Ev
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ara sözü ev yıxar. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Atasız uşaq tavansız ev kimidir. Afrika atalar sözləri
- Avara qonaq ev yiyəsini də avara qoyar. Azərbaycan atalar sözləri/A
B[redaktə]
- Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar. Fyodor Dostoyevski
- Bir evdə ki, haqq-hesabı kiçik oğul da bilə, oradan dava-dalaç əskik olmaz. Tamil atalar sözləri
- Bir məmləkətin yüksəlişi ev və ailə məhəbbəti ilə bağlıdır. Çarlz Dikkens
C[redaktə]
- Cinayət səhnəsini bərpa etmək detektivin məqsədidi. Faktları ardıcıl sıralamaq lazımdı,kartdan ev düzəldərkən kartları düzdüyünüz kimi. Aqata Kristi
D[redaktə]
- Dedi - qodu ev yıxar. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz yerləşir, hara ki gözəl günlərin birində biz gəlirik. Sakitcə onun qayıdışını gözləyəcəyim ev. Dərsdən sonra oğlanla qızın qaçaraq gəldikləri, ətrafda hər yeri var olmanın sevinci ilə doldurduqları ev. Paulo Koelyo
E[redaktə]
- El elə sığışar, ev evə sığışmaz. Azərbaycan atalar sözləri/E
- Ev alma, qonşu al. Azərbaycan atalar sözləri/E
- Ev ayranı acı olar. Azərbaycan atalar sözləri/E
- Ev bağda, bağ dağda. Azərbaycan atalar sözləri/E
- Ev bir məmləkətə bənzəyir, evdar arvad isə onun padşahına. Yusif Vəzir Çəmənzəminli
- Ev bizə qaldı desənə, halva bişibdir yesənə. Azərbaycan atalar sözləri/E
- Ev bizim, sirr bizim. Azərbaycan atalar sözləri/E
- Ev böyüksüz olmasın. Azərbaycan atalar sözləri/E
- Ev buzovundan öküz olmaz. Azərbaycan atalar sözləri/E
- Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. Nazim Hikmət
- Ev sözsüz olmaz, meşə çaqqalsız. Azərbaycan atalar sözləri/E
- Ev süpürərəm, yer salaram, kimin qızından geri qalaram? Azərbaycan atalar sözləri/E
- Evdə bişməyib, qonşudan gəlməyib. Azərbaycan atalar sözləri/E
- Evdə kitab olanda adam tək qalmır. N.K.Krupskaya.
- Evdəki hesab bayıra çıxmaz. Azərbaycan atalar sözləri/E
- Evdən qabaq qonşu axtar. Azərbaycan atalar sözləri/E
- Evi abad edən arvaddır. Azərbaycan atalar sözləri/E
- Evi yoxdur, qonşu axtarır. Azərbaycan atalar sözləri/E
- Evin yaraşığı gəlindir. Azərbaycan atalar sözləri/E
- Evində dinc olmaq istəyirsənsə, yoldaşının bütün istədiklərini et. Afrika atalar sözləri
- Evli evində yatar, qərib harda axşamlar? Azərbaycan atalar sözləri/E
- Evsizə qız verməzlər. Azərbaycan atalar sözləri/E
Ə[redaktə]
- Əgər bir evin necə tikiləcəyini öyrənmək istəyirsənsə, ev tik. Heç kimə soruşma, yalnız tik. Kristofer Uoken
- Əgər onlar acdırlarsa onlara yemək verin, əgər onların çılpaqdırlarsa onları geyindirin, əgər onlar xəstədirlərsə onları hərgün ziyarət edin, əgər onlar evsizdirlərsə onlara bir ev verin. Tereza Ana
H[redaktə]
- Həyatda heç bir şey üçün "mənimdir" deməyin, sadəcə olaraq "mənimlədir" deyin. Çünki nə ev, nə torpaq, nə dost, nə yoldaş, nə sevinc, nə kədər, nə ölüm, nə həyat həmişə sizinlə qalmır. Hendrik Lorens
İ[redaktə]
- İşlərin asan olar, olsan tamahdan azad,
- Qənaətə başladın, ev-eşik oldu abad! Qabusnamə
K[redaktə]
- Kişilərin ağlı ev qadını axtarar, qəlbi və xəyalı ilə başqa xüsusiyyətlər axtarışındadır. Höte
- Kitabsız ev ürəksiz bədəndir. Siseron
Q[redaktə]
- Qadınsız ev məzar kimidir. Onore de Balzak
- Qonaq-qara olmasaydı, hər bir ev qəbirstanlığa dönərdi. Cübran Xəlil Cübran
- Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar. Məhəmməd peyğəmbər
S[redaktə]
- Sahibi ağıllı olan ev tez abad olar. Şəhriyar
- Savad qonaqdır, ağıl - ev yiyəsi. Abxaz atalar sözləri
T[redaktə]
- Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver. Konfutsi
V[redaktə]
- Var evi - kərəm evi, yox evi - ələm evi. Türk atalar sözləri
Y[redaktə]
- Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev - bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət”dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma