Qorxaq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo
Ə[redaktə]
- Ən pis xəstəlik “qorxaq” xəstəlikdir; həkimi görəndə gizlənir. Əbu Turxan.
İ[redaktə]
- “İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir. Reşat Nuri Güntekin
- İt cəsarətliyə hürər, qorxağı qapar. Rus atalar sözləri
Q[redaktə]
- Qorxaq gündə yüz yol ölər, igid ömürdə bir yol. Azərbaycan atalar sözləri/Q
- Qorxaq hər gün ölürsə, igid bir dəfə ölür. Uilyam Şekspir
- Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş. Azərbaycan atalar sözləri/Q
- Qorxaq nə zərər eylər, nə mənfəət. Azərbaycan atalar sözləri/Q
- Qorxaq öz kölgəsindən də qorxar Azərbaycan atalar sözləri/Q
- Qorxaq yalanın daimi yoldaşıdır. Uilyam Şekspir
- Qorxaqlar, adətən. oz qollarının gücünü dərk etmirlər. Fransua de Laroşfuko
Ü[redaktə]
- Ürəyimi qorxaq böyütmədim. İtirdiklərim; Payladığım sərvətimdir. Ece Ayhan