İnanılmaz

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Bir dəfə yalan söyləyən 100 həqiqəti söyləsə də heç vaxt inanılmaz. Alban atalar sözləri
  • Bir kitab yazmamaq inanılmaz zaman alır. Duqlas Noel Adams
  • Bütün tariximizdən ən vacib iki məqamı qeyd edərdim. Birincisi, əlbəttə ki, atalarımızın qanını və canını əsirgəmədən qoruduğu müqəddəs qazax torpağıdır. İkincisi, öz əcdadlarımız sayəsində inanılmaz melodiyasını qoruyub saxlayaraq günümüzə qədər bütün şöhrətimizə çatan saf, şəffaf qazax dilidir. Nursultan Nazarbayev

E[redaktə]

  • Elm və incəsənətdəki bütün ixtiralar və kəşflər, texnologiyanın inanılmaz inkişafının bütün böyük nəticələri arasında kitab çapı birinci yerdədir. Çarlz Dikkens
  • Etiraf edin ki, bu gözəl gün ərzində həyatınızı istədiyiniz istiqamətə köçürmək üçün inanılmaz imkanlarınız var. Stiv Maraboli
  • Eybəcərlik dizimin üstündə oturandan özümdə inanılmaz bir yorğunluq hiss etdim... Salvador Dali

Ə[redaktə]

H[redaktə]

  • Hardasa inanılmaz nəsə kəşf edilməyini gözləyir. Karl Saqan
  • Həyat – hal-hazırda əlimizdə olandır. Biz həmişə gələcəkdə baş verəcək inanılmaz şeyləri gözləyirik və indiki zamanda yaşamağı unuduruq. İndiki zamanda yaşamağı öyrənin və gələcəkdəki xəyallara ümidlənməyin. Barie Davenport

İ[redaktə]

  • İnsanların əksəriyyəti üçün əsas maneə daxili dialoqdur. Bu hər şeyin açarıdır. İnsan onu dayandırmağa başladıqda hər şey mümkün olur. Hətta ən inanılmaz layihələr belə öz real əksini qazanır. Karlos Kastanyeda

M[redaktə]

  • Müasir dünyada bir çoxumuz üçün çətin olan köhnə Tanrı ideyasının inanılmaz və ya qeyri-mümkün olmasıdır. Alan Uilson Uots
  • Mümkün olmayan hər şey bir kənara qoyun. Nə qədər inanılmaz olsa da, yerdə qalan şeylər cavab olacaqdır. Artur Konan Doyl
  • Münasibətlər Romaya bənzəyir – başlamaq çətindir, “qızıl əsrin” çiçəklənməsi zamanı inanılmaz, payızda isə dözülməzdir. Sonra yeni bir səltənət gələcək və Misir kimi bir səltənətlə qarşılaşana qədər bütün proses təkrarlanacaq... inkişaf edən və çiçəklənməyə davam edir. Bu səltənət sizin ən yaxşı dostunuz, can yoldaşınız və məhəbbətinizə çevriləcək. Helen Keller

R[redaktə]

  • Rüştü! Əllərindən öpürəm Rüştu! Hər yerindən öpürəm Rüştü!

(Mançester Yunayted-Beşiktaş matçında arxa arxaya inanılmaz qurtarışlar edən Rüştü Reçber üçün) Ərtəm Şenər

S[redaktə]

  • Sevgi, mis pulu qızıla, bəzən də qızılı misə çevirən inanılmaz bir saxtakardır. Onore de Balzak

T[redaktə]

  • Tanrı bilir ki, bu gün dünyada sizi ruhdan salmaq üçün çoxlu pis xəbərlər var, amma baş verən böyük bir hadisə məni gələcəyə dair inanılmaz dərəcədə ümidli edir və bu, qlobal onlayn ali təhsildə yeni başlayan inqilabdır. Tomas Fridman
  • Təbiətin dəyişməz qanunlarını daha çox dərk etdikcə, möcüzələr bizim üçün daha inanılmaz olur. Çarlz Darvin

İstinadlar[redaktə]