Malkolm X
Görünüş
Malkolm X | |||
Doğum tarixi | 19 may 1925 | ||
Doğum yeri | Omaha | ||
Vəfat tarixi | 21 fevral 1965 | ||
Vəfat yeri | Manhetten | ||
Dəfn yeri | Fernkliff qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü, zülm edənlərin gücündən daha çoxdur.
- Azadlığa inanan bir dinə inanıram. Xalqım üçün mübarizə etməyi məhrum edən bir dini qəbul edəcək olsaydım, o dinin canı cəhənnəmə deyərdim.
Ə
[redaktə]- Əgər uğrunda ölməyə hazır deyilsinizsə, "azadlıq" sözünü lüğətinizdən çıxarın.
- Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır.
G
[redaktə]- Gələcək, bu gündən ona hazırlananlara aiddir.
H
[redaktə]- Hərəkatın ən böyük səhvi, yatan insanları konkret məqsədlər ətrafında təşkil etməyə çalışmasıdır. Əvvəlcə xalqı oyatmalısan, sonra hərəkətə keçəcəksən.
İ
[redaktə]- İrqçilik olmadan kapitalizm də olmaz.
- İnsanlar bir adamın bütün həyatının bir tək kitabla dəyişə biləcəyinin fərqində deyildirlər.
K
[redaktə]- Kimin deməsindən asılı olmayaraq, mən həqiqətin tərəfdarıyam. Mən ədalətin tərəfdarıyam, kimin lehinə və ya əleyhinə olmasından asılı olmayaraq. Mən hər şeydən əvvəl insanam və buna görə də bütövlükdə bəşəriyyətə fayda verən hər kəsin yanındayam.
- Kimsə sənə azadlığını verməz. Kimsə sənə bərabərliyi, ədaləti və başqa heç bir şeyi verməz. Əgər həqiqətən adamsansa, bunları özün alarsan!
Ö
[redaktə]- Özümüz üçün azadlıq əldə etməyin yeganə yolu özümüzü dünyadaki bütün məzlum insanlarla eyniləşdirməkdir. Biz Braziliya, Venesuela, Haiti, Kuba xalqları ilə qan qardaşıyıq - bəli, Kuba xalqı ilə də.
S
[redaktə]- Sən mənə kapitalist göstər, mən də sənə qaniçən birini göstərəcəyəm.
T
[redaktə]- Təhsil gələcəyin pasportudur, çünki sabah ona bu gün hazırlaşanlarındır.