Yaramaz

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl olmasa, gözəllik bir şeyə yaramaz. Arximed
  • Allah əvvəlcə elə-belə, praktika üçün yaramazları, sonra isə məktəb müəllimlərini yaratdı. Mark Tven
  • “Allah”, “ruh”, “savab”, “günah”, “o dünya”, “həqiqət”, “axirət dünyası” – bütün bunlar yaramaz adamların xəstə instinktlərinin uydurduqları yalanlardır. Fridrix Nitsşe
  • Ata palan, eşşəyə yəhər yaramaz. Azərbaycan atalar sözləri/A

B[redaktə]

  • Bir dəfə kimsə Ezopa deyir: "Sənin haqqında çox iyrənc şeylər danışırlar". Və onun barəsində deyilənləri bir-bir ona danışır. Ezop deyir: "Qatil xəncəri düzəldən deyil, o kəsdir ki, onun məlumatından istifadə edir, necə ki, sən böhtanlardan istifadə edib haqqımda yaramaz şaiyələr gəzdirirsən".[1] Ezop
  • Böyük və yaramaz insan olmaqla yanaşı, axmaq, lakin ilhamlı məşuq olmaq olar. Onore de Balzak

C[redaktə]

  • Cavanlara qocalıq yaraşmadığı kimi,qocalara da cavanlıq yaramaz. Xaqani Şirvani

Ç[redaktə]

  • Çoxluğun fikri həmişə səhv olur. Çünki, insanların çoxu yaramaz olur. Edqar Allan Po

D[redaktə]

E[redaktə]

  • Elə bir yaramaz yoxdur ki, müəyyən münasibətdə özündən də pis yaramazları axtarıb tapmasın və fəxr etmək, özündən razı qalmaq üçün dəlil tapmasın. Lev Tolstoy
  • Elə söz var ki, yaramaz demək,
    Başqa bir dil ilə söyləmək gərək.
    Onu incə-incə söylərsən bir-bir,
    Ondan hər eşidən alar bir təsir. Nizami Gəncəvi

İ[redaktə]

S[redaktə]

  • Sən nəsil törətmək fikrində olsan,
    İsmətsiz qadınla evlənmə, dayan.
    Övladın yaramaz, ya oğru olar,
    Toxum pis əkilsə, pis də verər bar. Əhvədi

T[redaktə]

U[redaktə]

  • Unutma ki, birlikdə olduğun insanın keçmişini qurdalamaq, onunla qərargahı düşündüyün gələcəyi yox etməkdən başqa bir şeyə yaramaz. Seneka

Ü[redaktə]

Y[redaktə]

  • “Yalan danışmaq yaramaz” – bunun təmiz almancası gərək ki, belə olar: cənab filosof, həqiqəti söyləməkdən özünüzü qoruyun... Fridrix Nitsşe
  • Yaramaz adamı bir anda tanımaq olar, namuslu adamı tanımaq üçün uzun illər lazımdır. Sofokl
  • Yaramaz adamın ürəyi xoşbəxtlik anlarında bərk, bədbəxtlik anlarında yumşaqdır:ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında bərkdir. Çin atalar sözləri
  • Yaramaz adamın vicdanını oyatmaq üçün onu şillələmək lazımdır. Aristotel
  • Yaramaz hökumətin çıxardığı qanunlar da yaramaz olur.[2] Qai Korneli Tasit
  • Yaramaz işin sonu peşmanlıqdır. Oğuznamə
  • Yaramaz yaramaz içində, budur onlar. Siz tək onların hamısına dəyərsiniz. Böyük Getsbi

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997. səh.26-27
  2. Aforizmlər. Bakı, 2013. səh.32.