Təmizlik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Antisemitizm dezinfeksiya ilə tamamilə eynidir. Bitlərdən qurtulmaq ideologiya deyil, təmizlik məsələsidir. Yalnız bu şəkildə antisemitizm bizim üçün ideologiya deyil, təmizlik məsələsi oldu. Henrix Himmler
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
[redaktə]- Bağışlama ruhi təmizlikdir. Luule Viilma
D
[redaktə]- Daxili təmizlik və vicdanı saflıq insan üçün ən böyük bir vüqardır. Karl Marks
G
[redaktə]- Göz yaşının belə vəzifəsi varıymış.. Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş. Mövlana Cəlaləddin Rumi
- Güclülər yox, təmiz adamlar yaxşıdırlar. Təmizlik və şəxsi ləyaqət hər şeydən güclüdür. Fyodor Dostoyevski
X
[redaktə]- Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişi ilə bağlı bir çox ayin, etiqad və mərasimini Novruzla bağlamış, beləliklə də, onların el içərisində geniş yayılmasına və kütləviləşməsinə nail olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü-humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə xalq gigiyenasının əhəmiyyəti, onun təbliği, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək və s. kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur.
- Azad Nəbiyev, alim, professor
M
[redaktə]- Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir. Qay Krisp Sallyusti
P
[redaktə]- Peyğəmbərin sitatlarından biri də təmizlikdir. İmam Rza
- Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. Eduard Sevrus
R
[redaktə]- Ruhi təmizlik fiziki təmizliyin rəhnidir. Luule Viilma
S
[redaktə]- Saf zəka, pak zehin, doğru təlim təmizliyə aparır. Məhəmməd Dəvvani
T
[redaktə]- Təmizlik sağlamlığın rəhnidir. Azərbaycan atalar sözləri/T
Z
[redaktə]- Zahiri təmizlik və zəiflik daxili təmizlik və gözəlliyin ifadəsi olmalıdır. Vissarion Belinski