Donuz
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- “Abırsız”- yunan sözüdür və sənin dilində tərcüməsi bütün dünyanın onun donuz olmasını bilməsini istəyən donuzu bildirir. Anton Çexov
- Ac donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/A
D[redaktə]
- Darıya girən donuz payanı özünə qəbul eylər. Azərbaycan atalar sözləri/D
- Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar. - Azərbaycan atalar sözləri/D
- Donuz xortlamağı böyüyündən öyrənər. Ləzgi atalar sözləri
G[redaktə]
- Gücü çatana donuz güddürür. Azərbaycan atalar sözləri/G
K[redaktə]
- Kiş-kiş ilə donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/K
Q[redaktə]
- Qoz ağacının altında donuz oynaşar. Abxaz atalar sözləri
M[redaktə]
- Mən donuzları sevirəm. İtlər bizə aşağıdan yuxarıya, pişiklər yuxarıdan aşağıya baxırlar. Donuzlar isə bizimlə bərabər baxırlar. Uinston Çörçill
O[redaktə]
- Oba yiyəsiz qalanda donuz təpəyə çıxar. Azərbaycan atalar sözləri/O
Ö[redaktə]
- Özünə məftun donuz olmaqdansa, bədbəxt adam olmaq yaxşıdır. Henrix Heyne
P[redaktə]
- Pişiklə donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/P
U[redaktə]
- Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar. Cekson Braun
V[redaktə]
- Vəhşi qabanın dalınca qaçarsan, evdəki donuz da əlindən qaçar. Koreya atalar sözləri
Y[redaktə]
- Yalnız özünə qayğı göstərən bir insan donuz adına layiqdir. Albert Eynşteyn