Piter Druker

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Piter Druker (19 noyabr, 1909 - 11 noyabr, 2005) idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur. Xüsuilə özəlləşdirmə, hədəflərlə idarəetmə və davamsızlıq kimi konsepsiyaların yaradıcısı və müasir idarəetmə ideyasına qazandıran şəxsdir. İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır.

A[redaktə]

  • Anadangəlmə liderlərə rast gəlmək olar. Lakin onlar o qədər az olurlar ki, həyatın vurhavurunda qətiyyən seçilmirlər.[1]

B[redaktə]

  • Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət əldə etmək üçün artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.”
  • Biznesin məqsədi müştəriyə yiyələnmək və əldə saxlamaqdır.

H[redaktə]

  • Hər hansı bir təşkilatda insanlar üçün vəzifə almaq işlərini müvəffəqiyyətlə yerinə yetirməkdən daha vacib hala gəlibsə, təşkilat risk almaqdan çəkinib yalnız edilən nöqsanları araşdırırsa, əməkdaşlar güclü xüsusiyyətlərini inkişaf etdirməkdən çox zəif yönlərinin inkişafıyla məşğuldurlarsa, şəxsi münasibatlər performans və müvəffəqiyyətdən daha əhəmiyyətli hala gəlibdirsə o təşkilat xəstədir.

M[redaktə]

  • Marketinqin məqsədi müştərini tanımaq və anlamaqdır ki, müştəriyə uyğunlaşan özü özünü satan məhsul istehsal edilə bilsin.
  • “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir.
  • Müəssisələrin iki əsas funksiyası vardır: Marketinq və innovasiya. Digər funksiyalar hamısı bu ikisi üçündür. Bu ikisi qazancdır - gətirir; Digərləri xərcdir, aparır.

S[redaktə]

  • Siz vaxtı deyil, yalnız özünüzü idarə edə bilərsiniz.

U[redaktə]

  • Uğursuzluqların çoxunun əsasında qeyri-müəyyən ehtimallar durur.

İstinadlar[redaktə]

  1. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.137