Məzmuna keç

Diskussiya



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Biz Kambocada vyetnamlıların olmasını istəmirik. Problemimizi həll etsəniz çox şad olarıq. Biz yaşayış olmayan ərazilərdə zülmün əleyhinə deyilik. Siz bizi Vyetkonqdan azad edərdiniz. Mənim üçün yalnız Kamboca önəmlidir. Mən istəyirəm ki, siz Vyetnam Konqunu Kambocanı tərk etməyə məcbur edəsiniz. Kambocalıların olmadığı qeyri-yaşayış ərazilərində belə dəqiq hallar gözlərimi yumardı.
  • Mübahisədə, diskussiyada uduzan adam, əslində qazanır, qələbə çalır.[1] Epikür
  • Nə qədər ki, mən partiyaya rəhbərlik edirəm o, nəcabətsiz ədəbiyyatçılar və qeyri-ciddi bolşeviklər üçün diskussiya klubu olmayacaq. Adolf Hitler

İstinadlar

[redaktə]
  1. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.