Məzmuna keç

Çingiz xan

Çingiz xan

Çingiz Xan - (01.01.1155-25.08.1227) – Ayrı-ayrı monqol tayfalarını birləşdirmiş, Çinə, Orta Asiya, Qafqaz və Şərqi Avropaya monqolların istila yürüşlərini təşkil etmiş, Monqol imperiyasının yaradıcısı və birinci böyük xanı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağrı və əzab- bu, günahkar və əxlaqsız insanlara Tanrının göndərdiyi cəzadır. Bu günahları dadmayınca, ruha və vücuda ən böyük əzab verə biləcək cəzanın da dadını bilməzsiniz.
  • Alkoqol yalnız ağılsızlıq, qorxaqlıq, viranlıq və pis əxlaq vəd edir.
  • At belində dünyanı fəth etməyə nə var ki?! Enib dünyanı idarə etmək çətindir.
  • Çaqqallar arasında birinci olmaqdansa, canavarlar arasında axırıncı olmaq daha yaxşıdır.
  • Düşmənlə qorxa-qorxa döyüşən döyüşçü, peyində eşələnən donuza bənzər. Döyüşçünün qarşısına yalnız qorxmaz insan çıxa bilər. Əks təqdirdə, nəticə gözlənildiyindən aşağı olacaqdır. Qorxduğun şeyin qulpundan yapışmaq lazım deyil.
  • Edirsənsə - qorxma, qorxursansa - etmə.
  • Əhali arasında balaca buzov kimi təvazökar olun, müharibə zamanı isə döyüşə şahin quşu kimi atılın.
  • Fəzilətli insan Tanrıya bənzər insandır. Fəzilət daşıyan, amma öz eqosunun şıltaqlıqlarına göz yuman insan gözəldir. Amma Tanrıya bənzər insanı haradan tapmaq olar? Ola bilər ki, yalnız gözəl olanla kifayətlənəsən?
  • Görünməz olmaq məharəti müdafiə ilə bağlıdır!
  • Heç vaxt borclu qalmamaq üçün sənə yaxşılıq edən insanı sağ buraxma.
  • Həyatın gedişi bizi bəşəriyyətin bütün ali və aşağı hisslərini böyük bir axınla qarışdıran dalğa ilə əhatə edir. Amma bu axında özünüzü necə tapmaq olar və axtarmaq lazımdırmı?
  • İnsanları qürurlu etməyi bacar. Qürur onları axmaq edəcək və sən onlara qalib gələ biləcəksən...
  • Kişi üçün ən böyük sevinc — bu, düşmənlərə qalib gəlmək, onları qabağına qatıb qovmaq, əmlaklarını almaq, yaxınlarının necə ağladığını görmək, atlarını minmək, qızlarını və arvadlarını isə kəniz etməkdir.
  • Qələbə imkanı yalnız hücumda olur!
  • Məğlubların məhvi qalibin sakitliyidir.
  • Mən Tanrının göndərdiyi cəzayam. Əgər siz ölümcül günah etməmisinizsə, Tanrı sizə mənim şəxsimdə cəza göndərməyəcək!
  • Mənim iradəmlə qaldırılan, tünd qırmızı qürub çölü ilə naməlumluğa sürətlə hərəkət edən atlara, insan sifətlərinə, canlı axına baxdıqca düşünürəm: mən bu axının harasındayam?
  • Səyahətdə yeni insanları görmək və dərk etməkdən, görmədiyin yerləri sevməkdən qiymətli şey yoxdur.
  • Şərabda və araqda nə xeyir, nə ağıl, nə şücaət, nə xeyirxah davranış, nə də xeyirxah xasiyyət var.
  • Üç müdrik insanın bəyəndiyi sözü istənilən yerdə təkrarlamaq olar. Əks təqdirdə, bu sözlərə güvənmək olmaz. Öz sözünü müdriklərin sözü ilə müqayisə et. Əgər sənin sözün müdrik sözü ilə üst-üstə düşürsə, bu sözü demək olar, əks təqdirdə isə demək lazım deyil!

İstinadlar

[redaktə]