Məzmuna keç

Əhməd Cavad

Əhməd Cavad
Tam adı Cavad Məhəmmədəli oğlu Axundzadə
Doğum tarixi 5 may 1892
Doğum yeri Şəmkir
Vəfat tarixi 12 oktyabr 1937
Vəfat yeri Bakı
Vikipediya məqaləsi

Əhməd Cavad – Azərbaycan şairi, tərcüməçi, professor. Azərbaycan himninin sözləri onun qələmindən çıxmışdır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Duman deyil, bu dağların başına
    Qonan, məzlumların ahı, vayıdır.
    Vətən xarab oldu, siz onda bayquş,
    Of, benim gözəlim kimlərə uymuş?
  • Əyil, Kürüm, əyil, keç!
    Meydan sənin deyil, keç!
  • Könüllər bir dəniz, coşdurma onu,
    Coşqun könüllərin fırtına sonu!
    Sən ey Şimal yeli, gəl etmə bunu!
    Yox isə əmrinə uymayan, gəlmə!
  • Məhəbbət gələndə insan ömrünə,
    Sanırsan hər yerə ilk bahar gəlib,
    Məhəbbət gedəndə - lənət о günə,
    Sanırsan dünyaya boran, qar gəlib!
  • Mən çeynənən bir ölkənin,
    Haqq bağıran səsiyəm.[1]
  • Namussuzluq çox alçaqdır,
    Bizi haqq da dinləməz!
    Qorxaq, alçaq bir millətə
    Tanrı da yol göstərməz!
  • Nə yaman dərddir bənimki,
    Söyləməyə dilim yoxdur.
    Nə qəribəm qərib kibi,
    Nə dərd bilən elim yoxdur!

Haqqında deyilənlər

[redaktə]
  • Milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir “müsavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq, onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şeirlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub, şairə hücum üçün bir vasitə olur.[2] Məhəmməd Əmin Rəsulzadə

Vikianbarda Əhməd Cavad ilə əlaqəli mediafayllar var.

Vikipediyada Əhməd Cavad haqqında məqalə var.

Vikimənbədə Əhməd Cavad ilə əlaqəli məlumatlar var.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.218
  2. Nəsiman Yaqublu - "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" - Bakı Kitab Klubu. 2013. səh. 504 səh. ISBN 978-9952-8202-2-5