Sakinlər

Vikisitat saytından
Naviqasiyaya keçin Axtarışa keçin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax

E[redaktə]

  • Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!" (Əl-Əraf surəsi, 19-cu ayə) Adəm

S[redaktə]

  • Sakin, daima və böyük bir ciddiliklə, əslində isə heç bir reallığı olmayan reallıqla məşğul olan insandır. Artur Şopenhauer

T[redaktə]

  • Təkəbbürlü əcnəbi sakin çay dəstgahına Şərqin anlaşılmazlığını və şıltaqlığını təşkil edən min bir qəribəlikdən biri kimi baxır. Bu mərasimi məsxərəyə qoymazdan əvvəl insanın “fərəh camının” (şüşə qab) əslində nə qədər kiçik və onu doldurmağı bacaranların nə qədər müdrik olması barəsində düşünməyə dəyər. Yapon üçün çay dəstgahı dini mərasimdir. Bu, yaşamaq məharətini ilahiləşdirməkdir.
    • Kakuzo Okakura, “Çay haqqında kitab” (茶の本 {Ça no hon}), Tokio, 1906.

İstinadlar[redaktə]