Məzmuna keç

Şüa



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli
  • Başqaları üçün işıq verən şüa olub özünə də işıq saçmaq ən yüksək xoşbəxtlikdir. Feliks Dzerjinski
  • Biz hər şeydə və demək olar ki, həmişə təxəyyülümüzün qurbanı oluruq. Çünki, o, həqiqətin ən kiçik şüasını öz rəngarəng örtüyü ilə bağlamağa tələsir. Pyer Büast
  • Bizdə lazım olan donanma olmamasına baxmayaraq, özümüz üçün günəşdə bir yer fəth etdik. İndi mənim vəzifəm olacaq ki, günəş şüaları bizim fəaliyyətimizə və xarici ölkələrlə ticarətimizə səmərəli şəkildə düşsün, sənayemiz və kənd təsərrüfatımız dövlət daxilində inkişaf etsin deyə, günəşdəki bu yer bizim şəksiz mülkümüz olaraq qalsın və bizim yelkənli idmanımız su üzərindədir, çünki gələcəyimiz su üzərindədir. II Vilhelm
  • Bütün fikrinizi etməkdə olduğunuz işin üzərində mərkəzləşdirin. Günəş şüaları bir yerə mərkəzləşmədən oranı yandırmaz. [1] Aleksandr Bell
  • Fikirləriniz dünyaya mesajınızdır. Necə ki, şüalar Günəşin mesajlarıdır. Amit Ray
  • Günəş öz şüalarını buludlarda gizlətdiyi kimi, siz də yaxşı keyfiyyətlərinizi əhatənizdəki axmaq adamlardan gizlədin. Çanakya
  • Günəşin parlaq şüaları görməyimizə necə mane olursa, həddən çox həyat nəşələri də xoşbəxtliyimizə o cür mane olur. İohann Herder
  • Hökmdar cəza ilə, od istisi ilə, günəş şüaları, brahman isə tövbəsi ilə yandırır. Çanakya/Hökmdar
  • Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir. Lev Tolstoy
  • Kiçik şamın şüaları necə də uzaqlara yayılır! Yaxşı iş tutqun havada da işıq saçır. Uilyam Şekspir
  • Qaranlıq bir gecədə meşədə gəzirsinizsə və uzaqdan bir işıq şüası görürsünüzsə , deməli yorulmağınıza əhəmiyyət vermirsiniz. Vanya dayı
  • Qorxunuza deyil, məqsədlərinizə diqqət yetirin. Məqsədlərinizə lazer şüası kimi fokuslanın. Ürəkdəki işıq (Roy T. Bennettin əsəri)
  • Məgər yeraltı qaranlığa düşən işığın şüası, yaxud dağılmış divarın daşlarının arasından çıxaraq insana ümid və təsəlli verən çiçək həyatın əlamətləri deyilmi? Rəşad Nuri Güntəkin
  • Mən cəfəngiyat qutusuyam. Mən televiziyayaam. Mənim hər şeyi bilən gözüm var və mən katod şüasının dünyasıyam. Kiçik ekran mənəm. Ailənin bütün üzvlərinin qarşımda baş əydiyi qurbangaham. Nil Qeyman
  • Nə? Günəşin hər bir şüası, hər bir xırdaca ot, yay tətili, ətirli mərzə, coğrafiya və hər şeydən vacibi də sən, mənim misilsiz Marqaritam. Mən Allaha sənin bütün varlığın – saçlarının ucundan barmaqlarının ucuna kimi bütün varlığın üçün şükür etmək istəyirəm. Qırılmış dostluq
  • Nikah, sevginin geçəkliyidir. Yalnız tamamilə yetgin ruh həqiqətən sevə bilər. Bu halda sevgi ən böyük mükafatını nikahdan alır. O, çələngin parıltısından solmur, günəş şüaları altında açılan ətirli güllər kimi ətrafa ətir saçır. Vissarion Belinski
  • Özünüzdə gələcəyin ideallarını tərbiyə edin. Çünki, bu bir növ, hərəkəti olmasa yer kürəsini daşa çevirə biləcək günəş şüaları kimidir. Saltıkov-Şedrin
  • Təəccüblüdür ki, günəşin bir şüası insan ruhuna necə təsir edə bilir! Fyodor Dostoyevski
  • Vicdan haqqında danışan bir pedantik bir əxlaqçı, incə bir şəkildə qeyd edir: bu hiss fərdi axtarış işığına bənzəyir və insana salehlərin yolunu aydınlatmaq üçün verilir. Günah yoluna keçdikdən sonra, işıqlandırıcı şüa azğınlıq labirintlərində itir və ya axtarış lampası xaricə atılır, bəzən qırılır və ya qarışıqlara çırpılır. Georq Vilhelm Fridrix Hegel

İstinadlar

[redaktə]
  1. Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.38