Nağıl
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir. Fridrix Nitsşe
- Anarxizm romantik bir nağıl deyil, həyatımızın idarə olunmasını krallara, kahinlərə, siyasətçilərə, generallara və bölgə komissarlarına həvalə edə bilməyəcəyimizi göstərən beş min illik təcrübəyə əsaslanan həssas bir gerçəkləşmədir. Edvard Abi
B
[redaktə]- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
- Bu torpaqlar nağıl kimidi...(Antarktida üçün) Rual Amundsen
D
[redaktə]- Dünən mütləq doğru deyə israr etdiyiniz nə qədər çox şeyi bu gün nağıl deyə anladırsınız. Roye Montenye
- Dünya başdan-başa əsli olmayan bir nağıldan başqa bir şey deyildir. Əbülqasım Firdovsi
- Dünyada ərəblər kimi gözəl nağıl uyduran, farslar kimi bu nağılı gözəl danışan və türklər kimi bu nağıla inanan ikinci bir millət yoxdur. Mirzə Fətəli Axundov
- Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir. Paulo Koelyo
E
[redaktə]- Elə olur ki, kappa da batır. (Kappa - nağıllarda sularda yaşayan ruh). Yapon atalar sözləri
- Erməni aşıq yaradıcılığının yalnız kiçik, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Aşıqlarımız həyat və məişət hadisələrini nağıllarda, öz nəğmələrində tərənnüm edərkən Azərbaycan dilinə üstünlük verirlər, çünki bu dil daha rəvan, ifadəli və zəngindir, nəinki erməni dili ... erməni aşıq sənətinin kiçik, hətta əhəmiyyətsiz hissəsinin ədəbiyyatımıza aid olduğunu söyləmək olar. Böyük əsərlərin (dastanlar, qəhrəmanlıq nağılları) əksəriyyəti Azərbaycan dilində yaradılıb.
- Professor Leo, əsl adı Arakel Qriqoryeviç Babaxanyan (erməni tarixinə dair bir neçə böyük əsərin müəllifi, erməni kilsəsinin və erməni milyonçularının pulu ilə əmələ gələn mifik erməni tarixinin yaradıcılarından biri)
Ə
[redaktə]- Əfsanəsiz xalq, əsatirsiz ölkə yoxdur: köçərilərdə onlar şifahi nağıl və hekayətlər şəklində nəsildən-nəslə ötürülür; yarımmədənilər üçün bu əfsanə və əsatirlər onların inamının əsası, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmunudur; mədəni xalqlarüçün isə onlar təxəyyülü qidalandırmaq üçün ən gözəl qida, mənəvi sərvətdir. Mirzə Kazım bəy
- Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
G
[redaktə]- Gecə dırnaq kəsən, gündüz nağıl deyən, həlbət gora gələrsən! Azərbaycan atalar sözləri/G
H
[redaktə]- Halbuki mən bir nağılı olan adamdım. Əhməd Hamdi Tanpınar
- Heç eşitmisinizmi ki, kişi öz məşuqəsinə 1001 gecəlik nağıl danışsın? Xeyr. Yalnız qadınlar kişilərə 1001 gecəlik nağıl danışa bilər. Corc Bernard Şou
- Həyat bir nağıla bənzər, uzunluğu yox, yaxşı olub-olmaması mühümdür. Seneka
X
[redaktə]- Xoşbəxtlik, qapıları əjdahalar tərəfindən qorunan nağıl sarayları kimidir. Onlara sahib olmaq üçün mübarizə aparmaq lazımdır. Aleksandr Düma (ata)
İ
[redaktə]- İndi mənim xoşbəxtliyimə kölgə salan yeganə bulud, – qoca qarının və soğanla dolu arabanı çəkən eşşəyin qaldırdığı toz bulududur. (Bilirəm ki, bu cür gözəl bir gündə arabanın nektar və ambroziya (astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi) ilə, heç olmasa, üzüm və şaftalı ilə dolu olması daha yaxşı olardı, amma mən düz danışan adamam: bu, sadəcə soğan idi.) Amma artıq toz yatır və budur yenə arxamda – bütöv bir Fransa, qarşımda İtaliya, sağımda – Aralıq dənizi, solda – Alp dağları, üzərimdə isə yaqut qübbə. Və beşi də olduqca yaxındır; onlar elə sakit və elə yaxındılar ki, əlimi uzatsam onlardan istədiyim birini seçib hədiyyə olaraq sizə göndərə bilərəm. Amma