Qırılmış dostluq
Görünüş
Qırılmış dostluq |
---|
Qırılmış dostluq — ingilis yazıçısı və bəstəkarı Etel Lilian Voyniçin 1910-cu ildə yazdığı roman.
Əsərdən sitatlar
[redaktə]A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ah, madmazel, dünya elə demokratikdir ki! Hətta ölümə məhkum insan da kamerasını başqaları ilə paylaşmalı olur.
- Axı başqasının sirrini açmaq … alçaqlıqdır! Üstəlik də … yoluxucu xəstəlikdir.
- Axı hətta kiçicik qırxayaq da, cənab Lortiq, bəzən öz yaxınına kömək edir, bunun üçün heç bir ödəniş tələb etmir, baxmayaraq ki, bir neçə artıq ayaqdan başqa heç nəyi yoxdur.
- Amma bəzi şeylər uşaqlıqdan adamın ürəyinə batıb qalır, böyüdükdən sonra isə nə qədər çalışsan da onları çıxarda bilmirsən. Əlbəttə, səfehlikdir, amma əldən heç nə gəlmir.
B
[redaktə]- Bax, Allahım, mən yazıq, balaca və zəifəm.
Ağrı və qorxunun hakim olduğu yerdən,
İnsanlara yaxınlaşdım, qapılarını döydüm.
İnsan ürəyində sığınacaq tapmaq üçün.
İnsan anlayışı ilə qızınmaq üçün.
Amma insan qəlbləri isti olsa da,
Mən yenə soyuq olan yerə qovuldum.
Mən onları səslədim, gözlədim və yenə səslədim,
Eşitdilər – amma anlaya bilmədilər.
- Başına vurulan zərbədən ölmək acından ölmək qədər əzablı deyil. Hər halda daha tez baş verir. Mən bunu yaxşı bilirəm – hər ikisini sınaqdan keçirmişəm.
- Bəli, həqiqətən külək harada istədi əsir və möhkəm olmayan, mütərəddid olan hər şeyi ölümə ruhlandırır. Onun üçün, onun içində və onun ətrafında isə sakitlik hökm sürür…
- Birdən mən tamam fərqli bir Rene ilə qarşılaşdım? Və birdən onu çox sevsəm, mənim qəlbimdə yaşayan əvvəlki Rene qısqanmazmı?.
- Bıçaq sümüyə dirənəndə insan nə desəniz edə bilər.
- Bu kabus, onun gəncliyinin bütün faciəsi, bütün məşəqqətləri kimi geridə qalıb; və artıq o, bir daha heç vaxt qorxu iblisini yalançı nəşə ilə qovmalı olmayacaq. Və artıq heç vaxt nə var, nə var hansısa dostu satqın çıxıb deyə, hansısa allahın isə saxta bir büt olduğu məlum olub deyə özünü uçuruma atmayacaq; o, allahlarla da, iblislərlə də qurtarıb və artıq ayaqlarını yerə möhkəm basır.
D
[redaktə]- — Deməli, siz hesab edirsiniz ki, qorxusuzluq – həqiqətən qorxu hissinin olmaması yox, insanın qorxmamağına əmin olması deməkdir?.
- Dünyada o qədər sevinc var ki – gəzə bilmək yalnız onlardan biridir. Heç nəyə baxmayaraq, mən heç vaxt heç kimlə yerimi dəyişməyə razı olmazdım.
Ə
[redaktə]- Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki … o, sənə və başqalarına oxşamır… aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biri… çalış unutmayasan ki, bu cür insanları tanımaq – xoşbəxtlikdir, sevmək isə təhlükəlidir.
- Əgər Rene dostunun ona etibar etdiyi müqəddəs sirləri kiməsə üçüncü bir şəxsə açmışdısa, niyə də hamıya açmasın?
G
[redaktə]- Görünür insan qışda isti geyimə büründüyü kimi bağlılıqlara da bürünür. Sonra isə onlar qızaraq, bədənə işləməyə başlayır və onları tələf etmək lazım gəlir.
H
[redaktə]- Hər şey yandı. Yalnız kül və o qaldı. İndi ölənə kimi o, yalnız olacaq. Amma kül xəyanətdən yaxşıdır.
İ
[redaktə]- İndi mən çox adamın xoşuna gəlirəm – sadəcə ona görə ki, özümü təlxəkliyə vurub hamını əyləndirirəm. Bircə dəqiqə özüm kimi olsam, hamı mənim əleyhimə olar.
- İndi mənim xoşbəxtliyimə kölgə salan yeganə bulud, – qoca qarının və soğanla dolu arabanı çəkən eşşəyin qaldırdığı toz bulududur. (Bilirəm ki, bu cür gözəl bir gündə arabanın nektar və ambroziya (astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi) ilə, heç olmasa, üzüm və şaftalı ilə dolu olması daha yaxşı olardı, amma mən düz danışan adamam: bu, sadəcə soğan idi.) Amma artıq toz yatır və budur yenə arxamda – bütöv bir Fransa, qarşımda İtaliya, sağımda – Aralıq dənizi, solda – Alp dağları, üzərimdə isə yaqut qübbə. Və beşi də olduqca yaxındır; onlar elə sakit və elə yaxındılar ki, əlimi uzatsam onlardan istədiyim birini seçib hədiyyə olaraq sizə göndərə bilərəm. Amma hətta əgər poçt orqanları bildirməsə də ki, onların göndərilməsi müşkül məsələdir (yenə rəsmiyyətçilik – idarələrin lənəti), onların gözəlliyi yolda itəcək və sizə çatanda yekə, heybətli və qorxunc bir şey olacaqlar. Odur ki, mən sizə xatirə üçün yalnız bu yabanı rozmarin (çəmənotu və ya ətotu) şaxəsini göndərirəm. Amma yenə də qoca qarıya acığım tutur. O, öz eşşəyi ilə özümə danışdığım nağılın düz ortasında peyda oldu və hər şeyi korladı. Bəs siz heç özünüzə nağıl danışırsınız? Yoxsa, siz tamam böyümüsünüz?
