1. İngiliz Gizli Belgelerinden (Lord Curzon'un notları, Sayfa No: 992, Belge: 646) aktaran: Ulubelen, Erol, s. 200