hətta əgər poçt orqanları bildirməsə də ki, onların göndərilməsi müşkül məsələdir (yenə rəsmiyyətçilik – idarələrin lənəti), onların gözəlliyi yolda itəcək və sizə çatanda yekə, heybətli və qorxunc bir şey olacaqlar. Odur ki, mən sizə xatirə üçün yalnız bu yabanı rozmarin (çəmənotu və ya ətotu) şaxəsini göndərirəm. Amma yenə də qoca qarıya acığım tutur. O, öz eşşəyi ilə özümə danışdığım nağılın düz ortasında peyda oldu və hər şeyi korladı. Bəs siz heç özünüzə nağıl danışırsınız? Yoxsa, siz tamam böyümüsünüz? Qırılmış dostluq
K
[redaktə]- Kitablarda nağıllar, həyatda isə nəsr var. Aleksandr Blok
Q
[redaktə]- Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar. Aristotel
- Qonağa nağıl yedirtməzlər. Osetin atalar sözləri
L
[redaktə]- Laboratoriyasındakı alim təkcə texnik deyil, həm də sanki nağıl kimi təsirləndirən təbiət hadisələri ilə qarşılaşan bir uşaqdır. Mariya Küri
M
[redaktə]- Mənim bu günə qədər nail olduqlarım əsl nağıldır. Allahdan və insanlardan bundan daha artığını istəməyə cürətim çatmaz. Andrea Boçelli
N
[redaktə]- Nağıl dili yüyrək olar. Azərbaycan atalar sözləri/N
- Nağıllar reallıqdan daha üstündür - ona görə yox ki, onlar bizə əjdahaların mövcudluğunu deyir, ona görə ki, əjdahaları məğlub etməyin mümkün olduğunu göstərir. Nil Qeyman
- Nağıllar uşaqlara əjdahaların mövcud olduğunu öyrətmir. Uşaqlar əjdahaların mövcud olduğunu artıq bilirlər. Nağıllar əjdahaların öldürülə biləcəyini öyrədir. Gilbert Çesterton
- Nağıllar yazmağa çalışdım, amma heç nə alınmadı. Onlardan birini oğullarıma göstərdim, onlar “Ata, səncə, uşaqlar tamamilə axmaqdır?” sözləri ilə qaytardılar. Qabriel Qarsiya Markes
- Nağıllarda xeyir, çıxılmaz mübarizədən sonra hər yerdə şərə qalib gəlir. Bax, buna görə də onlar nağıldır. Reallıqda isə çox vaxt hər şey tərsinə bitir və ağrılı insanlar uşaqlıqda nağılların köməyi ilə onlara aşılanan illüziyalardan tədricən xilas olurlar. Əli Abşeroni
P
[redaktə]- Padşahsız nağıl olmaz. Azərbaycan atalar sözləri/P
S
[redaktə]- Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi. Ömər Xəyyam
- Sionistlər bu torpaqlarda mövcud olduqlarını qədim yəhudilərin nəslindən olmaqla əsaslandırırlar. Onlar üçün o yəhudilərin nəslindən olmadıqlarını təsəvvür etmək burada olmamaq deməkdir. Belə bir anlayışla onların burada heç bir işi yoxdur. Mən özümü yox, sionistləri nəzərdə tuturam. Və əslində necə oldu? Gəldik, Avropa bizi çölə atdı, çarəmiz qalmadı və yad torpaqları mənimsədik...?! Yox, insanları cəlb etmək üçün mif lazımdır. Əvvəla, demək lazımdır ki, burada hər şey bir vaxtlar sizin olub. Sionistlərin mövcud vəziyyətə dair izahatları üçün torpağa sahib olmaq üçün kollektiv iddia əsasdır. Mən İsrailin varlığına uydurma keçmişlə haqq qazandırmıram, amma qeyri-müəyyən gələcək vasitəsilə İsrailin varlığına haqq qazandırıram. Yəni İsrailin varlığının düzgünlüyünü şübhə altına alan, yeni faciələrə səbəb olacaq. Mən İsraili bu cəmiyyəti yaradan və nədənsə özünü tanımayan bir millət yaradan sionist layihəsinin nəticəsi kimi qəbul edirəm. Sionistlər burada millət yaradıblar, amma şübhəli millətdir deyənlər olacaq - onların haqqı; lakin israillilərin milləti artıq bir faktdır və sionistlər bunu tanımırlar. Dil, kino, teatr, ədəbiyyat, ordu. Amma yox... Sionistlər deyirlər ki, belə bir İsrail xalqı yoxdur, amma beynəlxalq yəhudi xalqı var... Bir daha deyirəm ki, mən burada olmağımı onların mifləri və