Q
[redaktə]- Qorxduğunu düşünmək, – ölümdən yaxşıdır. Həqiqətən qorxmaq – ölümdən də pisdir.
M
[redaktə]- Maraqlıdır, insana xəyanət etməyin neçə yolu var? Amma bu, tamam artıq bir şeydir – insan heç bir xəyanət olmadan da özünü məhv edə bilər.
- Mən ehtiyac və hətta sadəcə sərxoşluq nəticəsində qətl və ya soyğunçuluq törətməyə vadar olmuş insanları bağışlaya bilərəm, amma sözgəzdirən və ya…
- Mən içəridən və bayırdan kiri o ki var canıma çəkmişəm, – Feliçe yazırdı. – burada hesab edilir ki, insan mərcimək şorbasının ağac kömürü ilə qarışığını yeyə bilər, küçələr isə palçıqla örtülüb. Bir dənə də təmiz yerim qalmayıb. (Bu, mənim bədənimə və paltarıma aiddir. Bura qəlbimin olub olmamağına baxmaq üçün həddən artıq qaranlıqdır, olan qalan intellektimi isə Vestminsterdəki qalereyada itirdim.) Bu gün mən Britaniya muzeyində özünə sığınacaq axtardım və hökmdarlar hökmdarı Ozimandiyanın əzəmətli başının və əlinin kölgəsində gizlənməyə çalışdım. Onun familiyasını bilmirəm, amma daha yaxşısı olmayan yerdə bu da yarayar. O, özü Karnakdandır. Onun qranit tacı var, amma, deyəsən, o, baş ağrısı yaratmır, – gülüşü də qranitdəndir, əbədi və dəyişməz. Kirə isə o, fikir vermir – böyük və möhkəm olana hər şey olar. Onun üçün axı bunun mənası yoxdur: o bilir ki, zaman hər şeyi silib aparacaq. Onun yaşında hər kəs filosof ola bilər. Bəlkə, iyirmi yüz illik keçəndən sonra mən də hər xırda şeyə görə deyinməkdən əl çəkəcəyəm. Amma, – ona izah etdiyim kimi, – mənim ömrüm qısadır; mən Allah və ya bir parça daş deyiləm, mən sadəcə vur-tut bir insanam, üstəlik də axsaq bir insan. Məndən necə tələb etmək olar ki, palçıqda sürüşməyim və ya dumandan "yüksəkdə" durum? Amma onun mənə yazığı gəlmədi. Bu daşürəkli ölümsüzlərin ən pis cəhəti – onların etinasız təkəbbürlülükləridir.
- — Mənə başa sal ki, Rene, sənin həyatında nə "şükür sənə, Allahım" sözünə dəyər? Məgər o, sənə belə çox şey verib?
- Məsələ yalnız Allahı sevməkdə deyil, həm də insanları sevməkdədir. Yanında sənin kimilərin olması ona müraciət etməyin üçün cəsarət verir.
N
[redaktə]- Necə olursa olsun – bu, mənim həyatımdır və onun yükünü mən tək çəkməliyəm.
- Nə? Günəşin hər bir şüası, hər bir xırdaca ot, yay tətili, ətirli mərzə, coğrafiya və hər şeydən vacibi də sən, mənim misilsiz Marqaritam. Mən Allaha sənin bütün varlığın – saçlarının ucundan barmaqlarının ucuna kimi bütün varlığın üçün şükür etmək istəyirəm.
O
[redaktə]- O hesab edirdi ki, sevgi nəhayətsiz ola bilməz və bir insana qarşı bəslənən hiss mütləq o biri insana qarşı olan sevgini azaldır.
- O, yaşıl seliklə örtülmüş dimdik quyu divarını gördü. Onun üzərində tər kimi nəm damcıları var idi. O isə dibdə idi. Yuxarıdan çəpinə günəş işığı düşürdü, ətraf isə qaranlıq idi. Sonra o gördü ki, yaşıl divar hansısa canlılarla qaynayır. Onlar divarın sürüşkən səthindən bir-birinin ardıyca sallanmışdılar. Qaranlıqda bitən zəif bitkilər kimi ağ-boz rəngli balaca, cılız və zəif məxluqlar təlaşla yuxarıya can atır, sürüşür, yıxılır, amma cəhdlərindən əl çəkmirdilər. Az bir qismi, lap az bir qismi quyunun günəş tərəfindən işıqlandırılmış hissəsinə çatmağa nail olurdu. Ora quru idi və onlar artıq sürüşməkdən qorxmadan daha sürətlə dırmaşırdılar. Onlardan biri qansız pəncəsini qaldırdı, quyunun kənarından yapışdı və qalxaraq günəşin şəfəq saçdığı sahilə nəzər saldı. Birincinin ardıyca ikinci də yapışdı. Amma elə bu vaxt nəhəng bir əl onları aşağıya, lap dibə çəkdi. Quyunun qapağı çırpıldı, yenidən sonsuz qaranlıq ətrafı bürüdü və yalnız boğuq su şappıltıları eşidilməyə başladı.
- Ona hər zaman elə gəlirdi ki, sevdiyin şəxsə əziz olan insan bu sevginin işığı ilə, onu tanımasan da sənin üçün də əziz olur.
S
[redaktə]- Sevgiyə yalnız sevilən adam xəyanət edə bilər.