Maraq

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlımda maraq, şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu. İmmanuel Kant

B[redaktə]

  • Bir müddət siyasi intriqa ilə məşğul olan şəxs daha onsuz yaşaya bilmir,bütün qalan şeylər onun üçün maraqsız görünür. Jan Labrüyer
  • Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir. Aleksandr Puşkin

D[redaktə]

  • Dünya səfehlik üzərində dayanır, onsuz Yer üzərində maraqlı heç nə baş verməzdi. Fyodor Dostoyevski

Ə[redaktə]

  • Əgər kişi qadını anlamağa çalışırsa deməli o qadın tərəfindən kişi kimi maraq doğurmur. Mobli.
  • Əgər qüsursuz olsaydın, başqalarının qüsurlarını axtarıb tapmağa bu qədər maraqlı olmazdın. Anton Çexov
  • * – Əgər mənim fikrim sənin üçün maraqlıdırsa…

– Yox, maraqlı deyil, – qadın cavab verdi, – mənim öz fikrim var. Toni Morrison

  • Əgər münasibət zamanı ətrafda baş verənlərə qarşı artıq heç bir maraq yaranmırsa, deməli, həmin cütlük bir-birlərini qane edəcək səviyyəyə gəlib çatmışdır. Ziqmund Freyd
  • Ən maraqsız, darıxdırıcı və lazımsız yerdə olarkən, yenə də nəsə təzə öyrənə bilərsən. Haruki Murakami

H[redaktə]

  • Hər bir iş onu dəyişənə qədər maraqlı təsir bağışlayır. Terens Pratchett
  • Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır? Aqata Kristi

İ[redaktə]

  • İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər. Ernest Heminquey
  • İllüziyalar bizə maraqlı gəlir; çünki bizi əzabdan qurtarır, həzzə yönəldir. Elə ona görə hətta həqiqətlərlə mübarizə aparıb onları qırıq-qırıq edəndə də illüziyaları şikayətlənmədən olduğu kimi qəbul etməliyik. Ziqmund Freyd
  • İnsan ən azı maraq xətrinə yaşamalıdır. Yəhudi atalar sözləri
  • İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar - qorxu və şəxsi maraq. Napoleon Bonapart
  • İnsanı ucaldan iki şey var: qorxu və maraq. Napoleon Bonapart
  • İnsanlara daha az, fikirlərə daha çox maraqlı olun. Mariya Küri

K[redaktə]

  • Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim.Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış. Özdəmir Asaf

Q[redaktə]

  • Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar. Aristotel
  • Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxarmağa bu qədər maraq göstərməzdik. Fransua de Laroşfuko

M[redaktə]

  • Mənə elə gəlir ki, bir ana uşağını dünyaya gətirdiyi an övladı üçün diləyəcəyi yeganə şey “hər şeyə maraq göstərməsi” olar. Eleanora Ruzvelt
  • Müəyyən bir şeyə möhkəm meyl edəndə insanlar çox cazibədar olurlar. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar. Maksim Qorki

S[redaktə]

  • Siz bilirsinizmi, qadın marağı nə qədər böyükdür? O, demək olar ki, kişi marağına uduzmur. Oskar Uayld
  • Sizin intellektual maraq dairəniz dissertasiya mövzusuna nəzərən daha geniş olmalıdır. Ceyms Uotson

T[redaktə]

  • Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Karl Saqan
  • Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq. Cozef Kudelka

Y[redaktə]

  • Yaxşı bir qadın bir kişini təsirləndirər, ağıllı bir qadın onda maraq yaradar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar. Helen Rovland
  • Yaxşı, maraqlı kitab çoxlu bilik verir, çoxlu gözəl fikir oyadır. Nadejda Krupskaya