nağılları ilə deyil, məhz bu mif və nağılların yaradılmasına kömək etdiyi üçün izah edirəm. İsrail dövləti, onu məhv edəcəklər. Sionistlər burada millət yaradıblar, amma şübhəli millətdir deyənlər olacaq - onların haqqı; lakin israillilərin milləti artıq bir faktdır və sionistlər bunu tanımırlar. Dil, kino, teatr, ədəbiyyat, ordu. Amma yox... Sionistlər deyirlər ki, belə bir İsrail xalqı yoxdur, amma beynəlxalq yəhudi xalqı var... Bir daha deyirəm ki, mən burada olmağımı onların mifləri və nağılları ilə deyil, məhz bu mif və nağılların yaradılmasına kömək etdiyi üçün izah edirəm. İsrail dövləti, onu məhv edəcəklər. Sionistlər burada millət yaradıblar, amma şübhəli millətdir deyənlər olacaq - onların haqqı; lakin israillilərin milləti artıq bir faktdır və sionistlər bunu tanımırlar. Dil, kino, teatr, ədəbiyyat, ordu. Amma yox... Sionistlər deyirlər ki, belə bir İsrail xalqı yoxdur, amma beynəlxalq yəhudi xalqı var... Bir daha deyirəm ki, mən burada olmağımı onların mifləri və nağılları ilə deyil, məhz bu mif və nağılların yaradılmasına kömək etdiyi üçün izah edirəm. İsrail dövləti, onu məhv edəcəklər. Şlomo Zand
- Sizi bədbəxt eləmək istəyənlərə fikir verməməyə çalışın. Elələri çox olacaq – istər rəsmi vəzifədə olun, istər öz işinizi qurun. Əgər onlardan xilas ola bilmirsinizsə, dözün. Ancaq elə ki xilas oldunuz, dərhal onların varlıqlarını unudun. Ilk növbədə çalışın ki, onlardan gördüyünüz ədalətsiz münasibət haqqında əhvalatlar danışmayasınız; dinləyiciləriniz nə qədər canıyanan olur-olsun, buna yol verməyin. Bu tip nağıllar rəqiblərinizin mövcudluğunu daha da uzadır: çox güman ki, onlar sizin danışmağa meylli olmağınıza, təcrübənizi başqaları ilə bölüşəcəyinizə ümid eləyirlər. Özü özlüyündə heç bir individuum ədalətsizliyi (hətta bəlkə ədaləti də) təcrübədən keçirməyə dəymir. Belə yanaşma, çəkdiyiniz səyləri qətiyyən doğrultmaycaq: burada yalnız əks-sədanın dəyəri var. Bu, istənilən zülmkarın əsas prinsipidir – o zülmkar istəyir dövlət tərəfindən maliyyələşsin, istəyir öz “mən”ini rəhbər tutsun. Buna görə də o əks-sədanı susdurun, səslənməsinə imkan verməyin. Hadisə nə qədər xoşagəlməz, ya da əhəmiyyətli olur-olsun, həyatınızda, baş verməsinə sərf olunan vaxtdan artıq yer tutmasına şərait yatarmayın. Düşmənlərinizin, sizi sevməyənlərin əməllərinin vaciblik dərəcəsi göstərdiyiniz reaksiyadan asılıdır. Odur ki, onlarln yanından, ya da ortasından elə keçin, sanki onlar qırmızı yox, sarı işıqdırlar. Onlar haqqında nə fikirləşin, nə də danışın; Onları unutduğunuza, ya da bağışladığınıza görə fəxr eləməyin- ən pis halda ilk işiniz unutmaq olsun. Beləcə beyin hüceyrələrinizi lazımsız həyəcandan xilas eləyəcəksiniz; hətta bəlkə o axmaqları da özlərindən xilas elədiniz, zira unudulmaq perspektivi bağışlanmaq perspektivindən daha qısadır. İosif Aleksandroviç Brodski
- Sosializmin həm də kapitalist mürtəceliyi ortasında heç kimin bir şeylərini fəda etmədən qurulacağını düşünmək bir nağıldır. Ernesto Çe Gevara
- Sözü yadında saxlayan ağıllı, nağılı yadından saxlayan isə müdrik olur. Monqol atalar sözləri
T
[redaktə]- Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. Əbu Turxan
- Tənbələ iş buyur, o sənə nağıl danışsın. Azərbaycan atalar sözləri/T
U
[redaktə]- Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm... onlara yemək vermək və nağıl danışıb yatızdırmaq...ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela