İşıq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaq - işıqla alovu səhv salar və onu hər yandıranı günəş zənn edər. Cənab Şəhabəddin
- Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir. Fridrix Nitsşe
B[redaktə]
- Başqaları üçün işıq verən şüa olub özünə də işıq saçmaq ən yüksək xoşbəxtlikdir. Feliks Dzerjinski
- Biz bütün işığa sahibik, tək bir şey edilməlidir; düşüncələri praktikaya tökmək. Albert Payk
İ[redaktə]
- İki işığın təmasından daha böyük işıq da yarana bilər, qaranlıq da. Əbu Turxan
- İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilə. Əbu Turxan
- İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür. Əbu Turxan
- İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün. Fridrix Nitsşe
- İşıq çox olan yerdə kölgə də çox olur. Alman atalar sözləri
- İşıq əşyanı necə aydınladırsa. gələcək də yaxşı və pis tərəflərimizi o cür aydınladır. Fransua de Laroşfuko
- İşıq gələn yeri tıxamazlar. Azərbaycan atalar sözləri/İ
- İşıq kölgəsiz olmaz. Alman atalar sözləri
- İşıq olan yerdə yaraşıq olar. Azərbaycan atalar sözləri/İ
- İşıq saça bilmirsənsə, heç olmasa, işığın qabağını kəsmə. Lev Tolstoy
- İşıq saçmağın iki yolu var: ya çıraq olmaq, ya da işığı əks etdirən ayna. [1] Edit Varton
- İşıq - zülmətdə gərək, ağıl - zillətdə. Amhar atalar sözləri
- İşığı heç kim kor qədər sevə bilməz. Viktor Hüqo
- İşığı yaymağın iki yolu var: ya şam, ya da əks etdirən bir ayna olmaq. Edit Uorton
Q[redaktə]
- Qaranlıqda zəif işıq da uzağa düşər. Osetin atalar sözləri
- Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. Platon
- Qaranlığın axırı işıq olur. Osetin atalar sözləri
M[redaktə]
- Mövhumat elmə əsaslanmayan inamdır. İşıq zülmətlə mübarizə etdiyi kimi, elm də mövhumatla mübarizə aparır. Dmitri Mendeleyev
O[redaktə]
- Oğru da, qurd da işıqdan qorxurlar. Osetin atalar sözləri
V[redaktə]
- Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər. Mücirəddin Beyləqani
Y[redaktə]
- Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır. Əbu Turxan
- Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. Əbu Turxan
Z[redaktə]
- Zahirdən işıq qaynağı olmasa, gözlər qaynağı əhatə edə bilmir. Mövlana Cəlaləddin Rumi
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.522