Məzmuna keç

Sərxoş



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılsızlar şərab içəndə sərxoş olur, bədbəxtliklərdə isə ağıllarını itirirlər. Pifaqor
  • Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün. Qırğız atalar sözləri
  • Aşiq olan insanlar sərxoş insanlara bənzəyir: içən içəcək, sevən isə sevəcək. Gi de Mopasson
  • Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən. Mir Möhsün Nəvvab
  • Bir vaxtlar hakimiyyətdən sərxoş olanlar və ondan hər cür nemət əldə edənlər, hətta bir il də olsa, onu heç vaxt öz istəyi ilə tərk edə bilməzlər. Onlar bütün güclərinin ortasında sıxıntı içində ola bilərlər; lakin onlar heç vaxt rahatlıq üçün gücdən başqa bir şeyə baxmazlar. Edmund Berk Bork
  • Brend içib sərxoş olan meymun ona bir daha toxunmayacaq. Bu vəziyyətdə meymun əksər insanlardan daha ağıllıdır. Çarlz Darvin
  • Bu düzdür ki, həzzlər zehni təzələyir, sərvət sevinc gətirir, amma həyat sərxoş bir qızın baxışları kimi sürətlə ötüb keçir. Çanakya
  • Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur. Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb. Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır. Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
  • El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq. Şəms Təbrizi
  • Xoşbəxtlik axtaran adam evi olduğunu bilən, lakin heç cür onu tapmayan sərxoş insana bənzəyir. Volter
  • Qadın, indiyənə qədər aksiz vergisi qoyulması heç kimin ağlına gəlməyən sərxoş edən məhsuldur. Anton Çexov
  • Sərxoş halda yaz, ayıq vaxtı düzəliş et. Ernest Heminquey
  • Sərxoş heç vaxt irəliyə nə ağlı, nə də əxlaqı ilə gedir. Lev Tolstoy
  • Sərxoş olanda dediklərinizi həmişə ayıq başla deyin. O zaman sakit durmağı öyrənərsiniz. Ernest Heminquey
  • Sərxoş olub kişilikdən dəm vuranın qeyrəti araq şüşəsində olar. Türk atalar sözləri.
  • Sərxoş vəziyyətdə verdiyiniz sözləri ayıq vaxtı yerinə yetirin. Bu sizi dilinizi saxlamağa öyrədər. Ernest Heminquey
  • Sərxoşla yoldaş olma, oldun, dalında gəzdirməlisən. Tofiq Hüseynzadə
  • Sərxoşun ağlı kor olar. Monqol atalar sözləri
  • Şirin şərabı çox içərsən sərxoş olarsan; ağıllı adam da çox danışsa darıxdırar. Vyetnam atalar sözləri