Böhtan
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağu - acıdır, böhtan ondan da acı. Qaraqalpaq atalar sözləri
B[redaktə]
- Bir böhtan başqa böhtanları doğurar. Uilyam Şekspir
- Bir ziyandan min böhtan doğar. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Böhtan qorxaqların intiqamıdır. Samuel Conson
- Böhtan zəhlətökən eşşək arısına oxşayır: onu yerindəcə öldürəcəyinizə əmin deyilsinizsə, qovmağa da çalışmayın. Yoxsa o, yenidən, özü də daha böyük qəzəblə üstünüzə hücum edəcək. Nikola Şamfor
- Böhtana məhəl qoymasan, öləcək. Qai Korneli Taçit
- Böhtançıya verilə bilən ən gözəl cavab həqarətlə susmaqdır. Corc Vaşinqton
- Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtanı yayan və böhtana inanan. Herodot
D[redaktə]
- Dağı-daşı külək yeyər, insanı - böhtan. Qaraqalpaq atalar sözləri
Ə[redaktə]
- Əgər axmaqlıq böhtan və dedi-qodulara yol açmasaydı, onlar bu qədər güclü olmazdı. Aleksandr Düma
H[redaktə]
- Harada paxıllıq varsa, orada böhtan da var. Hipokrat
T[redaktə]
- Təmiz vicdan böhtandan qorxmur. Volter
- Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər. Əl-Cahiz