Məzmuna keç

Səməd bəy Mehmandarov

Səməd bəy Mehmandarov
Tam adıSəməd bəy Sadıx bəy oğlu Mehmandarov
Doğum tarixi16 oktyabr 1855
Doğum yeriLənkəran
Vəfat tarixi12 fevral 1931
Vəfat yeriBakı
Dəfn yeriÇəmbərəkənd qəbiristanlığı
Vikipediya məqaləsi

Səməd bəy Sadıx bəy oğlu Mehmandarov (1855–1931) — Rusiya İmperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi.

  • Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır.
  • Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil![1]

Səməd bəy Mehmandarov haqqında sitatlar

[redaktə]
  • Mehmandarov nadir artilleriyaçıdır.[2]
    • Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir.

İstinadlar

[redaktə]
  1. ↑ Qeyd: İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi orden və medalları İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir:
  2. ↑ Səməd bəy Mehmandarov