Zəka
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım. Napoleon Bonapart
- Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz “mən”inin açılışıdır. Əbu Turxan
- Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. Fransua de Laroşfuko
B[redaktə]
- Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
- Bir uşağın tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. Deni Didro
- Böyük zəka sahibləri üç şeydən birinin qurbanı olurlar: ya ehtiyac içində yaşayır, ya gənc ikən ölür, ya da dünyadan sonsuz köçürlər. Qautama Budda
E[redaktə]
- Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib. Edqar Allan Po
D[redaktə]
- Düşüncənin qiyməti zəkanın sirridir. Corc Bayron
H[redaktə]
- Hər şəhərin nömrə kodunu əzbərdən bilib, xüsusi günləri unuda bilən zəkaya sahib insana Türk kişisi deyilirmiş. Can Dündar
- “Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. Nəsirəddin Tusi
X[redaktə]
- Xarakter zəkadan daha üstündür... Dahi qəlb yaşamağa güclü olacaqdır, həmçinin düşünməyə də. Ralf Uold Emerson
- Xatırladığım qədəriylə, müqəddəs kitablarda zəkanı tərifləyən tək bir söz belə yoxdur. Bertran Rassel
İ[redaktə]
- İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir. Blez Paskal
- İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. Əbu Turxan
S[redaktə]
- Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar. Əhvədi
T[redaktə]
- "Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey Türk Övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..." Mustafa Kamal Atatürk
Z[redaktə]
- Zəka hissləri maarifləndirir. Romen Rollan
- Zəka mömünün bələdçisidir. Cəfər Sadiq
- Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi
- Zəka - şeylərin mahiyyətinin anlaşılmasıdır. Lao-tszı
- Zəkanın arxasında qaçmayın, axmaqlığı tutarsınız. Şarl Lui Monteskyö
- Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. Cəfər Sadiq
- Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun. Frensis Bekon