İmtahan
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
H
[redaktə]- Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr. Şeyx Ədabali
- Həyat bir imtahandır, lakin digər imtahanlara elə də bənzəməz. Çünki bəzən etdiyin bir səhv bütün doğruları apara bilər. Fyodor Dostoyevski
- Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər. Andre Gid
İ
[redaktə]- İmtahan yerdədi, göydə deyil. Azərbaycan atalar sözləri/İ
K
[redaktə]- Kamal attestatı və ya sürücülük vəsiqəsi alanda imtahan verdiyimiz kimi evlənirik: həmişə içinə sığışmalı olduğun eyni çərçivələr. Hamı kimi. Necə olursa olsun HAMI kimi. Əgər hamıdan yaxşı alınmırsa, heç olmasa dala qalmamağa çalış, yoxsa, allah eləməsin, birdən hamıdan pis olarsan. Və bu, əsl məhəbbəti məhv edən ən yaxşı vasitədir. Frederik Beqbeder
M
[redaktə]- Mən bilirdim ki, böyük imtahan saatı yaxınlaşır, böyük sevgi imtahanı saatı... Salvador Dali
- Mən öz vətənimi sevirəm, gələcəkdə keçəcəyim imtahanlar nə qədər ağır olsa da, mən öz vətənimdən əl çəkmirəm. Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır. Hacı Zeynalabdin Tağıyev
S
[redaktə]- Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz. Əli
T
[redaktə]- Təcrübə tələbkar müəllim kimidir: əvvəlcə imtahana, sınağa çəkir, sonra öyrətməyə başlayır.[1] Uilyam Verner
- Təhlükə qüdrəti imtahan edir. Mühəmməd İqbal
- Təhsildə son deyə bir şey yoxdur. Bir kitabı oxuyub bitirməklə və yaxud imtahandan keçməklə bitmir təhsil. İnsan bütün həyatı boyu - doğulandan ölənə qədər, öyrənir. Jiddu Krishnamurti
Y
[redaktə]- Yaxşı bir mühəndis olmaq istəyirsinizsə, imtahanlara hazırlaşmağa həmişə gec başlayın; bu sizə zamanı idarə etməyi və fövqəladə vəziyyətlərdən baş çıxarmağı öyrədər. Bil Geyts
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.432.