Məzmuna keç

Karlos Kastanyeda

Karlos Kastanyeda
Doğum tarixi 25 dekabr 1925
Doğum yeri Cajamarca
Vəfat tarixi 27 aprel 1998
Vəfat yeri Los-Anceles
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Karlos Kastaneda (1925–1998) — ABŞ yazıçısı, antropologiya üzrə fəlsəfə doktoru, etnoqraf.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəşər övladının biliyi ancaq hərəkətə keçdiyində çoxalır. Hərəkətə keçmək üçün düşünmək biliyi durğunlaşdırmaqdan başqa işə yaramır.
  • Bir insan öz zehnində özünü məğlub hesab edirsə, onu ayağa qaldıracaq yeganə bir şey vardır – məqsədləri.
  • Bütün həyatını eyni bir yol uğrunda sərf etmək faydasızdır, xüsusəndə bu yol ürəyə sahib deyilsə.
  • Çox dəyər verdiyim bir şeyi əldə edə bilmək üçün yalana əl atmaqdansa, sadəcə həqiqətə güvənərək bu yolda uğursuzluğa düçar olmağı üstün tuturam.
  • Çox izah etmə. Hər bir izahda dəyişiklik gizlidir. Beləliklə, bu və ya digər bir şeyi nəyə görə edə bilməyəcəyini izah etməyə çalışdıqda, əslində qarşında insanın səni başa düşəcəyi və bağışlayacağı ümidi ilə öz çatışmayan cəhətlərinə görə üzr istəyirsən.
  • Dünya sirlərlə dolu bir tapmaca kimidir. Bir şeyi qəbul etməliyik ki, dünyanın sirrini bütünlükdə açmağımız heç vaxt mümkün olmayacaq. Bunu qəbul etməyərək dünya ilə savaşmaq əvəzinə, onun əvəzinə qüsursuzluğuna hörmət etmək ən doğrusudur.
  • Heç kim sizin həqiqətən kim olduğunuzu və yolunuzun hara çıxacağını tam dəqiqliklə bilə bilməz – heç özünüz də.
  • Heç vaxt heç kimə qəzəblənmirəm. Heç bir insan mənim bu reaksiyama sahib ola biləcək heç bir şey edə bilməz. İnsanların hərəkətlərinin mühüm olduğunu anladıqda onlara qəzəblənirsən. Uzun müddətdir ki, belə bir hiss yaşamıram.
  • Həqiqi mübariz insan yüksək hədləri dağıdıb keçmək əvəzinə, onların üzərindən keçməyi bacarandır.
  • Hər şey yuxu imiş kimi davran. Cəsarətlə hərəkət et və bəhanə axtarma.
  • Hər zaman başa düşməlisən ki, yol – sadəcə yoldur. Bu yolda addımlamamalı olduğunu hiss edirsənsə, heç bir halda yola davam etmək olmaz.
  • Həyatda daha çox şeyə nail olmaq üçün insan dəyişməlidir. Təəssüflər olsun ki, insan böyük çətinliklə dəyişir və bu dəyişiklik çox ləng şəkildə baş verir. Bir çoxları bu dəyişiklik uğrunda illərini sərf edir. Lakin ən çətin məsələ – həqiqətən dəyişməyi arzulamaqdır.
  • Həyatda qarşınıza çıxan yolları bir insan olaraq qəbul edib, özünüzə bu sualı verin: Görəsən bu yolun yaxşı bir qəlbi varmı? Əgər bu suala nikbin hisslərlə cava verə bilmirsinizsə, deməli həmin yol sizə uyğun deyil.
  • İnsanlar adətləri üzrə istənilən anda istənilən hər şeyi həyatlarından çıxara biləcəkləri ilə bağlı özlərinə hesabat vermirlər. İstənilən anda. Anidən.
  • İnsanların əksəriyyəti üçün əsas maneə daxili dialoqdur. Bu hər şeyin açarıdır. İnsan onu dayandırmağa başladıqda hər şey mümkün olur. Hətta ən inanılmaz layihələr belə öz real əksini qazanır.
  • Kainatda mövcud olan heç nə bizə verilmiş bir hədiyyə deyil. Kainatın sonsuz dönüşü bəşər övladını çətin sınaqlarla üz-üzə qoyur və bu sınaqlar da bizi olduğumuz insan edir.
  • Özümüzü çarəsiz vəziyyətə gətirmək də, güclü etmək də öz fəaliyyətimizin nəticəsidir. Hər iki nəticə üçün də eyni dərəcədə əziyyət çəkirik. Yeganə fərq birinin pozitiv, digərinin isə neqativ istiqamətə getməsidir.
  • Özünü çox əhəmiyyətli hiss etmək insanı şikəst, faydasız və boş insan halına gətirir.
  • Sahib olduğumuz yeganə müdrik məsləhətçi ÖLÜM-dür. Hər dəfə uğursuzluqla nəticələndikdə və əllərin yenidən boş qaldıqda sola dön və öz ölümündən soruş. Bu həqiqətəndəmi belədir? Və sənin ölümün bunun belə olmadığı, yanıldığın cavabını verəcək. O deyəcək: "Mən ki sənə toxunmadım!".

İstinadlar

[redaktə]