Sirlər xəzinəsi (Nizami)
Görünüş
Sirlər xəzinəsi | |
---|---|
Janr | poeziya, məsnəvi |
Müəllif | Nizami Gəncəvi |
Orijinal dili | fars dili |
Sonrakı | Xosrov və Şirin |
Sirlər xəzinəsi — Nizami Gəncəvinin əsəri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çəkişməyə uymazsan, hünərinə güvənsən,
Sənət olsun şikarın, hünərinə güvən sən
F
[redaktə]- Fələklərə yüksəldər, hünər cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.
K
[redaktə]- Kamalına görədir şan-şöhrətin dünyada,
Onsuz adın, hünərin olar çətin dünyada. - Kamalındır dövlətin, kamalına arxalan,
Amalndır comərdlik, amalına arxalan. - Kiçik düşmənə belə kinini bildir artıq
Hər zaman əzilərsən əgər olmasan ayıq. - Kim hünər köhlənini cilovlaya bilibdir,
Diləyin ovlağından ov ovlaya bilibdir.
S
[redaktə]- Sənətin bayraqdarı ucalar kainatda,
Aydan da günəşdən də öc alar kainatda. - Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa nəyə gərək düşüncə.