Nisbi

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

B[redaktə]

  • Bu dünyada hər şey nisbidir və onda insan üçün daha pis ola biləcək bir vəziyyət yoxdur. Maksim Qorki

H[redaktə]

  • Hər bir normal insan əslində nisbi şəkildə normaldır. Belə ki, normal insanın eqosu bəzən psixozlu xəstənin səviyyəsinə az-çox yaxınlaşır. Ziqmund Freyd
  • Nisbi emosional dəyərlərə söykənən əxlaq sadəcə bir xəyaldır. Sokrat

M[redaktə]

  • Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir. Əbu Turxan

N[redaktə]

  • Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz. Əbu Turxan

İstinadlar[redaktə]