Planet

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

Ə[redaktə]

  • Əgər kosmosa qaçmaq üçün bir fürsət tapmazsa, insan irqinin ən az min il daha yaşayacağından əmin deyiləm. Kiçik bir planetdəki bütün həyatın necə məhv olmasının bir çox ssenarisi var. Amma mən optimistəm. Biz mütləq ulduzlara çatacağıq. Stiven Hokinq
  • Əgər Marsda əvvəl həyat var idisə, bu mənə qəribə gəlməzdi, lakin o (Marsda həyat), gördüyüm kimi, kapitalizmə qədər gəlib çatdı, kapitalizm zühur oldu və bu planeti məhv etdi. Uqo Çaves

G[redaktə]

  • Göyün və planetlərin qüvvələrinin öz içimizdə olduğunu araşdırıb kəşf edəndə, həqiqətən də tanrıların arasında yaşadığımızı hiss edirəm. Leon Battista Alberti
  • Günəş qızıl taxtın üstündə oturur, uşaqlarını, onun ətrafında fırlanan planetləri idarə edir. Nikolay Kopernik

H[redaktə]

  • Həyatlarımıza şahidlik edəcək birinə ehtiyacımız var. Bu planetdə milyardlarla insan var. Söyləmək istədiyim budur, hansımızın həyatının gerçək bir mənası var? Lakin evliliklərdə hər şeyə diqqət yetirəcəyinə söz verirsən. Yaxşı şeylər, pis şeylər, qorxunc şeylər, sıravi şeylər... Hamısına, həmişə, hər gün. Belə deyirsən: "Həyatın xəbərdarlıqsız olmayacaq, çünki mən xəbərdar edəcəyəm. Həyatın şahidsiz keçməyəcək çünki mən sənin şahidin olacağam. (Beverli Klark) Eşqə dəvət (film)

K[redaktə]

  • Kopernikin Yer kürəmizin Günəş ətrafında yerləşən bir planet olduğu və bütün digərləri kimi Günəşlə işıqlandırıldığı qənaətini qəbul edən bir insan üçün, digər planetlərin də Yer kürəmiz kimi bəzədildiyi və mövcud olduğu təəssüratına qarşı çıxmaq çətindir. Amma biz həmişə belə bir axtarışın sona çatacağına ümid etməyin mənasız olduğunu görərək, təbiətin orada nə edəcəyini araşdırmağın əbəs olduğunu düşünməyə meylli olmuşuq. Lakin bu yaxınlarda bu mövzuda dərindən düşündükcə (özümü keçmişin böyük adamlarından daha ağıllı hesab etmədim, amma əksəriyyətindən sonra sağ olduğum üçün şanslı idim), zehni axtarışımın o qədər də praktik olmadığı qənaətinə gəldim, çünki ehtimal olunan təxminlər üçün kifayət qədər yer olmadığından hədəfə gedən yol çətinliklərlə qapanır. Xristian Hüygens

M[redaktə]

  • Mars planetinə çatmaq, adamın özü-özünə çatmağından daha asandır. Karl Qustav Yunq
  • Müdriklərin bütün bilikləri hisslərə nəzarət etməyi öyrətmək üçün nəzərdə tutulmuşdur. Bu biliklərə məhəl qoymayan, öz hislərinə nəzarət edə bilməyən hökmdar, hətta bütün planeti idarə etsə belə, məhkum edilmişdir. Çanakya/Hökmdar

P[redaktə]

  • Planetimizdə təqribən 6 milyard insan yaşayır. Əksəriyyət hər şeydən əvvəl maddi rahatlıqla maraqlanır, dini və spritual həyatla maraqlananların sayı çox azdır. Yəni inancsızlar əksəriyyəti təşkil edir, onların düşüncə və davranışları isə qaçılmaz olaraq dünyanın formalaşmasında həyati əhəmiyyətli rol oynayır. Şükürlər olsun ki, insan kimi hərəkət etmək üçün dinə ehtiyac yoxdur, sadəcə insan olmaq kifayətdir. Dalay Lama
  • Planetlər və peyklər günəşin olduğu kimi, təhsil də intellektin təbii üstünlüyüdür. Çünki, təhsilli adi adam özünün fikirləşdiyini yox, başqalarının fikirləşdiklərini deyir və özünün edə biləcəyi şeyləri yox, başqalarından öyrəndiyi şeyi edir. Artur Şopenhauer

S[redaktə]

  • Səs hələ heç nəyi sübut etmir.Elə olur ki, yumurtlayan toyuq elə ucadan qaqqıldayır ki, sanki bütov bir planeti yumurtlayıb. Mark Tven

T[redaktə]

  • Təhlükəli planet: idrakın və atomun koordinatlarında meteor çarpıntılarından keçir. Rahid Ulusel

Ü[redaktə]

  • Ümumiyyətlə, oxumaq üçün bir ssenari alanda ona iki ayrı hekayə kimi baxıram: kiçik və böyük. Bunu sizə bir nümunə ilə izah edəcəyəm. Mənə görə "Robot" filmində ən böyük hekayə, robotların üsyan etməsi və dünyanı ələ keçirməyə çalışmasıdır. Treylerlərdən az və ya çox şey öyrənə bilərsiniz. Bunun fonunda daha kiçik bir hekayə baş verir - qəzadan sonrakı travmadan əziyyət çəkən və həyatını yenidən bir araya gətirməyə çalışan bir oğlan haqqında hekayə. Əslində bir filmin dəyərini təyin edən bu kiçik hekayələrdir, ancaq tamaşaçıları teatrlara çəkən daha böyük hekayələrdir. Etiraf edirəm ki, ssenariləri oxuyanda hər şeydən əvvəl bu iki (böyük və kiçik) hekayələrə bir tam kimi baxıram və düşünürəm: belə bir film seçərdimmi? Robotlar dünyanı ələ keçirmək istəyir. Gizli bir hökumət təşkilatı Yer planetinə yadplanetlilərin axınını və insanlarla təmaslarını nəzarətdə saxlayır ... Daha böyük tarix, bir layihənin müvəffəqiyyətə və ya uğursuzluğa məhkum olub-olmadığını müəyyən edir. Amma bütün sənət budur: hekayənin hər iki planının tutarlı, inandırıcı və bir bütöv tamlıq halında olması. Bu ssenari, mənim fikrimcə, filmi daha kompakt və inandırıcı etdi. Robot … Yadıma düşdü: Matrix daha kiçik və daha böyük bir hekayənin mükəmməl nümunəsidir. Ən mühüm nəticə: Böyük hekayə; kompüterin yaratdığı bir dünyada yaşadığımız, kiçik hekayə isə bir adamın bu dünyanı dəyişdirməyə çalışmasıdır. Uill Smit

Y[redaktə]

  • Yaşadığımız dünyaya baxın. Daha doğrusu, bu dünyanı nəyə çeviririk. Ağacları kəsirik, çayları, gölləri quruduruq, neftdən istifadə edirik, fabriklər, atom elektrik stansiyaları tikirik... “İnsan Uca Allahın yaratdığı tacdırmı”?! Bəli, zibillikdəki istənilən çirkli siçovul bizdən mükəmməldir. Ən azından özünü məhv etmək üçün heç nə etmir, hansı mühitdə olursa olsun, ətraf aləmlə harmoniyada yaşayır. Bəs biz? Biz planetimizin bədənində xoradayıq. Planetin çoxdan qurtulmalı olduğu parazitlərik. Corc Karlin

İstinadlar[redaktə]