Çarli Çaplin
Görünüş
(Çarlz Çaplin səhifəsindən yönləndirilmişdir)
Çarli Çaplin | ||||
Doğum tarixi | 16 aprel 1889 | |||
Doğum yeri | Walworth | |||
Vəfat tarixi | 25 dekabr 1977 | |||
Vəfat yeri | Manoir de Ban | |||
Dəfn yeri | Korsye-sür-Veve qəbiristanlığı | |||
|
Çarlz Çarli Spenser Çaplin — Amerika aktyoru və kinorejissoru.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağılın istəyi ilə edilən axmaqlıqların sayı, ağılsızlıqla edilən axmaqlıqların sayından qat-qat çoxdur.
- Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz.
B
[redaktə]- Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir…
D
[redaktə]- Danışsam, məni ancaq ingilis dili bilənlər başa düşəcək, amma səssiz bir filmi hamı anlaya bilər və dünya Amerikadan ibarət deyil.
- Dünya hamıya çatacaq böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.
G
[redaktə]- Gün sonunda etmədiklərinlə deyil etdiklərinlə mühakimə olunarsan.
H
[redaktə]- Həyata yaxından baxanda faciə, uzaqdan baxanda isə komediyadır.
İ
[redaktə]- İnsanlar sizə lağ etmək üçün hər vaxt bir çatışmayan nöqtənizi tapacaq və kimsə sizi olduğunuz kimi qəbul etməyə yanaşmayacaq. Bunun üçün doğru bildiyiniz şəkildə yaşayın və ürəyinizin sizi istiqamətləndirdiyi yerə gedin.
K
[redaktə]- Kimsə sizin qarşınızda özünü ağıllı göstərir? Sən də özünü axmaq kimi göstər. Sonra isə əsl axmağı keyflə seyr et.
- Kişinin əsl xarakteri sərxoş olanda üzə çıxır.
Q
[redaktə]- Qadın istənilən milyarder kişini milyonçu edə bilər.
M
[redaktə]- Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözə baxandılar.
- Mən yoxsulluq haqqında cəlbedici və ya ibrətamiz heç nə görmürəm. Mənə heç nə öyrətmədi və yalnız həyat dəyərləri haqqında təsəvvürümü təhrif etdi.
- Məni anladıqları üçün, səni anlamadıqları üçün alqışlayırlar.
- Mənim həyatımdakı ən böyük düşmən zamandır.
- Albert Eynşteynə söylədiyi söz
N
[redaktə]- "Niyə də olmasın? Nə də olsa öz malıdır."
- "Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq.
Ö
[redaktə]- Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir.
- Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir.
- Özümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir.
- Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir.
- Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir.
- Özümü sevəndən sonra, mən keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissini tərgitdim. Artıq an-la yaşayıram. Artıq mən hər gündə varam. Bu gün, sabah, birigün… Bu gün bilirəm ki, buna — Bacarmaq deyilir.
- Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir.
- Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir.
- Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir.
S
[redaktə]- Sağ qalan ən güclü olan deyil, dəyişməyə ən həssas olandır.
T
[redaktə]- Tarix pisliyin və zorlamaların salnaməsi, arvadlarını, qardaşlarını və qardaşı oğullarını öldürən hökmdarların və kralların qırılmayan silsiləsi idi.
Y
[redaktə]- Yağışda yeriməyi sevmişəm həmişə, heç kim ağladığımı görə bilmir deyə…
Z
[redaktə]- Zaman ən yaxşı yazardır. Hər zaman mükəmməl sonu yazar.
Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.