Keşiş
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi. Rus atalar sözləri
B[redaktə]
- Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam. Virciniya Vulf
- … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
Ə[redaktə]
- Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, — o, filosofu əyalət keşişinin səviyyəsinə endirir. Fridrix Nitsşe
K[redaktə]
- Keşiş anbara dartar, keçi - zəmiyə. Udmurt atalar sözləri
- Keşiş diridən də dartar, ölüdən də. Rus atalar sözləri
- Keşiş ölü gözləyir, məhkəmə - quldur. Rus atalar sözləri
- Keşiş üçün şadlıqdır: istər toy olsun, istər dəfn. Rus atalar sözləri
- Keşişdən qışda buz ala bilməzsən. Rus atalar sözləri
- Keşişin paltarının qolu gen olar, cibi - dərin. Udmurt atalar sözləri
- Keşişlərin qurduğu bu çadırlara baxın! Onlar şit bir ətirlə ətirlənmiş bu daxmaları kilsə adlandırırlar! Fridrix Nitsşe
M[redaktə]
- Meymun istər kral olsun, istər keşiş - elə meymundur ki, meymun. Alman atalar sözləri
N[redaktə]
- Niyə də olmasın? Nə də olsa öz malıdır. ("Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq) - Çarlz Çaplin
P[redaktə]
- Puldan ötrü keşiş də oynayar. Fin atalar sözləri
U[redaktə]
- Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım. Pablo Pikasso