Amal

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır. Uilyam Şekspir
  • Amal uğrunda ölmək - əbədi yaşamaqdır. Şeyx Məhəmməd Xiyabani
  • Amal yüksək olduqca insan da yüksəlir. Fridrix Şiller
  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev

C[redaktə]

  • Cahanda olmasaydı əhli-ərzin yüksək amalı,

Uçmazdı göyə yer oğlunun şəhbali-iqbali. Məhəmməd Hadi

Ə[redaktə]

  • Ədəbiyyatımız milli ruhu və milli düşüncəni amal etməli, millətə aid məsələləri kiçik də olsa insanlıq səmasında bir göy qurşağı halına gətirməlidir. Füyuzat jurnalı
  • Əxlaq təkcə xeyirxah amallar deyil, həm də xeyirxah niyyətlər fəlsəfəsidir. İmmanuel Kant

G[redaktə]

  • Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır. Əbu Turxan

H[redaktə]

  • Həyatda həqiqi xoşbəxtlik budur: uca olduğunu qəbul etdiyiniz bir amal üçün var olmaq. Corc Bernard Şou

K[redaktə]

  • Kamalındır dövlətin, kamalına arxalan,
    Amalndır comərdlik, amalına arxalan.Sirlər xəzinəsi (Nizami)
  • "Kütlə məzhəkəçisi” olmaq istəməyən hər bir yazıçının yeganə amalı – yaşadığı zəmanənin dəyərlərini zənginləşdirməyə hesablanmalı və o hər bir vəchlə buna can atmalıdır. Onore de Balzak

Q[redaktə]

  • Qəzəb şeytan amalıdır və həmişə peşimançılıqla qurtarır. Con Herbert

Ş[redaktə]

  • Şairlər və qəhrəmanlar bir tayfadandır. Onların arasındakı fərq ideya və amal arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. Alfons de Lamartin

İstinadlar[redaktə]