Cəza
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac mədənin cəzasını yorğun ayaqlar çəkər. Konfutsi
- Adi ehtiyacla yanaşı, sevgi-böyük tərbiyəçidir. Yaxınların sevgisi, bəxti gətirməyən insanı ehtiyac səbəbindən yaranan qanunlara riayət etməyə vadar edir. Çünki, əks təqdirdə bu qanunların pozulması müəyyən bir cəzaya səbəb ola bilər. Ziqmund Freyd
- Allahlar bizi cəzalandırmaq istəyəndə dualarımızı eşidirlər. Oskar Uayld
B
[redaktə]- Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır. Oşo
- Bədbəxtçilik - cəza deyil, imtahandır. Paulo Koelyo
- Birinin günahı varsa? bağışla, bağışlamayıb cəza versən, günahın dərəcəsinə görə ver. Məhəmməd peyğəmbər
- Biz cəzalandıra bilməyəcəyimiz adamların təqsirini çox asanlıqla bağışlayırıq. Filippo Panante
- Böyük xətalar üçün Allahın verdiyi cəzalar da böyük olur. Hesiod
C
[redaktə]- Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
- Cəza ilə günah eyni anda birlikdə doğularlar. Hesiod
- Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir. Mişel de Monten
- Cəzasızlıq oğurluğu şirnikləndirməyin ən rüsvayçı üsuludur. Siseron
G
[redaktə]- Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.[1] İmam Kazım
H
[redaktə]- Hər şey ölümə məhkumdur: bu, qanundur, cəza deyil. Seneka
İ
[redaktə]- İnsaflı cəza yersiz təltifdən yaxşıdır. Xaqani Şirvani
Q
[redaktə]- Qəzəb anında təyin edilən cəza heç bir səmərə vermir. İmmanuel Kant
Ö
[redaktə]- Ölüm, bəzən cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür. Seneka
- Övladına cəza verməyən özü cəza alar. Kürd atalar sözləri
S
[redaktə]- Söz azadlığını qanunlar həll edə bilməz. Öz düşüncəni deyibdə cəza almamaq üçün, cəmiyyətin də bunu qəbul etməyi vacibdir. Albert Eynşteyn
Ş
[redaktə]- Şeytanlıq eyləyib kim ara vursa,
Bəxti üz döndərər, o görər cəza. Sədi
Istinadlar
[redaktə]- ↑ Biharul-Ənvar, c.78, səh.323, hədis 23