Azərbaycan atalar sözləri/L
Jump to navigation
Jump to search
- Laçın balasın verməz, bəlkə zorla alalar.
- Laçın qalada balalar.
- Lahıcı sel apardı, elə deyrdi:qiblə pakdı.
- Laxlayan daş ərkdə qalmaz.
- Lalam, karam - dinmərəm.
- Lalın dilini anası bilər.
- Laylayı bilirsən, niyə yatmırsan?
- Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.
- Leş görəndə qarğa quzğuna dönər.
- Leyli bazarıdır, Məcnun can satır.
- Ləbləbidir - el dəbidir.
- Lələ ikinci anadır.
- Lələ köçüb, yurdu qalıb.
- Lələ var, yurdu yox.
- Lənət kor şeytana.
- Ləzgiyə dedilər:can şirindi, bəkməz? Dedi: İki dostun arasına girmək olmaz.
- Libasım yamaq götürür, qarnım yox.
- Loxma qarın doyurmaz, məhəbbət artırar.
- Löyünsüzə böyüklük eləmək olmaz.
- Lütdən kəsən harda yeyəcək?!
- Lütün dərdi olmaz.
Mənbə[redaktə]
- Atalar sözü, Bakı,2004