Məzmuna keç

Aşkar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılda yaranan fikir gizli qalmalıdır. Çox gizli sirlər hərəkətdə aşkar edilməlidir. Çanakya
  • Alçaqlıq qırx ildən sonra da aşkar olar. Qırğız atalar sözləri
  • Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir. Georq Vilhelm Fridrix Hegel
  • Anlaşılmaz hadisə: bizi hər gün əhatə edən, bizdən ayrı düşməyən, bizə adi olan şeyləri yalnız dərin, böyük, qeyri-adi istedad aşkar edə bilər. Nikolay Qoqol
  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Bizim sabiq “cəmiyyəti xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Həsən bəy Zərdabi
  • Cəsarət, insanlara uyğun qorxuda və cəsarətdə aşkar olunur. Aristotel
  • Düşüncə ən böyük ibadətdir, çünki onun sayəsində daxilimizdəki həqiqətləri aşkar edirik. Devid Star Cordan
  • Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
  • Eşq oduna düşən aşkara yanmaz. Aşıq Ələsgər
  • Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsi ilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
  • Əgər şərəfinizə və sağlam düşüncənizə zidd deyilsə, heç vaxt təslim olmayın - heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt, nə böyükdə, nə kiçikdə, nə iridə, nə xırdada. Heç vaxt, gücə, rəqibinizin gücündən açıq-aşkar üstün olan gücə təslim olmayın. Uinston Çörçill
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • Hiyləgərliklə edilən "xeyirxahlıq" aşkar edilən açıq bədxahlıqdan qat-qat artıq nifrət doğurur. Lev Tolstoy
  • Jurnalist fərziyyələri qınamağa tələsməməlidir. Onlar ən böyük insanların ən vacib həqiqətləri aşkar etmək üçün idarə etdiyi yeganə yoldur. Mixail Lomonosov
  • Katibələrin avaralanıb mırt vurması müəssisənin çürümə halında olmasının açıq-aşkar əlamətidir. Li Jakkoka
  • Qadınlar predmetlərə dair heyrətamiz instinktə sahibdirlər. Belə ki, onlar aşkar olanın xaricində hər şeyi kəşf edə bilirlər. Oskar Uayld
  • Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər Qurani-Kərim
  • Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram. Corc Soros
  • Mən qorxaqlıqdan əvvəllər edilməsi lazım olmayan şeyi etdiyim kimi, indi də açıq-aşkar edilməli olan şeyi etmədim. Çarlz Dikkens
  • Ola bilsin ki, tarixi kitablardakı hər bir söz – hətta açıq-aşkar qəbul etdiyin sözlər də xalis uydurmadır. Corc Oruell
  • Riyaziyyat ən aşkar olanı ən az aşkar olan yolla sübut etmək işidir. Corc Polya
  • Səhvlərinizi aşkar edən düşmən onları gizlədən dostdan daha xeyirlidir. Leonardo da Vinçi
  • Sərxoşluq qüsur yaratmaz, qüsurları aşkar edər. Seneka
  • Sirlərini aşkar etməkdən çəkin. Üstün komandirlərinə hirs ilə cavab vermə. O, sənə acı söylədiyi zaman, sən ona gözəlliklə cavab ver və onu sakitləşdir. Onun hirsi keçincə, sənə yenidən dönəcək. Misir atalar sözləri
  • Təbiət insanı həqiqəti aşkar etmək cəhdi ilə mükafatlandırıb. Mark Tulli Siseron
  • Ümumiyyətlə, xatırlamaq lazımdır ki, bizim qəzetlər həqiqətin aşkar edilməsi barədə yox, sensasiya yaratmaq barəsində düşünürlər. Əgər bu, birinciyə və onların əsas məqsədinə nail olmağa kömək edirsə, sonuncu onların vəzifəsi olur. Edqar Allan Po
  • Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir. Qurani Kərim
  • - Vatson, elə ağaclar var ki, onlar müəyyən hündürlüyə çatana qədər normal boy atırlar. Sonra gözlənilmədən aşkar olunur ki, inkişaf mərhələsində normadan eybəcər kənara çıxmalar olub. Bu hal insanlarda da tez-tez müşahidə olunur. Artur Konan Doyl
  • Yalnız özündə nadanlığı aşkar edib bilik axtarana məsləhət ver. Yalnız öz fikirlərini söyləyə bilməyənə kömək et. Kvadratın bir bucağını tapıb o biri üçünü təsəvvürünə gətirməyi bacaranı öyrət. Konfutsi
  • Yıxıldığın yeri lənətləmək əvəzinə, sən aşkar etməyə çalışmalısan ki, ümumiyyətlə yıxılmağının səbəbi nədir. Paulo Koelyo
  • Zəngin və müvəffəqiyyətli bir insan olmaq üçün qarşıya açıq-aşkar məqsəd qoymaq və onu reallaşdırmaq üçün mərhələlər müəyyən olunmalıdır. Napoleon Hill

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015
  • Xəzinə, Bakı.1997