Xoş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör. Solon
- Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
[redaktə]- Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümüd elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
- Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
- Bu gün dünyanın hər bir ölkəsində xoşməramlı və həqiqi dərrakəli insanlar tapılır... Birlik, əmin-amanlıq və bərəkətin nəticəsi olan həqiqi rifah necə bərqərar ola bilər? Yalnız bir şəkildə. Hər ölkədə və hər millətdə xoşməramlı və anlayışlı kişi və qadınların birgə fəaliyyəti ilə. Sabit və sakit, tələsmədən, üç şeyi etməlidirlər: Birincisi, bir-birlərini kəşf etməli və bir-birləri ilə əlaqə saxlamalıdırlar. Beləliklə, zəiflik və faydasızlıq hissi aradan qaldırılacaqdır. Bu, Yeni Dünya Serverlər Qrupunun ilk vəzifəsi və vəzifəsidir. İkincisi, onlar bu gün bütün düzgün düşünən insanlar tərəfindən tanınan, lakin təmin olunmayan düzgün yaşamağın, xoş niyyətin və harmoniyanın əsas prinsiplərini aydınlaşdırmalı və aydınlaşdırmalıdırlar. Bu prinsiplər ən sadə formada tərtib edilməli və praktiki fəaliyyətə keçməlidir. Üçüncüsü, geniş ictimaiyyət bu prinsiplər üzrə maarifləndirilməlidir. Onlara davamlı, müntəzəm və sistemli şəkildə qardaşlıq, bütün insanların xoş niyyətinə və sevgisinə əsaslanan beynəlmiləlçilik, dini birlik və qarşılıqlı əməkdaşlıq prinsipləri öyrədilməlidir. Hər bir millətdə və qrupda olan fərdə öz mühüm rolunu xoş niyyət və anlayışla oynamağı öyrətmək lazımdır; qrup digər qruplar qarşısında öz məsuliyyətini daşımalıdır; millətin millət qarşısında, bütün millətlərin isə millətlər dünyası qarşısındakı məsuliyyəti izah edilməli və vurğulanmalıdır. Alisa Beyli
- Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram. Rabindranat Taqor
- Bütün insanlar xoş sözlər eşidəndə məmnun olurlar. Ağızdan yalnız şirin sözlər çıxmalıdır. Çanakya
D
[redaktə]- Dili xoş olanın havadarı çox olar. Qabusnamə
- Dostluq var - məqsədi xeyir üçün,dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün… Aristotel
- Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq. Mir Möhsün Nəvvab
- Düşmənə nifrət etmək dostu sevməkdən daha asan və xoş hissdir. Mark Tven
G
[redaktə]- Gec-gec gəldin, xoş gəldin, tez-tez gəldin, nöş gəldin. Azərbaycan atalar sözləri/G
- Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür.Birincisi bərbəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart
- Gözəllik hər yerdə xoş qarşılanan qonaqdır. Yohann Volfqanq Göte
- Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdır. Aşıq Ələsgər
H
[redaktə]- Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma. Qabusnamə
X
[redaktə]- Xidmətlərin olması azdır, adamların xoşuna gəlməyi də bacarmalısan. Filip Dormer Çesterfild
- Xoş günüm qapılarda keçir. Azərbaycan atalar sözləri/X
- Xoş günün sorağı uzaqlardan gələr. Azərbaycan atalar sözləri/X
- Xoş xatirələrlə və xoş ümidlərlə yaşaya bilmək iki dəfə yaşamağa bərabərdir. Hind atalar sözləri
- Xoş o insanın halına ki, yoldaşı həsəd deyil. Mövlana Cəlaləddin Rumi
- Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər. Mövlana Cəlaləddin Rumi
- Xoş söz ürəyə qapıdır. Azərbaycan atalar sözləri/X
- Xoş sözdən dil qurumaz. Benqal atalar sözləri
- Xoş sözlə ilan yuvadan çıxar. Azərbaycan atalar sözləri/X
- Xoşrəftar ol, xoş gün görərsən. Azərbaycan atalar sözləri/X
İ
[redaktə]- İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
- İnsanların məhz gülməli vərdişləri həyatı xoş edir və cəmiyyəti birləşdirir. Aristotel
Q
[redaktə]- Qadın gözəl olmasa da olar. O, xoş üzlü və xoş xasiyyətli olsa, bu böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin övrətin olsa, vay sənin halına, malın, canın və ömrün fənaya gedəcəkdir. Mir Möhsün Nəvvab
P
[redaktə]- Pis adam üçün bəd xəbər verməkdən xoş əyləncə yoxdur. Şota Rustaveli
U
[redaktə]- Uşaqları tərbiyə edən müəllimlər onları dünyaya gətirən valideynlərdən daha hörmətlidir. Valideynlər uşaqlarına həyat, müəllimlər isə xoş həyat bəxş edir. Aristotel
Y
[redaktə]- Yarla xoş dolanan bir kimsə, yarsız qalmaz... Ay, gecədən ürkmədiyi, qaranlığından qaçmadığı üçündür ki, nurlandı... Gül o gözəl qoxunu, tikanla xoş dolanmaqla qazandı ... Mövlana Cəlaləddin Rumi