Yəhudi atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adəm dünyanın birinci xoşbəxtidir, çünki qaynanası olmayıb.
- Ağıllı insan çətin vəziyyətdən necə çıxacağını bilir, amma müdrik insan ona girməz.
- Axmaq düşündüyü haqda danışır, aqil isə danışdığı haqda düşünür.
- Axtaranlardan olma, tapanlardan ol.
B
[redaktə]- Bahalı şeylər də ucuzlaşa bilər, ucuzlaşma.
- Başqasının cibindəki pulu saymayın.
- Başqasının saqqalını qırxmağı öyrənmək daha yaxşıdır.
- Bəlkə yumurta toyuqdan, daha ağıllıdır, amma o daha tez iylənir.
- Bilik çox yer tutmaz (artıqlıq etməz).
- Borc ala-ala zəngin ola bilməzsən.
D
[redaktə]- Danışmağı bacarmaq üçün susmağı öyrən.
- Dəlikli çuval ağır olmaz.
E
[redaktə]- Etdiyin əməlin cəzasından yox, özündən qorx.
- Etməyə iş tapmayanda, insanlar dahi əməllərə baş vururlar.
- Evdə qarımış qız ərə gedən kimi – gənc həyat yoldaşına çevrilir.
Ə
[redaktə]- Əgər dünyaya yeni insan gəlirsə, demək Tanrı dünyaya xeyirxah münasibətini hələ itirməyib.[1]
- Əgər həyat yaxşıya doğru dəyişmirsə, gözlə - onda, o pisə doğru dəyişəcək.
- Əgər problemi pulla həll eləmək olursa, demək bu problem deyil, xərcdir.
- Ərin evi dünya, arvadın dünyası evdir.
G
[redaktə]- Gülməkdən ölmək qorxudan ölməkdən daha yaxşıdır.
H
[redaktə]- Hamı pulun yoxluğundan şikayətlənir. Amma ağlın azlığından şikayətlənən yoxdur.
- Həqiqət və ədalətin dayağı qranit, yalanın dayağı qumdur.
- Hələ elə at dünyaya gəlməyib ki, onunla öz gəncliyinə çata biləsən.
- Hər saqqalı olan ravvin olmaz.
- Hər şeyi eyni vaxtda istəyən, heç nəsiz qala bilər.
İ
[redaktə]- İki şər içərisindən, pessimist hər iksini seçər.
- İnsan ən azı maraq xətrinə yaşamalıdır.
- İnsanların səni çox ağıllı hesab etmələrini istəyirsənsə, sadəcə onlarla razılaş.
K
[redaktə]- Kar eşidib ki, lal danışdırdı ki, kor necə görüb ki, axsaq necə sürətlə qaçırdı.
- Keçəllik – müdriklik deyil, qocalıq əlamətidir.
- Keçidən öndən, atdan arxadan, axmaqdan hər tərəfdən qorun.
- Kişi üçün qadının arxasınca getməkdənsə, aslanın arxasınca getməsi yaxşıdır.
- Kişilər daha çox iş görərdi, əgər qadınlar daha çox sussaydı.
Q
[redaktə]- Qocaldıqca insan sadəcə daha pis, amma daha çox görür.
- Qonaq da balıq kimidir, 3 gündən sonra iylənməyə başlar.
- Qonşunun saqqalı yanarkən öz saqqalını islat.
M
[redaktə]- Mübahisə üçün mübahisə edən kəs kasıbdır.
- Mübahisədən düşmənçilik, müzakirədən həqiqiər doğar.
- Müdrik gördüyünü danışır, axmaq eşitdiyini.
- Müdrikin dilindən çıxan tənqid, axmağın dilindən çıxan tərifdən dəyərlidir.
P
[redaktə]- Pis həyat yoldaşı pis yağışdan daha betərdir. Pis yağış insanı evə qovur, pis həyat yoldaşı isə evdən qaçmağa məcbur edir.
- Pul pulla qazanılar.
- Pulsuz ət ancaq tələdə olur.
- Pulsuzluğun acısı pullu olmağın sevincindən daha betərdir.
S
[redaktə]- Sabahla öyünmə, çünki bir günün nə gətirəcəyini bilmirsən.
- Saqqalsız yəhudi yəhudisiz saqqaldan daha yaxşıdır.
- Sevgi nə qədər şirin olsa, ondan kompot hazırlamaq mümkün deyil.
Ş
[redaktə]- Şərab girdi — sirr çıxdı.
- Şirin olma səni yeyə bilərlər, acı olma səni tüpürə bilərlər.
T
[redaktə]- Tanrı hər yerdə eyni anda ola bilmədiyindən anaları yaratdı.
- Tanrı insana iki qulaq və bir ağız verib ki, insan daha çox qulaq asıb az danışsın.
- Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur.
- Tanrı mənə ayağa qalxmağa kömək et. Yıxılmağı mən özüm də bacararam.
- Tanrı səni pis qadınlardan qorusun, yaxşılarından özün canını qurtar.
- Təcrübə - insanların öz səhvlərini adlandırmaq üçün istifadə etdiyi sözlərdir.
- Tək yeyən tək ölür.
U
[redaktə]- Uşaqları olmayanlar, onları yaxşı tərbiyə edirlər.
- Uzaqdan heç bir insan pis deyil.
V
[redaktə]- Valideynlər uşaqlara danışmağı, uşaqlar isə valideynlərə susmağı öyrədir.
Y
[redaktə]- Yaxşı susmaq daha çətindir, nəinki yaxşı danışmaq.
- Yer kürəsini məhv edən insanların çoxluğu deyil, insanlığını itirmişlər olacaq.
İstinadlar
[redaktə]- ↑ Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017. səh.185