Qai Korneli Tasit
Jump to navigation
Jump to search

Qay Korneli Tasit - (55-120) - Roma tarixçisi , senator, konsul.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl və sağlam düşüncə liderin xüsusiyyətləridir.
B[redaktə]
- Bir ölkə nə qədər çox korrupsiyaya uğrayırsa, bir o qədər çox qanunlar qəbul edir.
- Böhtana məhəl qoymasan, öləcək.
- Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar.
- Bu xalq (ermənilər) tutduğu mövqeyə və qəlbindəki qəzəbə görə əsrlər boyu etibarsız xalq olub.
D[redaktə]
- Dağıtmağa, qırmağa, saxta titullarla qəsb etməyə imperiya deyirlər, səhra halına saldıqları yerə isə sülh deyirlər.
Ə[redaktə]
- Ən pis nifrət qohumların nifrətidir.
H[redaktə]
- Hakimiyyət ehtirasları bütün ehtirasların ən dəhşətlisidir.
X[redaktə]
İ[redaktə]
- İnsanlar şərin haqqını ödəməyə daha çox hazırdırlar, nəinki minnətdarlığın, axı minnətdarlıq - yük, qisas isə həzzdir. [1]
K[redaktə]
- Kiməsə meylli olduğumuz andan hər şeyi onun xeyrinə şərh edirik.
Q[redaktə]
- Qanunların çox olduğu yerdə dövlət daha çox korlanar.
- Qanunların sayı nə qədər çox isə sui-istifadə də o qədər çox olar.
- Qəzəb ağlın həqiqəti görməsinə mane olur.
M[redaktə]
- Məntiq və mühakimə yaxşı liderin səciyyəvi xüsusiyyətləridir.
- Məşq bacarıq yaradır.
N[redaktə]
- Namuslu ölüm rüsvayçı həyatdan yaxşıdır.
- Nə qədər ki, dünyada insanlar var, qüsular da olacaq.
- Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir.
P[redaktə]
- Pis bir sülh, müharibədən daha bərbaddır.
R[redaktə]
- Romalılar kiçik və bədbəxt xalqları sevirlər.
S[redaktə]
- Sakit köləlikdən təhlükəli azadlığa üstünlük verirəm.
- Satın alınan sədaqət həmişə şübhəlidir və uzun müddət ona arxalanmaq olmaz.
- Satqın hökumətin qanunları da satqın olur.
Ş[redaktə]
- Şərəfli bir ölüm, şərəfsiz bir ömürdən daha yaxşıdır.
Y[redaktə]
- Yalançı kimi ad çıxarmamağa çalış, hərçənd bu gün belə olmadan yaşamaq da çətindir. Sənin ən böyük hiyləgərliyin, öz hiyləgərliyini üzə vurmamaqdan ibarət olmalıdır. [2]
- Yalnız axmaqlar özbaşınalığa azadlıq deyirlər.
- Yaramaz hökumətin çıxardığı qanunlar da yaramaz olur.[3]
Z[redaktə]
- Zövq nə qədər nadirdirsə, bir o qədər xoşdur.