Çarlz Kaleb Kolton
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Çarlz Kaleb Kolton (1780-1832) - İngilis ədəbiyyatçısı, xətib
B[redaktə]
- Bədənin gözəlliyi həqiqi pərəstişkarları cəlb edir, amma onları saxlamaq üçün qəlbin gözəlliyi tələb olunur.
- Bir çox ümidlər həyata keçdikdən sonra bizim üçün zəhərli oxlara çevrilir.
D[redaktə]
- Dostluq çox vaxt dostluqla qurtarır, lakin, sevgi nadir hallarda dostluqla qurtarır.
Ə[redaktə]
- Əgər gözəl qadın kasıb olsa, inkişaf diqqətli olmalıdır, çünki, onun gözəlliyi başqasını aldada bilər, onun kasıblığı onun özünü.
H[redaktə]
- Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.
İ[redaktə]
- İnsanlar din haqqında yazır, savaşır, ölür, lakin din üçün yaşamağı bilmirlər.
M[redaktə]
- Millət əxlaqsızlaşmağa başlayanda yoxsulluğa daha böyük həqarətlə, zənginliyə isə daha böyük hörmətlə baxır. [1]
S[redaktə]
- Səbr zəifliyin dayağı, səbirsizlik gücün məhvidir.
Ş[redaktə]
- Şərab insanı qatilə və oğruya çevirir.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.536.