Cekson Braun
Görünüş
Cekson Braun | |||
Doğum tarixi | 14 mart 1940 | ||
Doğum yeri | Tennessi | ||
Vəfat tarixi | 30 noyabr 2021 | ||
Vəfat yeri | Neşvill | ||
|
Cekson Braun (d.1941) - Amerika yazışısı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bəzən ürək gözə görünməyənləri görür.
- Böyük ambisiyaları olan insan realist olandan güclüdür.
C
[redaktə]- Cəsarətli ol. Yoxdursa, elə bil ki, var. Heç kim fərqi bilməyəcək.
D
[redaktə]- Döyüşəndə əvvəlcə vur və var gücünlə vur.
E
[redaktə]- Elə yaşayın ki, övladlarınız ədalət, qayğıkeşlik və dürüstlük haqqında düşünəndə sizi düşünsünlər.
- Evlilik, maliyyə və saç düzümü məsələlərində məsləhət verməkdən çəkinin.
H
[redaktə]- Heç vaxt heç kimin ümidini kəsməyin, bəlkə də onlara qalan budur.
- Hər zaman əlinizdə olan üç güclü aləti heç vaxt unutmayın: sevgi, dua və bağışlanma.
- Həyat bizdən ən yaxşı olmağımızı tələb etmir, ancaq bunun üçün bütün gücümüzlə səy göstərməyimizi tələb edir.
- Həyata münasibətinizi özünüz formalaşdırın. Başqasının sizin yerinizə bunu etməsinə icazə verməyin.
- Həyatınızı sual işarəsinə deyil, nida işarəsinə çevirin.
X
[redaktə]- Xarakterimiz heç kimin izləmədiyini düşündüyümüz zaman etdiyimiz şeydir.
İ
[redaktə]- İnsanlara ikinci şans verin, amma üçüncü şansı yox.
K
[redaktə]- Kimin haqlı olduğunu düşünməyə daha az, nəyin doğru olduğunu düşünməyə daha çox vaxt ayırın.
M
[redaktə]- Müəllimlərə, xilasedicilər və gecə gözətçilərinə hörmət qoy...
N
[redaktə]- Nəzakətlə yox deməyi öyrənin.
Ö
[redaktə]- Özünüzdən başqa üç din haqqında təsəvvürünüz olsun.
P
[redaktə]- Pulun ruhunuzun boşluğunu dolduracağını gözləməyin.
S
[redaktə]- Səhhətinizdə ciddi problemlər yarandıqda ən azı üç həkimdən məsləhət alın.
- Sərxoşkən kimsənin gözünə görünmə.
- Sizi tənqid edənlərlə mübahisə edərək vaxt itirməyin.
T
[redaktə]- Tanış olduğunuz hər kəs sizin bilmədiyiniz bir şeyi bilir. Onlardan öyrənin.
- Təvazökar olun. Sən dünyaya gəlməmişdən əvvəl də çox şey əldə edilib.
U
[redaktə]- Uğurunuzu sağlamlıqdan, sülhdən və sevgidən həzz almağınıza görə qiymətləndirin.
- Unutmayın ki, uşaqlar, ailə həyatı və çiçək bağçası onlara göstərdiyiniz qayğının əksidir.
- Unutmayın ki, uğurlu evlilik iki şeydən asılıdır: doğru insanı tapmaq və doğru insan olmaq.
- Uşaqlarınız yuxuda olsalar belə, həmişə gecəniz xeyirlə öpün.
- Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar.
V
[redaktə]- Vaxt uçur – bu pis xəbərdir. Yaxşı xəbər odur ki, vaxtınızın pilotu siz özünüzsüz.
- Vaxtınızı və ya sözlərinizi boş yerə sərf etməyin, əks halda onları heç vaxt geri ala bilməyəcəksiniz.
- Vaxtınızın tükəndiyini söyləməyin. Sizin gününüz Helen Keller, Paster, Mikelancelo, Tereza Ana, Leonardo da Vinçi, Tomas Cefferson və Albert Eynşteynin günləri ilə tam olaraq eyni saatlardır.
Y
[redaktə]- Yadda saxlayın: “Mən imtina edirəm” dediyiniz zaman eyni vəziyyətdə olan başqa birisi “Oh, nə gözəl fürsətdir!” deyə qışqırır.
- Yaxşı əxlaqlı olmaq bəzən ətrafdakıların pis davranışlarına dözmək deməkdir.
- Yumor hissi dünyanın demək olar ki, bütün bədbəxtliklərini müalicə edə bilər.