Məhəmməd Hadi
Görünüş
Məhəmməd Hadi | |||
Doğum tarixi | 1879 | ||
Doğum yeri | Şamaxı | ||
Vəfat tarixi | may 1920 | ||
Vəfat yeri | Gəncə | ||
Dəfn yeri | Gəncə | ||
|
Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə — azərbaycanlı şair, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı[1], Tatar süvari alayının imamı.[2][3]
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ana bir bağ, çiçək açar qucağı,
Canlı güllər açar o cənnətdə.
B
[redaktə]- Bəsdir, yetər artıq, dur, oğul, dur, daha yatma,
Namusu, həyanı, ədəbi uyğuya satma!
Ey sevgili övlad, ayıl, Allahı sevərsən —
Gün doğdu, hamı durdu, yatan bircə özünsən. - Bəşər! Ey canlı bir hikmət, böyük qüdrətlərin vardır.
Böyük əqlin, böyük fikrin, böyük qüvvətlərin vardır. - Bəşər tarixi matəmdir, bəşər tarixi möhnətdir,
Yazılmış qissələr başdan-əyağə həp müsibətdən. - Bil ki, vətənin sevgili bir madəri candır,
Vermə bunu əğyar əlinə, rəhm et, amandır.
C
[redaktə]- Cahanda hər fəsadın mənşəyi nadandır, nadan.
- Cahanda olmasaydı əhli-ərzin yüksək amalı,
Uçmazdı göyə yer oğlunun şəhbali-iqbali.
D
[redaktə]- Dünyadə əməlimiz fəqət emari-vətəndir,
Vicdanımızın sevdiyi dildar vətəndir.
E
[redaktə]- Elmin, hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləmində olma bir əngəl.
Ərbabi-kəmalın yeridir bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündə nadan. - Ey qadın, mənbeyi — nəzakətsən,
Sən təcəssüm edən lətafətsən. - Ey Vətən! Ey pəriyi-vicdanım!
Səni sevmək deyilmi imanım?
Ə
[redaktə]- Əgər cahil bir adam sənə qarşı nadanlıq edirsə, mənalı bir sükut ona əla cavabdır.
- Əməl ölməz, əməl sönməz, əməl fiəyyazi-aləmdir;
Əməl bir rəhbəri-xoşbəxtliyi övladi-adəmdir. - Əməl ruhani cənnətdir, onun ziddi cəhənnəmdir,
Əməlsizlər üçün dünya qaranlıq saheyi-cəmdir. - Əməl səndən, oğul, məndən nəsihət,
Edər bədbəxt insanı ətalət. - Ərbabi-kəmalın yeridir bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan.
G
[redaktə]- Göy parlaq ikən, torpağın övladı qaranlıq,
Güllər gülüyorkən, bəşərin gözləri ağlar.
H
[redaktə]- Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,
Həqiqətlə edər növü bəşər tıhsili-hüriyyət,
Həqiqətlə olur bağı-vətən gülzari-əmniyyət.
Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,
Həqiqətbin olanlar vasili-fövzü hidayətdir. - Hər dil olamaz, olmadı məcrayi-həqiqət,
Ən ali könüllərdir olan cayi-həqiqət. - Həyatın mənayi-əslisi şəfqətdir, məhəbbətdir,
Cahana gəlmədən mətlub xəlqüllahə xidmətdir. - Hürriyyət elə nazlı bir afət ki, pək vüqar,
Qan axıtmadıqca kimsəyə gülməz o işvəkar.
İ
[redaktə]- İnsan ona derlər ki, qərəzdən ola salim,
Nəfsində dəxi eyləyə icrayi-ədalət.
İnsan olanın xeyir olur adəmlərə qəsdi,
İnsanlığa insanda budur iştə dəlalət. - "İnsana məhəbbət" sözü var məzhəbimizdə,
Həp sureyi-insan oxunur məktəbimizdə.
K
[redaktə]- Kiçik bir varlığın vardır, böyükdür lakin idrakın,
O göylərdən də yeksəkdir sənin ruhanı əflakın.
L
[redaktə]- Laf ilə tərəqqqi olmaz, sözlə də sərvət,
Biliklə olur, bilməlidir, sərvəti qüvvət.
M
[redaktə]- Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət,
Məktəb nə demək? Baisi-ülviyyətü-şövkət,
Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü-səadət - Mən bir şeyi bağışlaya bilməyəcəm, uşaqlıqdan qorxu hissi ilə böyüməyimi.[4]
- Məzarında yatar ol kimsə rahaət,
Kİ, ondan yetməmişdir xalqa zəhmət. - Millət yaşamaz yurdunu zəbt eyləsə düşmən,
Gəldikdə xəzan fəsli sönər rövnəqi-gülşən.
R
[redaktə]- Rəhbər olmaz könüllərə gözsüz olanlar,
Qanuni-təbiət budur, aləmdə pədidar.
S
[redaktə]- Səni əvvəl, həyatı son sevərəm,
Ey gözəllik behiştinin mələyi!
Ey sevimli baxışların mələyi!
Ey könül ovlayanların çiçəyi!
Məhəmməd Hadi haqqında sitatlar
[redaktə]H
[redaktə]- Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır… hər bir əsərində hürriyyəti oxşamadan keçməmişdir.[5]
- Abbas Səhhət
- Hadinin taleyindəki dəhşətli paradoks bundadır ki, nəhayət, sanki arzusu gerçəkləşdiyi, Azərbaycan öz müstəqilliyini bəyan edib, "xətti imzalar içində" yer aldığı zaman artıq qırx yaşı haqlayan Hadi bu sevinci sonadək duya bilmədi.[6]
- Anar — Azərbaycan yazıçısı.
İ
[redaktə]- XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. …Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur.[7]
- Yaşar Qarayev
- XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən" və "millət" ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib.[8]
- Elçin — Azərbaycan yazıçısı.
M
[redaktə]- 1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi M. Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikincikərə olaraq zərər ilə dükanı qapamışdır.[9]
- Ömər Faiq Nemanzadə
O
[redaktə]- O, oxuduğu elmlərin kəndisinə heç bir nəticə verməyəcəyini, olsa-olsa mömin bir molla əfəndidən fəzlə bir şey olmayacağına hissi-qəbləl-vüqu ilə anladığından İstambul və Əl-Qahirə kimi islam mədəniyyəti mərkəzlərinə gedib orada təhsil almaq fikrinə düşmüşdü. Mustafa Lütfi… Hadini xarici məmləkətlərə göndərəcək iqtidarı olmadığından Hadi bir neçə zəngin əqrəbasını müraciətdə bulunmuş, təhsil arzusunda olduğunu söyləyib müavinət istəmişsə də, sözünü dinləyən və yardımda bulunan olmamışdı.[10]
- Seyid Hüseyn
İstinadlar
[redaktə]- ↑ Məhəmməd Hadi Azərbaycanda Tofiq Fikrət irsinin ilk araşdırıcı kimi: İslam Qəribli. Ədəbiyyat qəzeti. 30 aprel, 2010
- ↑ Nağı Keykurin. Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri (PDF), Bakı,"Təknur MMC" mətbəəsi, 2007. səh. 22.
- ↑ "Cümhuriyyətə gedən yolun şairi - Məhəmməd Hadi - Elnarə Akimova". 6 Jul 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
- ↑ [1]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
- ↑ [2]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
- ↑ [3]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
- ↑ [4]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
- ↑ [5]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
- ↑ [6]Görkəmli elm və ədəbiyyat xadimləri Məhəmməd Hadi irsi haqqında
Vikimənbədə Müəllif:Məhəmməd Hadi mövzusunda məlumatlar var. |