Məzmuna keç

Sağlam



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev

B[redaktə]

  • Biliklərə yiyələnmək, sağlam yaşamaq və həyatda uğur qazanmaq üçün insan öz düşüncələrini idarə etməyi bacarmalıdır. Con Lokk
  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlananda qayıdacaq. Uilyam Qoldinq
  • Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov

D[redaktə]

  • Diaqnostika elə bir uğurlara nail oldu ki, sağlam insanlar praktik olaraq qalmadı. Bertran Rassel
  • Dünya daha təhlükəsiz, daha şirin, daha ağıllı və daha gözəl bir məkana çevrilməmişdən əvvəl bütün xalqlar özlərini hesaba almalı və öz psixoloji zəiflikləri və kompleksləri ilə məşğul olmağa başlamalıdırlar. Hər bir xalq sağlam psixi sağlamlığı hədəfləməli və sağlam, psixoloji məqsədləri həyata keçirməyə çalışmalıdır. Beynəlxalq birliyə nail olmaq lazımdır və bu, təkcə qarşılıqlı etimada deyil, həm də düzgün dünya məqsədlərinə və həqiqi psixoloji anlaşmaya əsaslanmalıdır. Alisa Beyli
  • Dünyada ən ədalətli yayılmış şeylərdən biri sağlam düşüncədir. Hər kəs özünü o dərəcədə sağlam düşüncəli hesab edir ki, malik olduqları sağlam düşüncədən artıq düşüncəyə malik olmağa can atmırlar. Rene Dekart

E[redaktə]

  • Elə bir sağlam bədən yoxdur ki, haçansa xəstələnməsin. Elə bir varidat yoxdur ki, haçansa dağılmasın. Bütün bunlar ötəri və fanidir. Xoşbəxtliyini bunların üzərində quran adam daim narahat olacaq, qorxu, məyusluq və iztirab içində yaçayacaq. Epiktet

Ə[redaktə]

  • Əgər şərəfinizə və sağlam düşüncənizə zidd deyilsə, heç vaxt təslim olmayın - heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt, nə böyükdə, nə kiçikdə, nə iridə, nə xırdada. Heç vaxt, gücə, rəqibinizin gücündən açıq-aşkar üstün olan gücə təslim olmayın. Uinston Çörçill

F[redaktə]

  • Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir. Epiktet

M[redaktə]

  • Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Əbdülfəttah Şahin

S[redaktə]

  • Sağlam bədən mehmanxana, xəstə bədən xəstəxana kimidir. Frensis Bekon
  • Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq. Artur Şopenhauer
  • Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır. Artur Şopenhauer
  • Sağlam düşüncəyə malik olmaq kifayət deyil, ondan bacarıqla istifadə etmək vacibdir. Rene Dekart
  • Sağlam insan böyük xəzinə sahibidir. Amma özünün bundan xəbəri yoxdur. Artur Bullard
  • Sağlam olmaq, həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir. Əhməd Midhət
  • Sağlam ruh sağlam bədəndə olar. Azərbaycan atalar sözləri/S
  • Sağlam və pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır. Rus atalar sözləri
  • Sağlam yaşamaq üçün sağlam düşüncə gərəkdir. Tomas Karleyl
  • Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqlilik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vaz keçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqliliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqliliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo

T[redaktə]

U[redaktə]

  • Uğur sağlam düşüncəli insanları sevir. Evripid
  • Uşaq olan kimi, ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, övlad bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:

Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir dayə,
Süd ilə bədənə girərsə azar,
O, bədəndən, yalnız öləndə çıxar! Nəsirəddin Tusi

İstinadlar[redaktə]